• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
9.09.24 20:21
Hadisə
97

Taleh Yüzbəyov 18 min manat cərimələnib




Aktyor Taleh Yüzbəyov 18 min manat cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, buna onun şəhərin mərkəzində açdığı kafe səbəb olub.

Vergi cəriməsinə tuş gələn gənc aktyor, kafeni bağlamaq məcburiyyətində qaldığını, bu iaşə obyekinə görə bir sıra borcları yarandığını instaqram hesabında yazıb:

“İlk aylar yeməklərin maliyyətini hesablamadan menyuya saldıq, ziyan elədik, borclanma yarandı. Hər bina altında yerləşən kafedə olduğu kimi bir demaqoq qonşu hər yerə bizi şikayət elədi, cərimələndik. Dərdimiz azmış kimi, üstəlik cərimə də ödəməyə məcbur olduq, maaşlar gecikdi. Dövriyyə istədiyimizdən az olduğuna görə bazara borclu qaldıq, bəzi qida məhsullarını almağa çətinlik çəkdik, müştəri narazı qaldı. Kafeni ayaqda saxlaya bilmək üçün bütün dost-tanışlarımızdan borc aldıq, Torqovuda işıq xətti partladı. Bu problemdən 4-5 obyekt əziyyət çəkdi, onun biri də biz olduq, işığa görə neçə müddət normal işləyə bilmədik, dövriyyəmiz azaldı, borclarımız bir az da artdı. İşıqlar düzəldi, kondisioner xarab oldu. Onu düzəltdik, mətbəxi su basdı. Onu həll elədik, işıq şitində yanğın oldu. Yanğını söndürdük, arendanın vaxtı çatdı. Arendanı borc alıb ödədik, maaşların vaxtı yetişdi. Yenə borc tapıb, maaşları ödədik, əvvəl aldığımız borcun vaxtı çatdı. Borcları qaytara bilmək üçün var güclə işlədik, yay sezonu gəldi, işçilər dəniz kənarında işləməyə qaçdı.

Təcrübəli işçi tapana qədər xidmətdə problemlər yarandı, yenə müştərilər narazı qaldı. Xidməti düzəltdik, mətbəx gecikən maaşlara görə tətil elədi. Mətbəxi sakitləşdirdik, arendanın vaxtı çatdı. Obyekt yiyəsinə yalvardıq, işıq pulunun vaxtı gəldi. İşıq idarəsinə yalvardıq, işığımızı kəsdilər. Yenə borc tapıb, işıq pulunu ödədik, maaşlara çatmadı, bir çox işçi işdən çıxdı. Yenilərini tapdıq, növbəti arendanın vaxtı çatdı. Başımız problemlərə elə qarışdı ki, işə gələn və gedən işçiləri sistemə vurmaq yadımızdan çıxdı, cərimələndik. 18.000 azn! Vallah, vergidən yayınmaq fikrimiz yox idi. Sadəcə başımızı itirmişdik. 18 min manat! Bu artıq “Fatality” idi. Borca görə hesabımız bloklandı, kartla ödənişlər borca getməyə başladı. Daha çox müştəri cəlb eləmək üçün reklama güc verdik, tarixi binadır deyib, adımızı binadan sökdülər. İşçilər yenə mitinq elədi, arendanın yenə vaxtı çatdı, işıq pulu yenə gəldi, bazara borcumuz daha da şişdi, digər borc sahibləri də bizi divara dirədi və dırmaşdırmağa başladı, kafeni bağladıq”.

Oxşar Xəbərlər

backend
Ötən il ölkədə 4.5 mlrd. manat vergi borcu LƏĞV EDİLDİ
5.03.24 20:10
İqtisadiyyat
backend
"DOBRO TAS COFFEE" işçilərin maaşına göz dikib? - GİLEY
31.07.24 20:50
Hadisə
backend
Məşhur aktyor ömürlük həbs cəzasına məhkum edildi
8.09.23 11:26
Dünya
backend
Azərbaycanın xarici və daxili dövlət borcu açıqlandı
16.07.24 21:39
İqtisadiyyat
backend
"Müharibədə əməliyyatlar elə planlaşdırılırdı ki..." - İlham Əliyev
17.10.23 14:43
Cəmiyyət
backend
"Neftçi” azarkeşləri rəqib futbolçuları təhqir etdi, klub cərimələndi
16.02.24 23:13
İdman
backend
Pomidor niyə bahalaşıb? - SƏBƏB MƏLUM OLDU
2.08.24 19:42
İqtisadiyyat
backend
Hüseyn Həsənov külli miqdarda borcunu ödədi
5.09.24 20:53
Cəmiyyət
backend
Dövlət Xidməti cərimə yazdı, direktor müavini narazı qaldı -TƏFƏRRÜAT
27.06.24 21:34
Gündəm
backend
“500 manata görə açmışdım” - 2 milyon borcu olan şirkətin sahibi
12.07.24 18:53
Hadisə
backend
Tom Kruz rus deputatın qızına görə lüks restoranı bağlatdırdı
19.12.23 15:25
Dünya

XƏBƏR LENTİ

19:12 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
19:04 Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
19:02 Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
18:59 Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
18:37 İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
18:18 Leysan, dolu, qar - Sabahın havası
18:15 Məzuniyyətə çıxmaq məcburi olacaq
18:11 Finlandiyada azərbaycanlı dənizçiyə hökm oxunub
18:09 Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
18:07 Güclü külək əsir
18:34 Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
18:30 Gələn il yeni islahat paketi planlaşdırılır - Məbləğlər yekun xarakter daşımır
18:27 Tələbə yoldaşına 6 bıçaq zərbəsi endirib - Açıqlama
18:16 Güclü külək əsəcək - Xəbərdarlıq
18:13 Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
18:55 Milli Məclis daha 2 beynəlxalq sənədi ratifikasiya etdi
18:44 Sabah hava necə olacaq?
18:40 Bakıda duman var
18:38 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
18:14 Trampdan İsraillə bağlı şok qərar
22:03 3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir
22:01 ABŞ-də yürüş edən gənclər qar fırtınasına düşüb öldü
21:58 Türkiyədə zəlzələ oldu
21:57 Gəncədə korrupsiya əməliyyatı - Həbs olunan var
21:54 Bu ərazilərdə işıq olmayacaq
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
6.11.26 19:123
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
6.11.26 19:043
Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
6.11.26 19:024
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
6.11.26 18:593
İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
6.11.26 18:373
backend
Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
6.11.26 19:123
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
6.11.26 19:043
Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
6.11.26 19:024
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
6.11.26 18:593
İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
6.11.26 18:373
Leysan, dolu, qar - Sabahın havası
5.11.26 18:18132
backend
Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
6.11.26 19:123
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
6.11.26 19:043
Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
6.11.26 19:024
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
6.11.26 18:593
İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
6.11.26 18:373
Leysan, dolu, qar - Sabahın havası
5.11.26 18:18132

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.