• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
5.08.24 21:54
Hadisə
68

Sabirabadın deputatının - ŞOK SƏRVƏT SİYAHISI..






YAP-ın 67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizəd irəli sürdüyü Əhliman Əmiraslanovun və oğlu Azər Əmiraslanovun xaricdəki biznesi sosial şəbəkə istifadəçiləri tərəfindən gündəmə gətirilib. Tribunainfo.az məlumat verir ki, xüsusən də Sabirabaddan olan sosial media istifadəçiləri keçmiş rektorun, VI çağırış parlamentin üzvü Əmiraslanovun Türkiyədəki obyektlərini açıqlayıblar.
. AA İÇ MİMARLIK İNŞAAT PROJE TAAHHÜT TASARIM UYGULAMA TİCARET LİMİTED ŞİRKETİ 2015-ci il aprelin 17-də İstanbul, BEŞİKTAŞ, LEVENT MAH.ÜLGEN SK.47 ünvanında 50 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Qeydiyyat nömrəsi 971304-0-dır. Təsisçiləri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov və Türkiyə vətəndaşı Alev Kaygazdır.

Şirkət inşaat və daşınmaz əmlak sektorunda fəaliyyət göstərir, o cümlədən yaşayış binalarının tikintisi ilə məşğul olur. Şirkətin adı şəriklərin adlarının ilk hərflərindən götürülüb.

Alev Kaygaz Türkiyədəki biznesi idarə etməkdən əlavə London və Dubayda da tez-tez görünür. Alev Kaygaz eyni zamanda, 2K TASARIM VE İÇ MİMARLIK İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ-nin də təsisçisidir.

2. Azər Əmiraslanovun Türkiyədə təsis etdiyi digər şirkət ENERJİM E TİCARET BİLİŞİM VE YAZILIM HİZMETLERİ LİMİTED ŞİRKETİdir. 250 min lirə nizamnamə kapitalı olan şirkətin qeydiyyat nömrəsi 801011-0, hüquqi ünvanı SARIYER, MASLAK MAH.AKASYA SOK.ECLİPSE MASLAK SİTESİ F BLOK NO:5 F/4-dür. Bu ünvan İstanbjlda deputatın oğluna məxsus AĞLANÇ RESTAURANT-ın yerləşdiyi ünvandır. Elə şirkətin də kvalifikasiya sahəsinə restoran və içki məkanları, ərzaq və içki idxalı, ixracı daxildir. Azər Əmiraslanovun bu şirkətdəki şərikləri Elmir Cəbrayılov və Türkiyə vətəndaşı Emir Turacıkdır.

3. İstanbulda Əmiraslanovlara məxsus qeydiyyatdan keçmiş daha bir şirkət isə AZER GAYRİMENKUL MEDİKAL İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİdir. Bu şirkətin təsisçiləri qismində Azər Əmiraslanovdan başqa, Əhliman Əmiraslanovun digər oğlu, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov da iştirak edir.

Şirkətin qeydiyyat nömrəsi 704740-0, hüquqi ünvanı İstanbul, BEŞİKTAŞ, LEVENT MAH.ÜLGEN SK.47-dir. Əvvəldə qeyd etdiyim kimi Azər Əmiraslanovun Alev Kaygazla ortaq qurduğu şirkət də bu ünvanda fəaliyyət göstərir.

Şirkət əsasən tibbi təyinatlı olmaqla, daşınmaz əmlak sektorunda fəaliyyət göstərir.

4. Deputatın oğlu Rusiyada da indiyədək 5 şirkət qeydiyyatdan keçirib, onlardan yalnız biri fəaliyyətini dayandırıb.

“NOVİNKİ” MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “НОВИНКИ”) hələ Əliman Əmiraslanovun Tibb Universitetinin rektoru olduğu dönəmdə – 1996-cı ilin avqustunda Azər Əmiraslanov və şərikləri tərəfindən 8 milyon rubl nizamnamə kapitalı ilə təsis edilib (qeydiyyat nömrəsi 77160019227716). Hüquqi ünvanı Moskva, Novinki küçəsi 12 A-dır. Şirkətin adı elə bu küçənin adından götürülüb. Kolomenskoe metrosu yaxınlığındakı ünvanda şirkətə məxsus olan və hazırda “PRIMAVERA” şadlıq evi kimi fəaliyyətdə olan obyekt yerləşir.

Şirkətin təsisçilərindən biri – Nəsimi Allahverdiyev Azərbaycan Dövlət Aqrar Universitetinin yoluxmayan xəstəliklər kafedrasının mərhum professoru, şair Rübail Allahverdiyevin oğludur. Rübail Allahverdiyev Əhliman Əmiraslanovla uzun illərin dostu olub.

Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətin 2018-ci il maliyyə hesabatına görə gəlirləri 4 844 000 rubl təşkil edib.

5. Azər Əmiraslanov həmin tarixdə Nəsimi Allahverdiyevlə birgə Moskvada “Super-Kosna” MMC-ni də (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “СУПЕР-КОСНА”) qeydiyyatdan keçiriblər. 1 milyon 650 min rubl nizamnamə kapitalı olan daşınmaz əmlak şirkəti Rusiya paytaxtının Novinki küçəsi 12B ünvanında təsis olunub. Sözügedən ünvanda şirkətə məxsus “PRONTO” Ticarət mərkəzi və restoran fəaliyyət göstərir.

2017-ci il maliyyə hesabatına görə şirləyin gəlirləri 8 milyon 251 min rubl təşkil edib.

6. “DİVİDEND” MMC (ООО “ДИВИДЕНД”) 2010-cu ilin mayında 10 000 rubl nizamnamə kapitalı ilə təsis olunub. Şirkətin 49 faiz hissələri Azər Əmiraslanova, qalan 51 faizi isə Nəsimi Allahverdiyevin və qardaşının adına rəsmiləşdirilib, 2017-ci il maliyyə hesabatına əsasən gəlirləri 39 milyon 784 min rubl (o zamankı valyuta kursu ilə 610 min dollar) təşkil edib.

Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkət Moskvada, Privolnaya küçəsi 63-də hüquqi qeydiyyatdadır. Bu ünvanda yerləşən və şərq mətbəxi təqdim edən ikimərtəbəli “Lepyoşka” kafesi “Dividend” MMC üzərindən idarə olunur.

7. Azəf Əmiraslanov “Bereq” MMC-ni (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “БЕРЕГ”) nizamnamə kapitalı 10 min rubl olmaqla 2014-cü ilin sentyabrında Fail Qurbanov adlı işadamı ilə birgə qeydiyyatdan keçirib.

Şkulyova küçəsi 2a/1 ünvanında hüquqi qeydiyyatda olan şirkət restoran biznesi sahəsində fəaliyyət göstərir. Əhliman Əmiraslanovun oğlu və onun şəriki bu şirkət üzərindən həmin ünvanda “AnderSon” restoranına sahibdirlər. Şirkət hissələrinin 65 faizi Fail Qurbanova 35 faizi isə deputatın oğluna məxsusdur.

8. Azər Əmiraslanovun Moskvada şərik olduğu daha bir şirkət – “PSK” MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “ПЕРВАЯ СТРОИТЕЛЬНАЯ КОРПОРАЦИЯ”)

2003-cü ilin dekabrında qeydiyyatdan keçib. Tikinti sektorunda fəaliyyət göstərmiş şirkət 2013-cü ilin iyulunda ləğv edilib.
Mətbuatda yer alan məlumatlara görə Azər Əmiraslanov yaxın adamı və köməkçisi kimi tanınan Vüqar Cavadovun adına rəsmiləşdirilmiş “Azər-Türk” klinikasına və başqa bir neçə klinikalara, apteklərə, restoranlara və mağazalara da sahibdir.

Oxşar Xəbərlər

backend
Türkiyədə olan Azərbaycan vətəndaşları hansı nöqtələrdə səs verə bilərlər? – SİYAHI
30.01.24 21:31
Siyasət
backend
Xanlar Fətiyev haqqında sensasion faktlar
26.07.24 21:52
Hadisə
backend
Qalmaqallı dairələrin yeni namizədləri... - Biri 34 yaşlı xanımdır
17.07.24 22:01
Siyasət
backend
"Meta" yüksək məbləğdə cərimələndi
12.01.24 14:53
Hadisə
backend
“Azvirt“ işçiləri qanunsuz işlədib - PROTOKOL
25.07.24 22:20
Gündəm / Hadisə
backend
Eyyubovun Kanada vətəndaşı olan oğlu MÜFLİS OLUB? - şirkətlərindən birini bağladı...
2.08.24 19:26
Hadisə
backend
“Azərdövlətlayihə” DBL-nin direktoru öz şirkətini “tender çempionu” etdirir? “Azərdövlətlayihə” DBL-nin direktoru öz şirkətini “tender çempionu” etdirir? -İLGİNC FAKTLAR
20.07.24 21:10
Gündəm / Hadisə
backend
Adı müğənnilərlə və Çovdarovla çəkilən, 9 milyon borcu olan “Sipark” batır – MƏHKƏMƏ
5.08.24 21:41
Hadisə
backend
DİM adından saxtakarlıq edənlərə XƏBƏRDARLIQ
18.03.24 14:27
Hadisə
backend
Siyahıda Heydər Əsədovla Mehriban Vəliyeva da var
17.07.24 22:33
Siyasət
backend
Ağalar Vəliyev Xaçmazda da SAXTAKARLIQ EDİR... - Hakim partiyanın özü belə çətinlik çəkir...
1.08.24 20:35
Hadisə
backend
Bədəl Bədəlov YAP-ın siyahısına necə düşüb? SOCAR-ın sabiq vitse-prezidenti qaranlıq keçmişi…
22.07.24 22:49
Gündəm / Hadisə

XƏBƏR LENTİ

19:07 Sabah da yağış yağacaq
19:06 Haqlarında saxlanılma qərarı çıxarılan 46 nəfərin adı açıqlandı
18:50 Saytlardakı problemlə bağlı - Rəsmi məlumat
18:49 “Qaçqınkom”dan dəhşətli yanğınla bağlı - Açıqlama
18:47 Azərbaycanda 21 peşə təhsili müəssisəsi tikiləcək - Sərəncam
18:44 Prezident Sərəncam imzaladı
18:42 Yaşıllıqlara 40 min manata yaxın ziyan vuruldu
18:40 Qaz xətləri kəsildi, Müşfiqabad qəsəbəsi istiliksiz qaldı - Açıqlama
18:38 Azərbaycanlı aktyor Hollivud filmində çəkiləcək - İlk dəfə
18:36 Bu avtobuslar da yenilənir
19:23 Eldar Mansurovun oğlu yeni vəzifəyə təyin edildi
19:21 Ali Məclis deputatları üçün qaydalar sərtləşdirilir - Bu halda mandatları alınacaq
19:20 Marketdən 12 araba oğurlamışdı - “İş başında” saxlanıldı
19:17 “G8-ə qayıtmaq istəmirik”
19:17 Dövlət mükafatı təsis edilir - Məbləği 50 min olacaq
19:15 Gecə 11-də qapısını döyən şəxsi öldürdü - 11 il həbs aldı
19:05 Sabah Bakıda leysan olacaq - Xəbərdarlıq
19:02 Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir
19:00 “İrəvan etik normalara etinasız yanaşıb”
18:58 Bərdədə 15 yaşlı qızla evlənən gənc həbs edildi
19:53 Pakistan İrəvanda səfirlik açacaq
19:52 Yağıntılar bu vaxta qədər davam edəcək
19:50 Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı
19:49 Formula 1 Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarıldı
19:47 Avstraliya 16 yaşdan kiçik şəxslərə bunu qadağan etdi
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sabah da yağış yağacaq
5.12.25 19:0774
Haqlarında saxlanılma qərarı çıxarılan 46 nəfərin adı açıqlandı
5.12.25 19:0674
Saytlardakı problemlə bağlı - Rəsmi məlumat
5.12.25 18:5074
“Qaçqınkom”dan dəhşətli yanğınla bağlı - Açıqlama
5.12.25 18:4985
Azərbaycanda 21 peşə təhsili müəssisəsi tikiləcək - Sərəncam
5.12.25 18:4784
Prezident Sərəncam imzaladı
5.12.25 18:4484
backend
Sabah da yağış yağacaq
5.12.25 19:0774
Haqlarında saxlanılma qərarı çıxarılan 46 nəfərin adı açıqlandı
5.12.25 19:0674
Saytlardakı problemlə bağlı - Rəsmi məlumat
5.12.25 18:5074
“Qaçqınkom”dan dəhşətli yanğınla bağlı - Açıqlama
5.12.25 18:4985
Azərbaycanda 21 peşə təhsili müəssisəsi tikiləcək - Sərəncam
5.12.25 18:4784
Prezident Sərəncam imzaladı
5.12.25 18:4484
backend
Sabah da yağış yağacaq
5.12.25 19:0774
Haqlarında saxlanılma qərarı çıxarılan 46 nəfərin adı açıqlandı
5.12.25 19:0674
Saytlardakı problemlə bağlı - Rəsmi məlumat
5.12.25 18:5074
“Qaçqınkom”dan dəhşətli yanğınla bağlı - Açıqlama
5.12.25 18:4985
Azərbaycanda 21 peşə təhsili müəssisəsi tikiləcək - Sərəncam
5.12.25 18:4784
Prezident Sərəncam imzaladı
5.12.25 18:4484

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.