• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
29.02.24 21:49
İqtisadiyyat
172

"Yaşıl enerji" istehsalı və istehlakı ön plana çıxmaqdadır - Komitə sədri



Müasir dünyada iqlim dəyişikliklərinin yaratdığı ciddi fəsadlar iqtisadi inkişafla ətraf mühitin qorunmasının uzlaşdırılmasını tələb edir. Bu kontekstdə "yaşıl enerji" istehsalı və istehlakı ön plana çıxmaqdadır. Yaranan təhlükələrin dəf edilməsində beynəlxalq əməkdaşlıq artıq mühüm zərurətdir.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamı iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.

“Bununla bağlı hazırda tədbirlər planının hazırlanması üzərində iş gedir. Əminliklə söyləmək olar ki, Azərbaycan “Yaşıl dünya naminə həmrəylik ili"ndə qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə öz töhfəsini verəcək.

Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü olan Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım"dır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsidir.

COP29-un Bakıda keçirilməsi Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurlarından biri kimi xarakterizə olunur. Ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində əhatəli işlər aparılır.

Xüsusilə də istilik effekti yaradan qazların emissiyalarının 2030-cu ilə qədər 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması hədəfi ölkəmizin ekoloji sağlamlıq strategiyasına nə qədər önəm verdiyinin təsdiqidir. Düşmən tapdağından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də, Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan edilib.

Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir. "Yaşıl enerji" istehsalı və əldə ediləcək məhsulların dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətində mühüm yer tutur. 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrindən əldə olunacaq elektrik enerjisinin ümumi payı 30 faizə çatdırılacaq”, - deyə T.Mirkişili qeyd edib.

O bildirib ki, Azərbaycanda bərpaolunan enerjiyə diqqət, bu mövzuda müzakirələr getdikcə artır. "Yaşıl enerji"yə keçid strategiyası qlobal iqlim dəyişmələrinin qarşısını almaq və sağlam həyat şəraitini təmin etmək məqsədi daşıyır. Dünyada neft, qaz, elektrik enerjisi ixracatçısı kimi tanınan Azərbaycan Avropanın enerji təminatında vacib rol oynayır. Amma ölkə rəhbərliyi dünyada cərəyan edən prosesləri, trendləri yaxından izləyir və ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji istehsalı sahəsində də özünəməxsus yer tutmaq istəyir. Karbon emissiyası üzrə ölkəmizin üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində işlər görülür. Bu mənada, 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışını xüsusi qeyd etmək lazımdır”, - deyə o qeyd edib.

T.Mirkişi vurğulayıb ki, Prezident İlham Əliyev çıxışı zamanı bu elektrik stansiyasının regionumuzda ən böyük günəş elektrik stansiyası olduğunu qeyd edərək Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçirilmiş layihənin üstünlüklərindən danışdı.

“Gələcəkdə 1 qiqavat həcmində bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanması Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsidir. Bu əməkdaşlıq həm Azərbaycanın iqtisadi gəlirlərini artıracaq, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcək. Dördüncüsü Sənaye İnqilabı adlandırılan yeni dövrün əsasını təşkil edən yaşıl enerji ənənəvi enerji mənbələrini - daş kömür, neft-qaz kimi sahələri geridə qoyacaq. Yeni istehsal olunan mühərriklər, maşınlar hidrogen, qaz və elektrik enerjiləri ilə işləyirlər.

Dövlətimizin başçısının də qeyd etdiyi kimi, növbəti illərdə biz hidrogeni, o cümlədən, yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik. Bizim bərpaolunan enerji gündəliyimiz günəş, külək elektrik stansiyaları ilə məhdudlaşmayacq. Hazırda biz Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı inkişaf etdiririk.

Azərbaycanın alternativ enerji mənbələrinə çıxış yollarının genişləndirməsi onun iqtisadi və siyasi gücünü də artıracaq. Enerji təhlükəsizliyinin təmin edilməsi, enerji mənbələrinin şaxələndirilməsi o deməkdir ki, Azərbaycan regiondakı liderliyini hələ uzun müddət qoruyub saxlayacaq və daha da gücləndirəcək”, - deyə komitə sədri əlavə edib.

Oxşar Xəbərlər

backend
Prezident İlham Əliyev Muxtar Babayevlə bağlı SƏRƏNCAM İMZALADI
7.01.24 19:53
Gündəm
backend
Azərbaycanda bu qanunlar ləğv ediləcək
28.09.23 19:25
Gündəm
backend
Macarıstan Azərbaycanla “yaşıl dəhliz” layihəsinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır
1.05.23 08:41
Gündəm
backend
Zəngilanın Baş planının detalları açıqlandı
6.11.23 13:16
Gündəm
backend
2024-cü ildə bəşəriyyəti ciddi fəlakətlər gözləyir
8.01.24 21:36
Gündəm
backend
Baş katib: BMT TŞ və Bretton-Vuds sistemi kimi bir çox beynəlxalq qurumlar köhnəlib
20.09.23 08:23
Siyasət
backend
Ceyhun Bayramov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
6.02.24 19:54
Siyasət

XƏBƏR LENTİ

19:30 Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
19:27 Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
19:04 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
18:34 Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
16:45 Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
18:35 Temperatur 10° enəcək - Xəbərdarlıq
18:33 Türkiyədə Soma mədənində çökmə, 2 nəfər xilas edildi
18:29 Güclü külək əsəcək - Xəbərdarlıq
18:26 Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:23 Fransada məktəbli üsyanı ölkəni cənginə aldı - Nəqliyyat dayandı
19:15 Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı
19:11 Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü Sazişi təsdiqləndi quba-xezeryani-uzre-hasilatin-pay-bolgusu-sazisi-tesdiqlendi
19:07 Peşə məktəbinin söküləcəyi iddiaları ilə bağlı - Açıqlama
19:03 Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
18:59 Küləkli hava ilə bağlı - Xəbərdarlıq
18:53 Bu küçələr təmirə bağlanır - Saat 21:00-dan
18:50 Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
18:47 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü
18:44 Bakıda qadın öldürüldü - Əri saxlanıldı
18:26 Lənkəranda zəlzələ oldu
18:32 Küləklə bağlı - Xəbərdarlıq
18:30 Britaniyada da dizelin qiyməti tarixi maksimuma çatdı
18:27 Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
18:25 Bakıdan Naxçıvana reyslər təxirə salındı
18:22 Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
2.10.26 19:30147
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
2.10.26 19:27141
Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
2.10.26 19:04127
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
2.10.26 18:34146
Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
2.10.26 16:45149
Temperatur 10° enəcək - Xəbərdarlıq
1.10.26 18:35136
backend
Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
2.10.26 19:30147
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
2.10.26 19:27141
Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
2.10.26 19:04127
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
2.10.26 18:34146
Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
2.10.26 16:45149
Temperatur 10° enəcək - Xəbərdarlıq
1.10.26 18:35136

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.