• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
25.04.24 19:41
Siyasət
87

Bölgəmizdə iki güc toqquşur: Paşinyan cəzasız qalmayacaq


Ermənistanın sürətlə Qərbə doğru meyillənməsi, Fransanın timsalında özünə yeni "hami və havadar" tapdığını düşünməsi, ABŞ və Avropa İttifaqından sürəkli dəstək almağa güvənməsi, NATO ilə intensiv tərəfdaşlığa başlayaraq ordusunu sürətlə silahlandırması bölgə dövlətlərini narahat etməyə bilməz. Daha çox qayğılanan isə Rusiyadır.

Rusiya XİN-nin Cənubi Qafqaz üzrə kollegiyasının xüsusi iclas keçirərək, "Rusiyanın bölgədəki maraqlarının qorunması və inkişaf etdirilməsi" məsələlərini müzakirə etməsi son ayların, bəlkə də, ən qəfil hadisələrindən biri sayıla bilər.

Rusiya diplomatiyasının müasir tarixində Cənubi Qafqazda xüsusi diqqət yetirilən nadir toplantılardan biri olan bu iclasda "Rusiyanı strateji məğlubiyyətə düçar etməyə çalışan kollektiv Qərb Ukraynadan sonra Cənubi Qafqaz da daxil olmaqla, postsovet məkanının digər hissələrində Rusiyanı bölgə ölkələri ilə bağlayan strateji müttəfiqlik və tərəfdaşlıq münasibətlərini pozmağa, habelə mövcud iqtisadi tərəfdaşlıq və kollektiv təhlükəsizlik mexanizmlərini dağıtmağa çalışır".

İclasda daha sonra vurğulanıb: "Yalnız "sıfır cəmli oyunlar" məntiqi ilə hərəkət edən Qərbdən fərqli olaraq, Rusiya üçün prioritet Cənubi Qafqazda stabilliyin, sülhün və təhlükəsizliyin təminatıdır. Rusiya bundan sonra da ümumi çoxəsrlik tarix, coğrafi yaxınlıq və sıx insani təmaslarla bağlı olduğu bölgənin bütün dövlətləri ilə qarşılıqlı sayğı və mənfəətə əsaslanan əməkdaşlığı davam etdirəcək".

Bəyan olunub ki, Rusiya, Azərbaycan və Ermənistan arasındakı üçtərəfli anlaşmalar kompleksi tam həyata keçirilməli, Bakı və İrəvan arasında sülh sazişi razılaşdırılmalı, bölgədə nəqliyyat kommunikasiyaları blokadadan çıxarılaraq, işə salınmalı, Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədi demarkasiya və delimitasiya edilməlidir.

Bu kontekstdə "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) regional platformasının potensialı ilə imkanlarından daha fəal istifadə olunmalıdır.

Rusiya XİN-nin son onilliklərdəki tarixində unikal hadisə sayıla biləcək toplantının məhz indi keçirilməsinin səbəbləri, habelə rəsmi Moskvanın Cənubi Qafqazda hansı maraqlarını qoruyaraq inkişaf etdirmək niyyətində olması ciddi maraq doğuran məsələlərdir.

Moskva hesab edir və hətta qəti əmindir ki, Ermənistandan vasitə qismində istifadə etməyə başlamış "kollektiv Qərb", yəni ABŞ, Fransa və Avropa İttifaqı bölgədə Rusiyanın maraqlarına mümkün qədər ağır zərbələr endirmək, prosesləri Rusiyanın mütləq şəkildə Cənubi Qafqaz bölgəsindən sıxışdırılıb çıxarılması ilə nəticələndirilməsinə can atır.

Aprelin 5-də Brüsseldə ABŞ-nin dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdə qəbul edilmiş qərarlardan sonra Qərbin ermənilər vasitəsilə Cənubi Qafqaza müdaxilə ssenarisi işə salınıb.

Ermənistanı sürətlə silahlandıran, ermənilərə bütün sahələrdə yardımlar və dəstək vəd edən Qərb bütün bunların müqabilində ermənilərdən Rusiya ilə əlaqələri minimuma endirməyi tələb edir.

Tələblər arasında Ermənistanın MDB dövlətlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sıralarını tərk etmək, daha sonra isə Moskvanın total nəzarətindəki Avrasiya İqtisadi İttifaqından və Avrasiya Gömrük Birliyindən kənarlaşmaq da var.

Rusiya bütün bunları Cənubi Qafqazdakı maraqlarına həddən ziyadə ciddi təhlükə sayır və diplomatik potensialını maksimum səfərbər edərək, Qərbin planlarını pozmağa hazırlaşır.

Rusiyanın XİN başçısı Sergey Lavrov indiyədək müxtəlif səviyyələrdə və məkanlarda dəfələrlə bəyan edib ki, Qərbin həmin planları Cənubi Qafqazdak situasiyanı gərginləşdirir. Ermənistanınsa Rusiyadan asılılıqdan qurtulmaq və Qərb meylli siyasət yürütmək niyyətini S.Lavrov "düşünülməmiş qərarlar" adlandıraraq, "Ermənistanı da Ukrayna ssenarisi gözləyə bilər" deyib.

Rusiya XİN-də keçirilmiş fövqələdadə toplantının nəticələrini çox qısa səciyyələndirmək olar: Moskva bölgjəmizdə yeni "ayırıcı və məhdudlaşdırıcı xətlər"in formalaşdırılmasına imkan verməyəcək. Belə xətlər dedikdə Rusiya bölgəmizdəki dövlətlərin yeni ideoloji platformalar və geosiyasi meyllər baxımından düşərgələnməsini, yeni qarşıdurma vəsilələrinin formalaşmasını nəzərdə tutur.

Moskva açıq şəkildə bəyan edir ki, Gürcüstanla Ermənistanın Qərbə meyillənərək, kənardan alınan təlimatlar əsasında siyasət formalaşdırması onun maraqlarına qətiyyən cavab vermir. Bəhs olunan səbəbdən Cənubi Qafqazda son vaxtlar kollektiv Qərbin güclənən təsir imkanlarını Moskva bütün imkanlarını, rıçaqlarını və vasitələrini işə salaraq minimallaşdırmağa çalışacaq.

Məsələn, Rusiya XİN-nin son bəyanatında yer alan "... kollektiv təhlükəsizlik mexanizmləri dağıtmağa çalışır" ifadəsi ABŞ-Fransa-Avropa İttifaqı triosunun Ermənistanı KTMT sıralarından çıxmağa sövq etməsini nəzərdə tutur.

Rusiya KTMT-ni və Avrasiya İqtisadi İttifaqını təbii ki, onu Ermənistanla "tərəfdaşlıq və müttəfiqlik əlaqələri ilə bağlayan" təşkilatlar sayır. Reallıq da budur ki, sözügedən təşkilatlar İrəvanı Moskvanın hərbi-siyasi və iqtisadi təsir zonasında saxlamağa yönəlib.

Rusiya Sülhməramlı Kontingentinin (RSK) Azərbaycandan vaxtından əvvəl çıxarılması, Ermənistanda 32 ildən bəri işğalda olan 8 kəndimizin 4-nün artıq azad edilərək, Azərbaycana qaytarılması, Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiya və delimitasiya proseslərinə başlamaq barədə qərar verilməsi - bütün bunlar Moskvanı ciddi narahat edən məsələlərdir.

Bakı və İrəvan arasında əldə edilmiş razılaşmaların birbaşa, Rusiyanın iştirakı olmadan reallaşdırılmış danışıqlar nəticəsində əldə olunduğunu xatırlasaq, Moskva mövqelərini bərpa etmək üçün “3+3” formatını yenidən gündəmə gətirir, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatı xatırladaraq, onun şərtlər kompleksinin yerinə yetirilməsinin vacibliyindən bəhs edir.

Görünən budur ki, Rusiya bölgəmizdəki regional siyasətinə əlavələr etmək, onu qismən dəyişmək niyyətindədir.

Əsas hədəf Qərbin regionda güclənməsinə imkan verməmək, NATO-nun Ermənistan vasitəsilə bölgədəki proseslərə ciddi təsir rıçaqlarına yiyələnmək planlarının qarşısını almaqdır.

Eyni zamanda, Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində “zəruri informasiya hazırlığı” görərək, İrəvana sərt xəbərdarlıqlar edir.

Məqsəd N.Paşinyanı Moskvadakı görüşdə və danışıqlarda konkret qərarın qəbuluna vadar etməkdir.

Qərbin maraqları isə fərqlidir.

Fransanın məqsədi Azərbaycan-Türkiyə tandeminin güclənməsinə imkan verməmək, ABŞ-nin niyyəti Azərbaycanla Ermənistan arasındakı nəqliyyat-loqistika əlaqələrinin mümkün qədər gec işə salınması, Avropa İttifaqının istəyi isə Rusiya ilə regional qarşıdurmanı gücləndirərək bölgədəki nəqliyyat marşrutlarına nəzarət mexanizmlərinin ələ keçirilməsidir.

Oxşar Xəbərlər

backend
Makron məğlub oldu, NATO Bakı ilə sıx əməkdaşlıq istəyir
18.03.24 14:19
Siyasət

XƏBƏR LENTİ

19:25 Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
19:23 Prezidenti onlar da təbrik etdilər
19:21 Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
19:18 “Sakit yuxu sona çatdı” - Rusiyadan sərt mesaj
19:16 Sabahın havası onlara pis təsir edə bilər
09:05 ABŞ İran hədəflərinə zərbələr endirdi
09:04 Köçmək üçün - Ən yaxşı ölkələr
09:03 Ömrü 14 ilədək uzadan - 5 vərdiş
09:02 Çilidə 6.9 bal gücündə zəlzələ oldu
09:01 “Ya ABŞ-yə gətirilməli, ya da məhv edilməlidir”
09:00 Sülh razılaşması üçün Tehrana 12 milyard təklif edilib?
08:59 Maşın beton səddə çırpılıb çay yatağına düşdü - Ölənlər və yaralananlar var
08:58 Avropada rekord temperatur qeydə alındı
19:08 28° isti... - Sabahın havası
19:06 Bakıda ər-arvad qətlə yetirildi
19:04 Bayram günlərində metroda iş rejimi dəyişəcək
19:03 “May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram” - Prezident
19:02 Azər Bağırova dövlətə xəyanətə görə - 16 il 6 ay həbs
18:58 Bu ərazilərdə qaz kəsiləcək
18:54 Sabah yağış yağacaq
18:51 Konqoda Ebola xəstəxanasına silahlı basqın - Bir həftədə üçüncüdür
18:47 Ölkəyə qaçaqmal yolu ilə milyonluq siqaret keçirildi - 3 nəfər həbs edildi
18:43 Prezident Si Cinpinə başsağlığı verdi
19:09 2050-ci ilə qədər dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq
19:08 Vəzifəlilər 400, hüquqi şəxslər 1000 manat cərimələnəcək
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
29.05.26 19:258
Prezidenti onlar da təbrik etdilər
29.05.26 19:237
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
29.05.26 19:216
“Sakit yuxu sona çatdı” - Rusiyadan sərt mesaj
29.05.26 19:187
Sabahın havası onlara pis təsir edə bilər
29.05.26 19:166
ABŞ İran hədəflərinə zərbələr endirdi
26.05.26 09:05123
backend
Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
29.05.26 19:258
Prezidenti onlar da təbrik etdilər
29.05.26 19:237
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
29.05.26 19:216
“Sakit yuxu sona çatdı” - Rusiyadan sərt mesaj
29.05.26 19:187
Sabahın havası onlara pis təsir edə bilər
29.05.26 19:166
ABŞ İran hədəflərinə zərbələr endirdi
26.05.26 09:05123

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.