• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
2.10.25 18:53
Siyasət
130

Azərbaycan və Özbəkistan prezidentləri arasında məktublaşma



Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Əziz qardaşım.

Zati-aliləri, əvvəlcə Sizi və qardaş Azərbaycan xalqını Özbəkistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının mübarək 30 illiyi münasibətilə səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Xüsusilə qeyd etmək istərdim ki, ötən dövrdə əməkdaşlığımızın salnaməsi yaddaqalan hadisələrlə zəngin olmuş, bütün sahələrdə əlaqələr ardıcıl şəkildə inkişaf etmişdir. Əhatəli və uzunmüddətli münasibətlərimizi hərtərəfli möhkəmləndirməyə yönəlmiş hüquqi baza və səmərəli institusional mexanizmlər, çoxtərəfli formatlar yaradılmışdır.

Şübhəsiz ki, Özbəkistan ilə Azərbaycan arasında mövcud olan ortaq qardaşlıq, bizi birləşdirən möhkəm dostluq bağları, müntəzəm xarakter almış ali səviyyəli səmərəli dialoqlarımız qardaş xalqlarımızın ümumi tərəqqisinə xidmət etməkdədir.

Xüsusilə son illərdə dövlətlərarası münasibətlərimizin tamamilə yeni tarixi mərhələyə, müttəfiqlik səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktik ifadəsi kimi dəyərləndirilə bilər.

Hörmətli İlham Heydər oğlu, əminəm ki, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlığımız bütün prioritet istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, logistika, energetika, sənaye, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində bundan sonra da sürətlə inkişaf edəcəkdir.

Şübhəsiz ki, Zati-alinizlə cari ildə həm Azərbaycanda, həm də Özbəkistanda keçiriləcək bir sıra mühüm görüşlərimiz təkcə ikitərəfli münasibətlərimizin perspektivləri üzrə deyil, həm də regional tərəfdaşlığın ən aktual məsələlərə dair ətraflı fikir mübadiləsi aparmaq üçün əlverişli imkan yaradacaqdır.

Çoxşaxəli əlaqələrimizin salnaməsindəki bu əlamətdar gün münasibətilə Zati-alinizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, son dərəcə məsuliyyətli dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, rifah və davamlı tərəqqi arzulayıram”.

Prezident İlham Əliyev də özbəkistanlı həmkarına məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli Şavkat Miromonoviç,

Əziz Qardaşım,

Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Diplomatik əlaqələrimiz otuz illik tarixə malik olsa da, qardaş xalqlarımızın əsrlərdən-əsrlərə və nəsillərdən-nəsillərə keçən birlik, həmrəylik, qarşılıqlı hörmət və dəstək ənənələri mövcuddur. Ortaq soy-kök, tarix, dil, mədəniyyət, dini-mənəvi dəyərlər və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin ötən dövr ərzində dinamik inkişaf edərək ali səviyyəyə – müttəfiqlik pilləsinə yüksəlməsi xüsusi məmnunluq doğurur. Keçən il imzaladığımız Müqavilə iki müstəqil, güclü, suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmiləşdirən və əbədiləşdirən mühüm tarixi sənəddir. Azərbaycan-Özbəkistan birliyinin və tərəfdaşlığının möhkəmlənməsində və bu səviyyəyə çatmasında Sizin müstəsna rolunuzu və xidmətlərinizi xüsusi vurğulamaq istərdim.

Bu gün Özbəkistan təkcə regionda deyil, həm də beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış ölkədir. Sizin qətiyyətli rəhbərliyinizlə bütün sahələrdə həyata keçirilən möhtəşəm dəyişikliklərin, sosial-iqtisadi inkişafın, ölkənin iqtisadi potensialının güclənməsinin, qlobal arenada imicinin ildən-ilə artmasının şahidi olmaqdan qardaş ölkə olaraq böyük fərəh hissi duyuruq.
Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, təhlükəsizlik, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əməkdaşlığa, ümumi firavanlığa və sabitliyə töhfə verir.

Özbəkistanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı heç zaman unutmur. Sizin azad olunmuş ərazilərimizə dəfələrlə səfər etməyinizə, Füzulidə özbək xalqının böyük oğlu – Mirzə Uluqbəyin adını daşıyan məktəbin inşasına, Xankəndidə birgə tikiş müəssisəsinin yaradılmasında dəstəyinizə və ikitərəfli əlaqələrimizin dərinləşməsinə xidmət edən digər təşəbbüslərinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Biz bunu qardaş Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstəyin, eyni zamanda həmrəyliyimizin, qardaşlığımızın parlaq rəmzi olaraq dəyərləndiririk.

İkitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində ölkələrimizin birgə fəaliyyəti təqdirəlayiqdir. Azərbaycan ilə Özbəkistan arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq uğurla davam edir. Regional və beynəlxalq məsələlərə ortaq baxışlarımız, ümumi məqsədlərimiz və istəklərimiz, o cümlədən üzləşdiyimiz çağırışların həlli istiqamətində bir-birimizə verdiyimiz dəstək xalqlarımızın maraqlarına, dövlətlərimizin mənafelərinə xidmət edir.
Hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionları vahid geosiyasi regiona çevrilməkdədir. Bu coğrafi müstəvidə gedən müsbət proseslərdə, əlbəttə ki, Azərbaycan ilə Özbəkistan arasında möhkəm əlaqələrin və səmərəli əməkdaşlığın mühüm rolu vardır.

Əziz Qardaşım,

Füsunkar ölkənizə həyata keçirdiyim hər səfərimdə mənə göstərilən xüsusi diqqət və qonaqpərvərliyi, əsl qardaşlıq münasibətini yüksək qiymətləndirir, Sizinlə mehribanlıq və səmimiyyət şəraitində keçən görüşlərimizi ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, bir-birinə qırılmaz tellərlə bağlı olan qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, müttəfiqliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Sizi bu əlamətdar tarixi ildönümü münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Oxşar Xəbərlər

backend
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi
23.12.24 18:10
Siyasət
backend
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
11.05.23 17:38
Gündəm
backend
İlham Əliyev onları təbrik etdi
28.11.23 11:50
Siyasət
backend
Tokayev İlham Əliyevi təbrik etdi
27.05.23 18:18
Siyasət
backend
Mirziyoyev İlham Əliyevə məktub ünvanladı
20.08.25 19:11
Siyasət
backend
Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu ünvanlayıb
18.03.24 14:22
Siyasət
backend
İlham Əliyevə təbriklər gəlməkdə davam edir
27.05.24 20:30
Gündəm
backend
Mixail Şmakov Prezident İlham Əliyevi təbrik etdi
10.02.24 19:40
Siyasət
backend
Emoməli Rəhmon İlham Əliyevə məktub ünvanlayıb
12.08.25 19:12
Siyasət
backend
Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik edib
18.10.23 18:47
Siyasət
backend
Prezidentə təbriklər gəlməyə davam edir
3.04.25 13:38
Siyasət
backend
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
13.02.24 13:02
Siyasət
backend
ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı
9.02.24 13:22
Gündəm
backend
Sloveniya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib
7.03.24 19:43
Siyasət
backend
İlham Əliyev monqolustanlı həmkarını təbrik edib
11.07.23 12:08
Siyasət

XƏBƏR LENTİ

22:43 Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdi
22:42 Yaşı 18-dən az olan işçilərin güzəşt və təminatları
22:41 Şahbuzda maşın aşdı, 76 yaşlı qadın öldü
22:36 Bu ərazilərdə qaz olmayacaq
22:35 XİN Kolumbiyaya başsağlığı verdi
22:34 Bu küçələrdə hərəkət tam məhdudlaşdırılır
18:25 Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri - Açıqlandı
18:24 Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
18:22 Təqaüdçüləri aldadıb pullarını taladı
18:20 Leysan, dolu... - Daha bir xəbərdarlıq
18:19 Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu - 6 aya azadlığa çıxacaq
22:20 Bəzi marşrutların hərəkət istiqamətləri dəyişdi
22:17 Zərdabda ağır qəza - 1 ölü, 2 yaralı
22:15 Motosikletlə “Mercedes” toqquşdu - Kuryer xəsarət aldı
22:14 Paytaxtın bu ərazilərində qaz olmayacaq
22:13 Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
18:24 Güclü külək əsəcək - Xəbərdarlıq
18:23 Cəbhəyə 50 min robot göndərməyi planlaşdırırlar
18:22 Azərbaycanda iki klubun adı dəyişdirildi
18:21 Bu marşrutun hərəkət sxemi dəyişdirildi
18:20 ABŞ və İran arasında kritik 48 saat
18:17 Sədərəkdən Culfaya icra başçısı göndərildi
18:14 Boğazlarında qida qalan körpə və 74 yaşlı qadın öldü
18:12 Həmin şəxslər işlə təmin edildi
18:04 11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdi
10.08.26 22:437
Yaşı 18-dən az olan işçilərin güzəşt və təminatları
10.08.26 22:426
Şahbuzda maşın aşdı, 76 yaşlı qadın öldü
10.08.26 22:417
Bu ərazilərdə qaz olmayacaq
10.08.26 22:3611
XİN Kolumbiyaya başsağlığı verdi
10.08.26 22:356
Bu küçələrdə hərəkət tam məhdudlaşdırılır
10.08.26 22:346
backend
Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdi
10.08.26 22:437
Yaşı 18-dən az olan işçilərin güzəşt və təminatları
10.08.26 22:426
Şahbuzda maşın aşdı, 76 yaşlı qadın öldü
10.08.26 22:417
Bu ərazilərdə qaz olmayacaq
10.08.26 22:3611
XİN Kolumbiyaya başsağlığı verdi
10.08.26 22:356
Bu küçələrdə hərəkət tam məhdudlaşdırılır
10.08.26 22:346
backend
Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdi
10.08.26 22:437
Yaşı 18-dən az olan işçilərin güzəşt və təminatları
10.08.26 22:426
Şahbuzda maşın aşdı, 76 yaşlı qadın öldü
10.08.26 22:417
Bu ərazilərdə qaz olmayacaq
10.08.26 22:3611
XİN Kolumbiyaya başsağlığı verdi
10.08.26 22:356
Bu küçələrdə hərəkət tam məhdudlaşdırılır
10.08.26 22:346

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.