• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
9.08.23 19:00
Siyasət
189

İlham Əliyev "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunu təsdiqlədi






Prezident İlham Əliyev "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni Qanunu təsdiqləyib.
Qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Sənəddə əsas anlayışlar, ödəniş xidmətlərinin növləri, ödəniş xidməti təchizatçılarının, ödəniş təşkilatının və elektron pul təşkilatının fəaliyyəti ilə bağlı məsələlər müvafiq maddələrdə öz əksini tapıb. Habelə, pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, mühasibat uçotu və maliyyə hesabatlarının aparılması, müraciətlərə baxılması və mübahisələrin həllinə dair qaydalar müəyyənləşdirilir.
Qanunda elektron pulla bağlı tənzimləmə prosesi, açılmış ödəniş hesabları və ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma şərtləri, ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti ilə əlaqədar məqamlar ehtiva olunur.
Bununla yanaşı, layihədə ödəniş sistemlərinin təşkili və qaydaları, hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və çıxarılması, nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı meyarlar əks olunub.
Sənəddə qeyd edilib ki, ödəniş təşkilatı və elektron pul təşkilatı minimum nizamnamə kapitalına və məcmu kapitala malik olmalıdır.
Bundan başqa, sənədə əsasən, ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələblər, məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Azərbaycan Mərkəzi Bankının normativ xarakterli aktları ilə müəyyən edilir.
Hesab üzrə məlumat xidmətinin göstərilməsi fəaliyyəti ilə müstəsna olaraq məşğul olan ödəniş təşkilatına minimum nizamnamə kapitalı və məcmu kapitalına dair bu Qanunla müəyyən edilmiş tələblər şamil edilmir.
Yeni qanuna əsasən, Azərbaycanda ödəniş xidmətlərinin təchizatçılarına 6 təşkilat aid ediləcək.
Həmin təşkilatlar aşağıdakılardır:
- Azərbaycan Mərkəzi Bankı;
- banklar və xarici bankların yerli filialları;
- Bank olmayan kredit təşkilatları;
- Poçt rabitəsinin milli operatoru;
- Ödəniş təşkilatları;
- Elektron pul təşkilatları.

Oxşar Xəbərlər

backend
Azərbaycanda ödəniş xidməti təchizatçılarının fəaliyyətinə dair tələblər müəyyən edilir
22.06.23 10:14
Gündəm
backend
Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq
22.06.23 10:10
Gündəm
backend
“ASAN ödəniş” sistemi adından saxta veb-səhifə yaradılıb - XƏBƏRDARLIQ
10.06.23 17:57
Hadisə
backend
Avtomobillərin parklanması üçün nağd ödəniş ləğv edilir
6.07.23 19:11
İqtisadiyyat
backend
DİM abituriyentlərə müraciət ETDİ
19.05.23 18:32
Təhsil
backend
Prezident "Elektroenergetika haqqında" qanunu təsdiqlədi
19.05.23 18:46
İqtisadiyyat

XƏBƏR LENTİ

13:53 Sabah hava necə olacaq?
13:52 Bakı Metropolitenində iş saatı uzadılacaq
13:50 Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
13:49 9 yaşlı qıza ögey anası zorakılıq edir?
13:46 Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
18:52 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri fəaliyyətini dayandırıb?
18:48 Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
18:45 Bakının bəzi ərazilərində 1 gün su olmayacaq
18:42 Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:39 DSK-da dəyişiklik - Vəzifə ləğv edildi, yeni təyinatlar oldu
18:34 Prezident Türkmənistanla bu sənədləri təsdiqlədi
18:33 İlham Əliyev Şavkat Mirziyoyevə minnətdarlığını bildirdi
18:31 “Sabah”ın oyununa 15 min bilet satıldı
18:29 “Bu dəfə ağır nəticənin qarşısını digər sürücünün ehtiyatlı davranışı aldı”
18:28 Samuxda qarayara ilə bağlı dezinfeksiya işləri aparıldı
19:22 Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi
19:21 Daha 34 ölkəyə vizasız gedə biləcəyik
19:19 Başına ot presi düşən kişi öldü
19:13 Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir?
19:11 Almaniyada isti hava ilə əlaqəli ölümlərin sayı açıqlandı
20:30 İki gün güclü külək əsəcək
20:29 Gəncədə 25 yaşlı kişi meyiti tapıldı
20:25 Paşinyandan ordudakı intiharlarla bağlı təcili qərar
20:20 Rusiya Jitomirə zərbə endirdi - 2 ölü, 20-dən çox yaralı
20:16 Göygöldə 23 yaşlı oğlan bıçaqlandı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sabah hava necə olacaq?
25.08.26 13:53124
Bakı Metropolitenində iş saatı uzadılacaq
25.08.26 13:52125
Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
25.08.26 13:50125
9 yaşlı qıza ögey anası zorakılıq edir?
25.08.26 13:49127
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
25.08.26 13:46127
1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri fəaliyyətini dayandırıb?
24.08.26 18:52125
backend
Sabah hava necə olacaq?
25.08.26 13:53124
Bakı Metropolitenində iş saatı uzadılacaq
25.08.26 13:52125
Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
25.08.26 13:50125
9 yaşlı qıza ögey anası zorakılıq edir?
25.08.26 13:49127
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
25.08.26 13:46127
1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri fəaliyyətini dayandırıb?
24.08.26 18:52125

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.