• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
5.09.25 18:51
Hadisə
117

BTQ-dən kanak əsilli məhkumun qətlini pisləyən bəyanat



Bakı Təşəbbüs Qrupu (BTQ) 2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı “Ceyms” şərti adı ilə qeyd edilən gənc kanak əsilli məhkumun qətlini pisləyən bəyanat yayıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, açıqlamada ilk olaraq sentyabrın 3-də Fransanın “Le Monde” nəşrində “2024-cü ildə Yeni Kaledoniyadakı iğtişaşlar zamanı gizlədilmiş ölüm” adlı məqalənin dərc olunduğu bildirilib:

Məqalədə qeyd edilir ki, 2024-cü il mayın 13-də Kanakinin (Yeni Kaledoniya) paytaxtı Numea şəhərində yerləşən Kamp-Est Penitensiar müəssisəsində məhkumlar tərəfindən üsyan baş verir. Hadisə zamanı təxminən 600 məhkumun saxlandığı bu müəssisədə üç nəzarətçi, məhkumlar tərəfindən girov götürülür və müşahidə kameralarının əksəriyyəti sıradan çıxarılır. Vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq məqsədilə əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilir. Aparılan istintaqın nəticələri göstərir ki, baş verən hadisələr zamanı “Ceyms” şərti adı ilə qeyd edilən gənc kanak əsilli məhkum hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı fiziki zorakılığa məruz qalıb və aldığı xəsarətlər nəticəsində dörd gün sonra vəfat edib.

Qeyd edilib ki, əldə olunan məlumatlara əsasən, Ceyms baş vermiş üsyanda iştirak etməyib, hadisələr zamanı öz kamerasında qalıb:

“Şahidlərin ifadələrinə görə, hüquq-mühafizə orqanlarının müdaxiləsi zamanı Ceyms döyülüb, daha sonra digər məhkumlarla birlikdə müşahidə kameralarının quraşdırılmadığı zonaya aparılaraq orada fiziki zorakılığa məruz qalıb. Bundan əlavə, Ceymsə və digər yaralı məhkumlara lazımi tibbi yardım göstərilməyib. Məhkumların ifadələrinə əsasən, Ceymsin səsi son günlər ərzində xeyli zəifləyib, daha sonra isə tamamilə kəsilib. O, huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Ölümün dəqiq səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, Numea Respublika Prokurorluğu baş vermiş hadisə ilə əlaqədar istintaq hərəkətləri başlandığını təsdiqləyib. Hazırda məhkəmə-tibbi ekspertiza və digər müvafiq araşdırmalar davam etdirilir”.

Bəyanatda o da vurğulanıb ki, Ceymsin vəfatı ilə 2024-cü ilin may ayında baş vermiş hadisələr nəticəsində həyatını itirənlərin rəsmi sayı 15-ə çatıb:

“Kamp-Est həbsxanası uzun illərdir ağır saxlanma şəraiti, normadan artıq məhkum sayı və məhkumlara qarşı zorakılıq halları ilə əlaqədar ciddi ictimai və hüquqi tənqidlərin obyektinə çevrilib. Tibbi xidmətlərə əlçatanlığın olmaması, xüsusilə gənc məhkumlarla qeyri-insani rəftar edilməsi və zorakılıq halları müəssisənin əsas problemləri sırasındadır. Məhz bu səbəbdən Kamp-Est həbsxanasının əsaslı şəkildə yenidən qurulması və şəraitin humanist prinsiplərə uyğunlaşdırılması Bujival razılaşmasının əsas müddəalarına əlavə edilib. Ceymsin ölümü ilə bağlı onun ailəsi və vəkili tərəfindən mülki qaydada üç fərqli iddia qaldırılıb. Hüquq müdafiəçiləri baş vermiş hadisə ilə əlaqədar olaraq dövlət rəsmilərini, xüsusilə hüquq mühafizə orqanlarını vəzifə səlahiyyətlərini aşmaqda və fiziki zorakılıq tətbiq etməkdə ittiham edirlər. “Le Monde” qəzetinin yaydığı məlumatlara əsasən, Ceymsin ölümü rəsmi statistikalarda qeyd olunmayıb”.

Bakı Təşəbbüs Qrupu Fransa hökumətinin bu ölüm faktını gizlətməsini bir neçə amillə izah edir:

“Əvvəla, onun ölümü birbaşa küçə iğtişaşları zamanı deyil, Kamp-Est həbsxanasında baş verib. Bu, hadisənin birbaşa rəsmiləşdirilməmiş və qeyri-rəsmi ölüm halı kimi dəyərləndirilməsinə zəmin yaradıb. İkincisi, ölüm səbəbi ilə bağlı məhkəmə araşdırmasının vəziyyəti və ekspertiza nəticələri ictimaiyyətə təqdim olunmayıb. Bu hal günahkarların məsuliyyətə cəlb olunmasını süni şəkildə uzadır. Üçüncüsü, iğtişaşlar zamanı həbsxanada mövcud olan videomüşahidə kameralarının məhv edilməsi nəticəsində hadisəyə dair vizual sübutlar məhv edilib. Bu da araşdırmanın ləngiməsinə səbəb olub. Nəticədə Ceymsin faciəli ölümü rəsmi statistikalarda əks olunmayıb, ictimaiyyətdən gizlədilib”.

Oxşar Xəbərlər

backend
“Fransanın atdığı bu son addımlar beynəlxalq hüququn prinsiplərinə tam ziddir”
19.08.25 18:27
Siyasət
backend
Məhkumun gizlətdiyi “Kalaşnikov” görün hardan tapıldı
25.10.23 14:32
Hadisə
backend
Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
11.07.25 18:42
Gündəm
backend
Bakı Təşəbbüs Qrupu beynəlxalq qurumlara rəsmi məktub ünvanladı
6.09.24 19:42
Gündəm
backend
“Fransanın remilitarizasiyası səbəbindən böhran yaşayır”
13.06.24 20:31
Dünya
backend
Fransada polis qaradərili yeniyetməni öldürdükdən sonra iğtişaşlar başlayıb
28.06.23 17:32
Dünya
backend
15 yaşlı yeniyetmədən ağlasığmaz ADDIM: Sinif yoldaşlarının qətliamını hazırlayırmış
10.01.24 17:14
Dünya
backend
Fransanın Azərbaycanla bağlı bu etirafı… – Tamer
23.05.24 19:55
Gündəm
backend
Rusiya həbsxanasında qiyam - Məhbuslar kameraları yandırdılar
11.01.24 19:42
Dünya
backend
“Daxili işlərimizə qarışmayın!” - Azərbaycandan Rusiyaya nota
1.07.25 19:00
Siyasət
backend
Təfəkkür Universitetinin binası Bakı İnzibati Məhkəməsinə verildi
3.09.25 19:24
Gündəm
backend
Uçan körpünün sökülməsinə başlanıldı
15.09.23 19:29
Hadisə
backend
Gəncə şəhərində daha bir qanunsuz tikintinin qarşısı alınıb
5.07.24 22:04
Bölgə
backend
Fransadakı iğtişaşlarda saxlanılanların sayı AÇIQLANDI
29.06.23 16:36
Dünya
backend
Zəlzələ Kürdəmirdə fəsadlar törətdi: 100-dən çox ev..
4.09.23 20:17
Bölgə

XƏBƏR LENTİ

20:01 5-ci mərtəbədən yıxılan 4 yaşlı uşaq öldü
19:58 Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi - Qərar
19:56 42 yaşlı qadın Pirşağıda dənizdə batdı
19:51 Bu ərazilərdə qaz kəsiləcək
19:44 Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar
18:28 Son beş ayda bu qədər adam həbsdə evlənib
18:26 Leysan olacaq, bəzi çaylardan daşqın və sel keçəcək - Növbəti xəbərdarlıq
18:22 Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
18:17 Hörmüz boğazında gərginlik - SEPAH 3 xarici tankeri geri qaytardı
18:12 Venesueladakı dəhşətli zəlzələdə ölənlərin sayı 589-a çatdı
18:47 “İntellektual gömrük” informasiya sistemi yaradıldı
18:41 Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
18:35 Ölümündən sonra təltif edilən polkovniklər...
18:32 Həftəsonu hava dəyişəcək - Xəbərdarlıq
18:27 İnsanlar küçələrə töküldü - Karakasda elektrik və su yoxdur
21:24 Bu xəstəxananın direktoru işdən çıxarıldı
21:22 Qızıl kəskin ucuzlaşdı
21:20 Qaxda maşın dərəyə aşdı - Xəsarət alan var
21:19 I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi - Açıqlandı
21:17 Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
18:46 Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
18:44 Rusiya Odessaya zərbə endirdi, ölən və yaralanan var
18:42 Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
18:37 Prezident onları təltif etdi - Siyahı
18:34 Rusiyada “Lukoyl” məntəqələrində məhdudiyyət - Maksimum 30 litr benzin almaq olur
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
5-ci mərtəbədən yıxılan 4 yaşlı uşaq öldü
29.06.26 20:013
Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi - Qərar
29.06.26 19:583
42 yaşlı qadın Pirşağıda dənizdə batdı
29.06.26 19:563
Bu ərazilərdə qaz kəsiləcək
29.06.26 19:513
Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar
29.06.26 19:443
backend
5-ci mərtəbədən yıxılan 4 yaşlı uşaq öldü
29.06.26 20:013
Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi - Qərar
29.06.26 19:583
42 yaşlı qadın Pirşağıda dənizdə batdı
29.06.26 19:563
Bu ərazilərdə qaz kəsiləcək
29.06.26 19:513
Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar
29.06.26 19:443
Son beş ayda bu qədər adam həbsdə evlənib
26.06.26 18:28156
backend
5-ci mərtəbədən yıxılan 4 yaşlı uşaq öldü
29.06.26 20:013
Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi - Qərar
29.06.26 19:583
42 yaşlı qadın Pirşağıda dənizdə batdı
29.06.26 19:563
Bu ərazilərdə qaz kəsiləcək
29.06.26 19:513
Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar
29.06.26 19:443
Son beş ayda bu qədər adam həbsdə evlənib
26.06.26 18:28156

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.