• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
17.01.24 21:55
Cəmiyyət
118

Əcnəbi sahibkarların yaşama icazələri əldə etməsi üçün yeni tələblər müəyyənləşdi




Əcnəbilərin xarici investisiyalı hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti əsasında yaşama icazələri əldə etməsi üçün yeni tələblər müəyyən edilib.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, Miqrasiya Məcəlləsində edilən müvafiq dəyişikliklərdən irəli gələrək, İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 16 yanvar tarixində hüquqi qüvvəyə minmiş qərarı ilə ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün Məcəllənin 45.1.6-1-ci və 52.1.10-cu maddələrində nəzərdə tutulan xarici investisiyalı hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı və 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində, 52.1.10-cu və 52.1.11-ci maddələrində nəzərdə tutulan şəxslərin dövriyyə həcmi təsdiq edilib.

Qərara əsasən, xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olan təsisçisi ölkə ərazisində müvəqqəti yaşama icazəsi əldə etmək üçün həmin hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı 50 min manat məbləğində müəyyən edilib.

Bu əsasla azı 1 il ölkə ərazisində müvəqqəti yaşamış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin yenidən müvəqqəti yaşama icazəsi əldə etməsi üçün xarici investisiyalı hüquqi şəxsin son 1 ildə dövriyyəsi 100 min manat məbləğində olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün xarici investisiyalı hüquqi şəxsin nizamnamə kapitalı 100 min manat, son 1 ildə dövriyyə həcmi isə 200 min manat məbləğində təsbit edilib.

Bundan başqa, qərara əsasən Azərbaycan Respublikasında azı 1 il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq əsası ilə müvəqqəti yaşamış əcnəbilərə yeni müvəqqəti yaşama icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin şəxsin (fərdi sahibkarın) son 1 ildə dövriyyə həcmi 50 min manat məbləğində olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün isə son 1 ildə dövriyyə həcmi 100 min manat məbləğində müəyyənləşdirilir (cədvəl əlavə edilir).
Qeyd olunan əsaslar üzrə müraciətlərin qəbulu zamanı vergi orqanlarından əldə edilmiş illik dövriyyə və ödənilmiş nizamnamə kapitalı ilə bağlı təsdiqedici sənədlərin təqdim olunması tələb olunacaq.

Müvəqqəti yaşama icazələrinin əldə edilməsi üçün nizamnamə kapitalı və dövriyyə həcmi ilə bağlı tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur. Qeyri-kommersiya hüquqi şəxsləri həmçinin daimi yaşama icazələrinin əldə edilməsi zamanı bu tələblərdən azaddır.

Oxşar Xəbərlər

backend
Valyuta mübadiləsi fəaliyyəti göstərənlərin NƏZƏRİNƏ: Kapital tələb olunacaq
25.12.23 14:49
İqtisadiyyat
backend
Bank lisenziyalarının alınması qaydası dəyişir
5.06.23 13:57
İqtisadiyyat
backend
İlham Əliyev "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunu təsdiqlədi
9.08.23 19:00
Siyasət
backend
Vəfat edən əlilliyi olan şəxsin ailə üzvləri üçün mənzil növbəsi proseduru elektronlaşdırılır
8.01.24 21:28
Cəmiyyət
backend
“Elektron məhkəmə” vasitəsi ilə məhkəməyə iddia ərizəsiylə müraciət edənlər üçün güzəşt müəyyənləşir
19.12.23 14:57
Gündəm
backend
30 dekabr qısaldılmış iş günü olacaq - QƏRAR
27.12.23 20:23
Gündəm
backend
Taksi sürücülərinin nəzərinə - Bu qayda dəyişdirildi
17.11.23 14:16
Gündəm
backend
Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
3.01.24 15:21
Hadisə
backend
Aİ miqrasiya ilə bağlı islahatlar aparacaq
20.12.23 13:40
Dünya
backend
Azərbaycanda bu şəxslər taksi kimi işləyə bilməyəcək - RƏSMİ AÇIQLAMA
12.01.24 15:06
Cəmiyyət

XƏBƏR LENTİ

18:58 Sığınacaq dağılsa, 400 itin taleyi necə olacaq? - Rəsmi açıqlama
18:55 Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir
18:53 “Fənərbaxça”nın futbolçusunun villası qarət edildi
18:52 “Vətəndaşın tələbləri əsassızdır” - Komitə
18:52 Taksi xidmətindən istifadə edərkən nələrə diqqət yetirməlisiniz?
18:49 Rusiyada güclü partlayış - 2 ölü
18:46 Naxçıvan Ombudsmanı ləğv edildi
18:43 Sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı
18:27 Avropada Hörmüzə görə aviasiya yanacağı ehtiyatları tükənir?
18:25 Azərbaycanın oyun studiyaları üçün nüfuzlu qlobal tədbirdə iştirak imkanı
18:53 22° isti olacaq
18:51 Şeyxin işdən çıxarılan oğlunun yerinə - Təyinat
18:48 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
18:46 “Şamaxı”nın futbolçusu, “Araz-Naxçıvan”ın baş məşqçisi cəzalandı
18:45 Dəm qazından zəhərlənən iki uşaq ailədən alındı
18:42 İrandakı müharibədə ölənlərin sayı - Açıqlandı
18:40 Prezident ona general rütbəsi verib birinci müavin təyin etdi
18:37 Prezidentdən Azərbaycanın pravoslav xristian icmasına təbrik
18:34 Qaxla Şahdağa qar yağır
18:31 İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular
23:03 İlham Əliyev Pezeşkianı təbrik etdi
23:02 Küləyə görə bu yolda sürət həddi endirildi
22:56 Su İdman Növləri Federasiyasının idmançıları Avropa çempionatına yola düşdü
22:54 Nişanlısı ilə restorana getdi, yatıb masada qaldı - Bakıda qəribə hadisə
22:53 Xəzərdə yenidən zəlzələ oldu
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sığınacaq dağılsa, 400 itin taleyi necə olacaq? - Rəsmi açıqlama
10.04.26 18:58107
Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir
10.04.26 18:5588
“Fənərbaxça”nın futbolçusunun villası qarət edildi
10.04.26 18:53107
“Vətəndaşın tələbləri əsassızdır” - Komitə
10.04.26 18:52107
Taksi xidmətindən istifadə edərkən nələrə diqqət yetirməlisiniz?
10.04.26 18:52107
Rusiyada güclü partlayış - 2 ölü
10.04.26 18:49108
backend
Sığınacaq dağılsa, 400 itin taleyi necə olacaq? - Rəsmi açıqlama
10.04.26 18:58107
Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir
10.04.26 18:5588
“Fənərbaxça”nın futbolçusunun villası qarət edildi
10.04.26 18:53107
“Vətəndaşın tələbləri əsassızdır” - Komitə
10.04.26 18:52107
Taksi xidmətindən istifadə edərkən nələrə diqqət yetirməlisiniz?
10.04.26 18:52107
Rusiyada güclü partlayış - 2 ölü
10.04.26 18:49108

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.