• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
11.12.24 17:51
İqtisadiyyat
149

Prezident Azəri, Çıraq və Günəşli yataqları ilə bağlı Qanun imzaladı





Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Qanun imzalayıb.
Qanunda deyilir:

1. 2024-cü il avqustun 1-də Bakı şəhərində Azərbaycanın Dövlət Neft Şirkəti ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Ekvinor Abşeron AS, Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., MOL Azərbaycan, Ltd., ONGC Videş Limited, Türkiye Petrolleri A.O. arasında imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma” (bundan sonra – İkinci Qoşma) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.

2. İkinci Qoşmanın əsas mətninə edilmiş iki (2) Əlavə Bölmə (bundan sonra – Əlavələr) qəbul və təsdiq edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

3. Bu Qanun qüvvəyə mindikdən sonra İkinci Qoşma və Əlavələr Qanun olurlar. İkinci Qoşmada konkret surətdə başqa hallar göstərilməyibsə, İkinci Qoşma və Əlavələr İkinci Qoşmanın qüvvədə olduğu müddət ərzində İkinci Qoşmaya və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycanın hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

4. Bu Qanun qüvvəyə mindiyi tarixdən İkinci Qoşma və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Podratçı tərəflərə İkinci Qoşmada və Əlavələrdə nəzərdə tutulan sərbəst təbii qaz kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

5. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquq varislərinin) İkinci Qoşma və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

6. İkinci Qoşmadan irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Podratçı tərəflərə bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

7. İkinci Qoşmaya və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər və dəyişikliklər yalnız bu Qanunun 1-ci maddəsində qeyd olunmuş Sazişin tərəflərinin yazılı razılığı ilə edilir.

Oxşar Xəbərlər

backend
Azərbaycan neftinin qiyməti 86 dolları ötdü
25.07.23 13:14
İqtisadiyyat
backend
Azərbaycan nefti yenə BAHALAŞIB
11.11.23 09:55
İqtisadiyyat
backend
Azərbaycan neftinin qiyməti 96 dolları ötüb
8.09.23 09:08
İqtisadiyyat
backend
Azərbaycan neftinin qiyməti 78 dollara düşüb
26.05.23 09:43
İqtisadiyyat
backend
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
24.06.23 09:51
İqtisadiyyat
backend
“Özbəkneftqaz” “Şahdəniz” layihəsinə daxil ola bilər
21.05.24 20:29
İqtisadiyyat
backend
İlham Əliyev dövlət agentliyinə yarım milyon manat ayırdı - SƏRƏNCAM
14.12.23 14:15
Siyasət
backend
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı
1.03.24 20:06
Siyasət
backend
Azərbaycanla İtaliya arasında sənəd imzalandı
15.11.24 18:00
Siyasət
backend
Prezident neft hasilatındakı nöqsanlarla bağlı tələbləri açıqladı
26.09.24 22:01
Gündəm

XƏBƏR LENTİ

19:50 Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi
19:48 Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
19:46 600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
19:42 Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
19:38 Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
18:38 35° isti olacaq
18:36 42 yaşlı qadın müəmmalı şəkildə öldü
18:33 Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
18:29 Sabah Ay tutulacaq
18:26 Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
23:42 Bu marşrutun hərəkət sxemi dəyişdirildi
23:41 Bu yol 2 gün bağlı olacaq
23:40 Rusiya İzmail limanına zərbə endirib
23:38 Sabah bu ərazilər işıqsız qalacaq - Xəbərdarlıq
23:37 Yevlaxda balıqçı itkin düşüb
13:53 Sabah hava necə olacaq?
13:52 Bakı Metropolitenində iş saatı uzadılacaq
13:50 Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
13:49 9 yaşlı qıza ögey anası zorakılıq edir?
13:46 Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
18:52 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri fəaliyyətini dayandırıb?
18:48 Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
18:45 Bakının bəzi ərazilərində 1 gün su olmayacaq
18:42 Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:39 DSK-da dəyişiklik - Vəzifə ləğv edildi, yeni təyinatlar oldu
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi
28.08.26 19:50140
Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
28.08.26 19:48142
600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
28.08.26 19:46137
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
28.08.26 19:42108
Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
28.08.26 19:38138
35° isti olacaq
27.08.26 18:38128
backend
Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi
28.08.26 19:50140
Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
28.08.26 19:48142
600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
28.08.26 19:46137
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
28.08.26 19:42108
Qadın qatar yoluna düşdü - İntervalda yubanma yarandı
28.08.26 19:38138
35° isti olacaq
27.08.26 18:38128

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.