• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
23.05.24 19:49
Siyasət
111

Prezident İlham Əliyev tacikistanlı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb



Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi: “Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək. Bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir. Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir”.

“Bu gün biz sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı müzakirə etdik və əminəm ki, haqqında danışdığımız məsələlər, hökumət üzvlərinə verilən tapşırıqlar ən qısa zamanda icra olunacaq. Nəqliyyat sektoru da diqqət mərkəzimizdə olub. Biz Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdik. Mən həmkarıma məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə – Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır”, – İ.Əliyev vurğulayıb.

Azərbaycan lideri bildirib ki, bu gün, həmçinin geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə ediblər: “Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik”.

Oxşar Xəbərlər

backend
Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
23.05.24 19:48
Siyasət
backend
Tacikistan Prezidenti Azərbaycana səfər edəcək
12.04.24 20:53
Siyasət
backend
Prezidentlərin geniş tərkibdə görüşü baş tutdu
23.05.24 19:53
Siyasət
backend
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
23.05.24 19:59
Siyasət
backend
Monqolustan dövlət başçısı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
21.02.24 20:32
Siyasət
backend
Zelenski Prezident İlham Əliyevə təbrik məktubu göndərib
7.03.24 19:46
Siyasət

XƏBƏR LENTİ

19:30 Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
19:27 Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
19:04 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
18:34 Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
16:45 Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
18:35 Temperatur 10° enəcək - Xəbərdarlıq
18:33 Türkiyədə Soma mədənində çökmə, 2 nəfər xilas edildi
18:29 Güclü külək əsəcək - Xəbərdarlıq
18:26 Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:23 Fransada məktəbli üsyanı ölkəni cənginə aldı - Nəqliyyat dayandı
19:15 Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı
19:11 Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü Sazişi təsdiqləndi quba-xezeryani-uzre-hasilatin-pay-bolgusu-sazisi-tesdiqlendi
19:07 Peşə məktəbinin söküləcəyi iddiaları ilə bağlı - Açıqlama
19:03 Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
18:59 Küləkli hava ilə bağlı - Xəbərdarlıq
18:53 Bu küçələr təmirə bağlanır - Saat 21:00-dan
18:50 Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
18:47 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü
18:44 Bakıda qadın öldürüldü - Əri saxlanıldı
18:26 Lənkəranda zəlzələ oldu
18:32 Küləklə bağlı - Xəbərdarlıq
18:30 Britaniyada da dizelin qiyməti tarixi maksimuma çatdı
18:27 Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
18:25 Bakıdan Naxçıvana reyslər təxirə salındı
18:22 Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
2.10.26 19:30148
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
2.10.26 19:27141
Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
2.10.26 19:04128
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
2.10.26 18:34147
Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
2.10.26 16:45150
Temperatur 10° enəcək - Xəbərdarlıq
1.10.26 18:35137
backend
Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
2.10.26 19:30148
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
2.10.26 19:27141
Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
2.10.26 19:04128
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
2.10.26 18:34147
Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
2.10.26 16:45150
Temperatur 10° enəcək - Xəbərdarlıq
1.10.26 18:35137

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.