• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
21.01.25 11:00
Hadisə
54

Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? -ŞOK FAKTLAR



İnstitutun işçilərinin sayı rəsmi olaraq 291 nəfər olmasına baxmayaraq, bu rəqəm AMEA Rəyasət Heyətinin hesabatlarında 244 nəfər olaraq göstərilir. Yəni adları işdə gedib özləri gəlmir və həmin şəxslərin maaş kartları G.Babaxanlıda olur və maaşları o alır
Bu iddia AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlı daxil olmuş yazıda yer alır. Bundan əlavə institutun idarəçiliyində ciddi problemlərin olduğu, korrupsiya faktları, qohumbazlıq və s. iddialar da, səslənir. Biz yazıda adları yer alan tərəfləri də, dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, yazını müəyyən düzəlişlərlə dərc edirik: 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu illərdir direktor akademik Teymur Kərimli deyil, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya elmləri doktoru, dosent Gülbəniz Babaxanlı idarə edir. G.Babaxanlı institutda at oynadaraq “Teymur Kərimli kimdir ki? Əsas mənəm və mənə itaət etməlisiniz” deyir. İnstitutun işçilərinin sayı rəsmi olaraq 291 nəfər olmasına baxmayaraq, bu rəqəm AMEA Rəyasət Heyətinin hesabatlarında 244 nəfər olaraq göstərilir. Yəni adları işdə gedib özləri gəlmir və həmin şəxslərin maaş kartları G.Babaxanlıda olur və maaşları o alır. G.Babaxanlı adı gedib özləri işdə olmayan həmin şəxslərin adına ezamiyyət, pul mükafatları yazaraq, hətta dərəcələrini normadan artıq qeyd etdirərək külli miqdarda pul mənimsəyir. Qanuniləşdirmək üçün həmin şəxslərin hər gün səhər saatlarında turniket kartları işçilər işə gəlmədən öncə kimə tapşırılıbsa onun tərəfindən vurulur. Rəsmi hər gün işə gələn işçilərin də adına bir maaş həcmində premyalar yazaraq kartdan çıxarıb ona verilməsini tələb edir. Araşdırılsa görünər ki, həmin işçilərin çoxu texniki işçilərdir elmlə məşğul olmurlar. Ölkədaxili ezamiyyətlər heç bir rayonlara getmədən ezamiyyə vərəqələrinə hansısa rayon təşkilatlarında möhür vurularaq həll edilir. Təbii ki, o pulları da G.Babaxanlı şəxsən özü mənimsəyir. Xarici ezamiyyətlərdə isə elmlə, tədqiqatla məşğul olan işçilərə “büdcədə pul yoxdur” deyərək ezamiyyət xərclərini ödəmir, lakin xaricə həkimə, istirahətə gedən texniki işçilərə, laborantlara ezamiyyət pulları yazaraq həmin pulların çıxarılıb özünə verilməsini tələb edir. Qanuniləşdirmək üçün yalandan guya təlimdə və ya muzeydə sərgidə iştirak edib tipli hesabatlar yazılır. Lakin həmin şəxslərin sosial şəbəkə hesabları araşdırılsa məlum olar ki, əslində istirahətə gedən şəxslərə ezamiyyə yazılır. Bunu hətta öz istirahəti üçün də ezamiyyə yazdırması da sübut edir.
Aylar öncə katirovka məsələsi ilə bağlı korrupsiyada adı hallanan G.Babaxanlı məhkəmə işi davam etməsinə baxmayaraq, yenidən bu məsələdə korrupsiyadan əl çəkmir.
 Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tender elanı verilir, lakin G.Babaxanlının anlaşdığı şirkət qalib olmadığı halda tender ləğv edilir və 1 həftə sonra yenidən elan verilir, ta ki, razılaşdırılan şirkət qalib gələnə kimi. Bu rəsmi sənədlərdə də öz əksini tapır. Qalib gələn şirkətlə birlikdə institutda Elmi Şuranın qrifi ilə çap olunacaq kitabların nəşri həyata keçirilir. Bu pulları təbii ki, G.Babaxanlı şəxsən özü mənimsəyir. Lakin əməkdaşlara onların kitablarının nəşri üçün büdcədə pul olmadığı deyilir və nəşr xərclərini işçilər özləri qarşılayır. G.Babaxanlı isə rəsmi sənədlərdə həmin kitabların institut tərəfindən nəşr edildiyini qeyd edib, dövlətin ayırdığı pulu mənimsəyir. Təkcə son ildə 27 min manat mətbəə xərci olub. Halbuki, heç bir əməkdaşın kitabı institut tərəfindən nəşr edilməyib.
Bundan başqa layihələrdə daim G.Babaxanlının yaxın bildiyi insanlar, adları gedib özləri işdə olmayan əməkdaşlar iştirak edir. Hətta hər gün işə gələn əməkdaşlar belə layihədə iştirak edirsə oradan aldığı maaşı G.Babaxanlıya təqdim etməlidir. Bütün maliyyə işlərində G.Babaxanlıya institutun baş mühasibi Leyla Cavadova yaxından köməklik göstərir. Çünki o da bu məsələlərdən öz faizini alır.
G.Babaxanlı öz qohumlarını institutda yüksək vəzifələrə gətirərək işə gəlməmələrinə baxmayaraq, yüksək məvaciblər yazdırır. İnstituta işə qəbul da 10-15 min manat aralığında pul verməkdən keçir. Son vaxtlar insititutda ixtisaslaşmış kadrlar gözüm-çıxdına salınır. Əvəzində institutun profilinə uyğun olmayan müxtəlif ixtisaslardan insanlar işə qəbul edilir. Əlyazmalar İnstitutunda araşdırma aparan barmaqla sayılan bir neçə ixtisaslı kadr var, elə tədqiqatları da onlar aparır. Digər işçiləri isə əlini qolunu sallayıb gəzir. İşə qəbul məsələsində isə G.Babaxanlıya institutun Həmkarlar İttifaqının sədri filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva yaxından kömək edir. O da bu məsələdə öz faizini alır. Xatırladaq ki, S.Əliyeva yaxın müddətə qədər institutun direktoru müavini vəzifəsinə qədər yüksəlmiş, lakin korrupsiya məsələsinə görə şikayətlər olduğu üçün vəzifədən azad edilmişdir. Hal-hazırda institutun direktor müavini vəzifəsi aylardır boşdur. G.Babaxanlının muzeydəki vəzifə müddəti cari ilin 1 mart tarixinədək qüvvədədir. Əgər Mədəniyyət Nazirliyi G.Babaxanlını bu il martın 1-də Hüseyn Cavidin Ev Muzeyinə direktor olaraq təyin etməsə, Əlyazmalar İnstitutuna direktor müavini keçmək istəyir. Həmin yeri də özü üçün alternativ olaraq saxlatdırıb. Əlyazmalar İnstitutunun möhürü və T.Kərimlinin ştamp tipli imzası da G.Babaxanlıdadır. Bütün bu özbaşınalıqdan institut əməkdaşları cana doyub. Onları müəssisənin aqibəti narahat edir və ağıllarda bir sual var. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru kimdir: Akademik Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? /yenixeber.org

Oxşar Xəbərlər

backend
AMEA-nın iki institutunun adı dəyişdirildi
20.01.24 12:19
Gündəm
backend
Qərbi Azərbaycanda yer adları ilə bağlı AMEA-da komissiya yaradılıb
28.07.23 10:49
Gündəm
backend
Doktorantura yaradılan ali məktəblərin yeni siyahısı təsdiqlənib
31.05.24 18:50
Cəmiyyət
backend
Azərbaycanda neçə nəfər Prezident təqaüdü alır?
14.08.24 21:11
Cəmiyyət
backend
Lənkəran Dövlət Dram Teatrına yeni direktor təyin edilib
22.06.24 00:59
Mədəniyyət
backend
“Naxçıvanpoçt”un direktoru vəzifəsindən azad edilib
5.07.24 21:29
Bölgə

XƏBƏR LENTİ

20:58 Sabah yağış yağacaq
20:57 Gürcüstana getmək istəyən sərnişinlər üçün xatırlatma!
20:55 Evdən 51 min manat oğurlandı - Qohum qadın saxlanıldı
20:53 Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
20:52 Terror hücumunda yaralanan Vasif indi bu səfirlikdə işləyir
20:50 “Neftçi” qapıçısını “Qəbələ”yə icarəyə verdi
20:49 Dövlət teatrlarındakı islahatlarla bağlı nazirlikdən - Açıqlama
20:48 Qar yağacaq - Xəbərdarlıq
20:46 Nazir direktoru işdən çıxardı - Yeni təyinat
20:45 “İrana zərbələr bu həftə endirilə bilər”
20:23 Beynəlxalq axtarışda olan 2 əcnəbi ölkəsinə təhvil verildi
20:20 TRIPP layihəsini müzakirə etdilər
20:17 Bakıda ana iki uşağını gözəllik salonunda qoyub getdi - Qurumlar hərəkətə keçdi
20:13 Yollar buz bağlayacaq
19:01 Bakıda ilk dəfə bu imtahanlar elektron qaydada keçiriləcək
18:59 Azərbaycanda 100 min nəfərə 310 cinayət düşür - Rəqəmlər açıqlandı
18:58 Ötən il ipoteka ilə mənzil alanların sayı açıqlandı
18:57 Səbaildə ev yandı - 2 nəfər öldü
18:56 “İmişli” və “Araz-Naxçıvan”dan məhsuldar heç-heçə
18:54 Dövlət Vergi Xidmətinin Baş İdarə rəisi işdən çıxarıldı
18:52 Kamran Əsədov həbs edildi
18:43 Tovuzda küçədə yaşayan ana və oğlu ilə bağlı - Rəsmi açıqlama
18:40 Goranboyda iki qadın kimyəvi maddədən zəhərləndi
18:36 İranda zəlzələ oldu
20:11 Qurban Qurbanovun 500-cü qələbəsi
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sabah yağış yağacaq
27.01.26 20:5856
Gürcüstana getmək istəyən sərnişinlər üçün xatırlatma!
27.01.26 20:57125
Evdən 51 min manat oğurlandı - Qohum qadın saxlanıldı
27.01.26 20:55124
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
27.01.26 20:5370
Terror hücumunda yaralanan Vasif indi bu səfirlikdə işləyir
27.01.26 20:52126
“Neftçi” qapıçısını “Qəbələ”yə icarəyə verdi
27.01.26 20:5062
backend
Sabah yağış yağacaq
27.01.26 20:5856
Gürcüstana getmək istəyən sərnişinlər üçün xatırlatma!
27.01.26 20:57125
Evdən 51 min manat oğurlandı - Qohum qadın saxlanıldı
27.01.26 20:55124
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
27.01.26 20:5370
Terror hücumunda yaralanan Vasif indi bu səfirlikdə işləyir
27.01.26 20:52126
“Neftçi” qapıçısını “Qəbələ”yə icarəyə verdi
27.01.26 20:5062
backend
Sabah yağış yağacaq
27.01.26 20:5856
Gürcüstana getmək istəyən sərnişinlər üçün xatırlatma!
27.01.26 20:57125
Evdən 51 min manat oğurlandı - Qohum qadın saxlanıldı
27.01.26 20:55124
Parlamentə uşaqlarla bağlı yeni qanun layihəsi daxil olub
27.01.26 20:5370
Terror hücumunda yaralanan Vasif indi bu səfirlikdə işləyir
27.01.26 20:52126
“Neftçi” qapıçısını “Qəbələ”yə icarəyə verdi
27.01.26 20:5062

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.