• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
6.07.26 19:59
Cəmiyyət
135

Magistr olmaq istəyən jurnalistlərin nəzərinə!



Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2026-ci il iyulun 6-dan 10-dək (saat 15:00-a qədər) Mərkəzin internet saytının müvafiq səhifəsində (https://eservices.dim.gov.az/erizemag/erize) sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçərkən Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində olan İdman jurnalistikası ixtisasını seçmək istəyənlər Jurnalistika ixtisaslaşmalarını seçmək üçün tələb olunan minimum 50 bal toplamaqdan əlavə ingilis dili üzrə nəticələri 20 baldan az olmamalıdır. Bu bakalavrlar qeydiyyat zamanı İdman jurnalistikası (tədris ingilis dilində) ixtisasını seçmək istədiklərini bildirməlidirlər.

Məlumata görə, namizədlər 2026-ci il iyulun 14-dən “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (40 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin hesabından çıxılır.

Bakalavrlar qeydiyyatdan keçərkən anket sorğusunu doldurmaqla yanaşı:

- özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilmiş surətini, onlayn və audiovizual mediada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

- təqdim edilən materialların müəllifə (bakalavra) məxsus olması ilə bağlı media subyekti tərəfindən verilmiş arayışın skan edilmiş surətini də magistratura@dim.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

İmtahanların iyulun 15-dən etibarən keçirilməsi nəzərdə tutulur. Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:

- şəxsiyyətini təsdiq edən sənədi;

- “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

- dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, onlayn və audiovizual mediada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);

- təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı media subyekti tərəfindən verilmiş arayışı.

Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.

Hər bir bakalavr Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır.
Ətraflı

Qabiliyyət imtahanının quruluşu təxminən aşağıdakı kimidir:

1. Bakalavrın dövri mətbuatda, onlayn və audiovizual mediada yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;

2. Şifahi müsahibə və yazılı tapşırıq (təhlil, redaktə, əməli yazı və s.).

Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:

1. QİK üzvləri bakalavrın dövri mətbuatda, onlayn və audiovizual mediada yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.

2. QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüşünü, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, media subyektləri ilə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələd olmasını və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və şəxsi keyfiyyətlərini, media subyektlərindən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirməkdə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar və yazılı tapşırıq verə bilərlər.

Şifahi sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavr intellektual səviyyəsini, dünyagörüşünü, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir

Bakalavrın hər bir bənd (hissə) üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (2 bənd üzrə maksimal bal: 10). Hər bir bənd üzrə ən azı 3, ümumilikdə qabiliyyət imtahanı üzrə isə 6 və daha çox bal toplamış bakalavrlar proqram və ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı və jurnalistika üzrə ixtisaslaşmaları seçmək hüququ qazanırlar.

Müsabiqə bakalavrın qabiliyyət imtahanlarında topladığı yekun bal əsasında aparılır.

Yekun balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

- magistraturaya qəbul imtahanında toplanılan bal;

- ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

- ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

- xarici dil üzrə testdən toplanılan bal.

Oxşar Xəbərlər

backend
Tələbə olmaq istəyənlər üçün sənəd qəbulu başladı
20.02.25 19:11
Təhsil
backend
Magistr olmaq istəyənlərin nəzərinə!
13.01.25 18:05
Cəmiyyət
backend
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb
14.06.24 21:30
Cəmiyyət
backend
İmtahanların nəticələri elan olundu
21.05.24 20:27
Cəmiyyət
backend
12 aprel imtahanlarının nəticələri - Açıqlandı
8.05.26 18:31
Gündəm
backend
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlandı
30.05.25 20:06
Gündəm
backend
Təhsil müəssisələrinin akkreditasiyası qaydası ilə bağlı - Yeni qərar
2.12.25 18:54
Gündəm
backend
Kolleclərdə boş qalan yerlərə ixtisas seçimi başladı
30.08.24 09:48
Cəmiyyət
backend
Mülki Prosessual Məcəlləsində dəyişiklik edildi
25.01.24 22:04
Gündəm
backend
Martın 9-da imtahan verəcək şagirdlərin nəzərinə!
26.02.25 19:26
Gündəm
backend
Ağdərədə ilk dəfə buraxılış imtahanı keçiriləcək
28.02.24 15:02
Gündəm
backend
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi - Açıqlandı
24.06.26 21:19
Gündəm
backend
Magistraturaya qəbulun II cəhdi təkrar keçiriləcək
18.05.26 20:10
Gündəm
backend
Martın 3-də buraxılış imtahanı keçiriləcək
22.02.24 10:57
Təhsil
backend
Magistratura imtahanının nəticələri açıqlanıb
2.07.24 21:13
Cəmiyyət

XƏBƏR LENTİ

18:37 Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
18:35 Həmin hücuma görə Rusiyanı ittiham etdi
18:33 Nazirlik Quba OİK-lə bağlı prokurorluğa özü müraciət edib
18:31 Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə
18:28 Təbiətə 40 min manatdan çox ziyan vuruldu
18:25 Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
18:23 Gürcüstanda Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist həbs edildi
18:20 Evində silahdan açılan atəşdən öldü
18:16 25 il əvvəl törədilən qətllə bağlı - Birgə məlumat
18:13 KXDR-dən Cənubi Koreyaya xəbərdarlıq
18:20 Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
18:18 Kirayə mənzil mexanizmi ilə bağlı qaydalar dəyişdi
18:15 Zelenski həmin şərtlə atəşkəsi istisna etmir
18:08 Prezident bu sazişi təsdiq etdi
18:05 Bu marşrutların hərəkət sxemi dəyişdirildi
18:26 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu
18:23 Bu Anlaşma Memorandumu təsdiq edildi
18:08 Sabah bu yol bağlı olacaq
18:06 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
18:03 İran ABŞ-yə məxsus dronu vurdu
18:53 Bu ərazilərdə qaz olmayacaq
18:51 Zelenski prezident seçkiləri ilə bağlı mümkün - Tarix açıqladı
18:47 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
18:45 Sabah pensiyalar tam ödəniləcək
18:43 DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
23.10.26 18:37117
Həmin hücuma görə Rusiyanı ittiham etdi
23.10.26 18:35156
Nazirlik Quba OİK-lə bağlı prokurorluğa özü müraciət edib
23.10.26 18:33159
Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə
23.10.26 18:31156
Təbiətə 40 min manatdan çox ziyan vuruldu
23.10.26 18:28154
backend
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
23.10.26 18:37117
Həmin hücuma görə Rusiyanı ittiham etdi
23.10.26 18:35156
Nazirlik Quba OİK-lə bağlı prokurorluğa özü müraciət edib
23.10.26 18:33159
Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə
23.10.26 18:31156
Təbiətə 40 min manatdan çox ziyan vuruldu
23.10.26 18:28154
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
22.10.26 18:25161
backend
Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
23.10.26 18:37117
Həmin hücuma görə Rusiyanı ittiham etdi
23.10.26 18:35156
Nazirlik Quba OİK-lə bağlı prokurorluğa özü müraciət edib
23.10.26 18:33159
Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə
23.10.26 18:31156
Təbiətə 40 min manatdan çox ziyan vuruldu
23.10.26 18:28154
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
22.10.26 18:25161

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.