• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
11.01.24 19:22
İqtisadiyyat
107

Bakıda tramvayın bərpası üçün addımlar atılmağa başlandı



“Paytaxt Bakının digər əraziyə köçürülməsi yanlış fikirdir. Paytaxtın öz funksiyaları var və bu funksiyalar daxilində şəhər öz həyatını yaşamalıdır”.
Bunu AZƏRTAC-a “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na münasibət bildirərkən Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.
Bakıda həddən artıq yüklənmə olduğunu etiraf edən E.Qasımzadə bildirib ki, bir çox iri dövlət qurumları artıq şəhərin mərkəzi hissəsindən köçürülüb:
“Eyni zamanda, Heydər Əliyev prospektində böyük dövlət qurumları üçün yeni ofislərin tikintisi aparılır. Bu düzgün siyasət olmaqla yanaşı özünü tam doğruldur. Həmçinin şəhərin mərkəzində nəqliyyatın sıxlığını bir qədər yüngülləşdirir. Amma əsas bu deyil. Paytaxtın köçürülməsi ilə birgə böyük sayda mütəxəssislərin, dövlət qulluqçularının da başqa yerə köçürülməsi düşünülməlidir. Bu mümkündürmü?”
Paytaxtın köçürülməsi ilə bağlı Qazaxıstan nümunəsindən danışan sədr bildirib ki, ölkə paytaxtının Almatıdan Astanaya köçürülməsinin təkcə Almatı şəhərinin yüklənməsi problemi deyil, digər səbəblər də var idi:
“Amma nə əldə olundu? Bu gün Astana maraqlı bir memarlıq muzeyidir, amma bir şəhər olaraq canlanma yoxdur. Mütəxəssislər və dövlət qulluqçuları Astanaya məcburiyyət qarşısında köçürüldülər. Lakin Almatının əsas sakinləri köçmədilər”.
E.Qasımzadə qeyd edib ki, ali tədris müəssisələrinin də Bakıdan çıxarılması və onlar üçün kampusların tikilməsi barədə fikirlər səsləndirilir. Bu ideya Bakının Baş planının əvvəlki redaksiyalarında da olub.
“Amma bunu həyata keçirmək o qədər də asan deyil. Çünki sözügedən tədris ocaqlarında çalışan professor, müəllim heyəti hər gün uzaq məsafə qət etməli olacaqlar. Bu, əslində böyük problemdir. Odur ki, Azərbaycan paytaxtının kənara köçürülməsi yanlış fikirdir”, - deyə Elbay Qasımzadə əlavə edib.
Bakının Baş planı təsdiq edildikdən sonra ən çox müzakirə olunan mövzulardan olan paytaxtda tramvay nəqliyyatının bərpasına da toxunan E.Qasımzadə Baş planda qeyd olunan qərarın lehinə olduğunu açıqlayıb:
“Əslində etiraf etməliyik ki, tramvayın olub-olmaması Bakının inkişafına o qədər də böyük təsir göstərmir. Amma bir Bakı sakini olaraq düşünürəm ki, Avropanın və dünyanın bir çox qədim şəhərlərində olduğu kimi Bakıda da tramvay olmalıdır, tramvayı bərpa etmək vacibdir. Bilirəm ki, dövlət tərəfindən bu istiqamətdə hansısa addımlar atılır. Tramvay yaxşı nəqliyyat vasitəsidir və öz yolu ilə gedir. Ona görə də avtomobilin hərəkətinə o qədər də mənfi təsir göstərmir. Avtobuslar üçün isə xüsusi yollar salınmasına baxmayaraq, yenə də küçənin ortası ilə avtomobillərlə bərabər hərəkət edirlər. Bu, problem yaradır. Amma tramvay heç bir problem yaratmayacaq. Sakinlər üçün cəlbedici bir nəqliyyat vasitəsidir. Ona görə tramvayın bərpasının tam tərəfdarıyam”.
Paytaxtın Baş planında yer alan yaşıllaşdırma planlarına da toxunan Azərbaycan Memarlar İttifaqının sədri Bakının yaşıllaşdırılması proqramının 1971-ci ildə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdən Azərbaycan Kommunist Partiyasının və Nazirlər Sovetinin birgə qərarı ilə planlaşdırıldığını qeyd edib.
Onun sözlərinə görə, Bakıda yaşıllıqların artırılması sahəsində son 50 ildə çox böyük işlər görülüb.
“Çox təəssüf ki, bəzi yaşıllıq massivlərində ağaclar qırılıb, tikililər aparılıb. Amma Bakının yaşıllaşdırılması problemi bu gün dövlət başçısının diqqət mərkəzindədir. Son bir neçə ildə bir neçə böyük yaşıllıq sahələri yarandı. Nümunə olaraq Füzuli küçəsi boyu Mərkəzi Park, dənizkənarı bulvarın genişlənməsi və s. Gələcəkdə bulvarın uzunluğu 21 kilometrə qədər çatdırılacaq və Baş planda bu əlbəttə ki, nəzərdə tutulub. Ümumiyyətlə Baş planda Bakının bir sıra yenidənqurmaya məruz qalacaq ərazilərində də yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulub. Yəni Baş plan konkret tikililərin aparılması üçün olan sənəd deyil.
Baş plan şəhərin inkişaf konsepsiyasını müəyyənləşdirən, istiqamətlərini göstərən və ən vacib problemlərin həllini təklif edən bir sənəddir. Bu plan 2040-cı ilədək olan müddətə tərtib olunub. Bu müddətə isə 16 il qalıb. Bu müddətdə ola bilər ki, hansısa yeni fikirlər, təkliflər yarana bilər. Bu o demək deyil ki, o fikirləri biz saxlamalı və yalnız 2040-cı ildən sonra tətbiq etməliyik. Biz şəhərin xeyrinə olan hər bir sağlam təklifi və fikri istifadə etməliyik və vaxtında yerinə yetirməliyik”.

Oxşar Xəbərlər

backend
Füzuliyə daha 846 ailə köçürüləcək
14.12.23 14:45
Gündəm
backend
Bakı metrosunda yeni stansiyalar tikiləcək (RƏSMİ)
1.11.23 12:56
İqtisadiyyat
backend
Bakıda yeni metrostansiyalar inşa edilir? - RƏSMİ AÇIQLAMA
25.10.23 17:37
İqtisadiyyat
backend
Şuşada DOST mərkəzi açılır
13.10.23 13:28
Gündəm
backend
Zəngilanın Baş planının detalları açıqlandı
6.11.23 13:16
Gündəm
backend
Azərbaycanda 10 mindən çox IMEI ilə yarım milyondan çox şəbəkəyə qoşulma cəhdi olub
11.07.23 10:12
Hadisə

XƏBƏR LENTİ

18:25 Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri - Açıqlandı
18:24 Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
18:22 Təqaüdçüləri aldadıb pullarını taladı
18:20 Leysan, dolu... - Daha bir xəbərdarlıq
18:19 Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu - 6 aya azadlığa çıxacaq
22:20 Bəzi marşrutların hərəkət istiqamətləri dəyişdi
22:17 Zərdabda ağır qəza - 1 ölü, 2 yaralı
22:15 Motosikletlə “Mercedes” toqquşdu - Kuryer xəsarət aldı
22:14 Paytaxtın bu ərazilərində qaz olmayacaq
22:13 Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
18:24 Güclü külək əsəcək - Xəbərdarlıq
18:23 Cəbhəyə 50 min robot göndərməyi planlaşdırırlar
18:22 Azərbaycanda iki klubun adı dəyişdirildi
18:21 Bu marşrutun hərəkət sxemi dəyişdirildi
18:20 ABŞ və İran arasında kritik 48 saat
18:17 Sədərəkdən Culfaya icra başçısı göndərildi
18:14 Boğazlarında qida qalan körpə və 74 yaşlı qadın öldü
18:12 Həmin şəxslər işlə təmin edildi
18:04 11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
18:01 Rusiya və Suriya birbaşa uçuşları bərpa edir
19:54 Bu nazirliyin yeni vəzifələri müəyyənləşdi
19:52 Bakının bu qəsəbəsində su olmayacaq
19:50 Bakıda yük avtomobili yandı
19:42 Naftalanda 6 kiloqram narkotik vasitə aşkarlandı
19:40 100 ilin temperatur rekordu qırıldı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri - Açıqlandı
7.08.26 18:25130
Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
7.08.26 18:2496
Təqaüdçüləri aldadıb pullarını taladı
7.08.26 18:22130
Leysan, dolu... - Daha bir xəbərdarlıq
7.08.26 18:2064
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu - 6 aya azadlığa çıxacaq
7.08.26 18:19145
Bəzi marşrutların hərəkət istiqamətləri dəyişdi
6.08.26 22:20150
backend
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri - Açıqlandı
7.08.26 18:25130
Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
7.08.26 18:2496
Təqaüdçüləri aldadıb pullarını taladı
7.08.26 18:22130
Leysan, dolu... - Daha bir xəbərdarlıq
7.08.26 18:2064
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu - 6 aya azadlığa çıxacaq
7.08.26 18:19145
Bəzi marşrutların hərəkət istiqamətləri dəyişdi
6.08.26 22:20150

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.