• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
30.05.23 18:10
Hadisə
192

“Tərtər işi”nə görə həbs olunan 5 hərbçi baş prokurora müraciət etdi








“Tərtər işi” üzrə daha beş hərbçi onlara qarşı törədilən cinayətlərin araşdırılmasını istəyir. Onlar baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıblar.
Bu barədə Beyləqan rayonu, Dünyamalılar kənd sakini Azər Lətifov Toplum TV-yə bildirib.
O, deyib ki, qardaşı, gizir rütbəli Lətif Lətifov xidmət yoldaşları olmuş Daşqın Heydərov, Zamiq Əlimanov, Elşən Qasımov və Ruslan Cavadovla birlikdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə ediblər. 2016-cı ilin noyabrında dövlətə xəyanət ittihamıyla həbs ediliblər. Ağır işgəncələrə məruz qalıblar, ailə üzvləriylə hədələniblər. Nəticədə cinayəti “etiraf” etmək məcburiyyətində qalıblar.
“Cinayət işi Respublika Hərbi Prokurorluğu tərəfindən başlanıb, iş üzrə istintaq aparılıb və sonradan qardaşım da daxil olmaqla adları çəkilən hərbi qulluqçular Füzuli Hərbi Məhkəməsinin 25 iyul 2018-ci il tarxli 1-1(097)-03/2018 saylı hökmü ilə biri ömürlük olmaqla uzun müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunublar. İstər istintaq dövründə, istərsə də sonradan məhkəmə araşdırması dövründə verilən vəsatətlərin heç biri təmin olunmayıb. Qardaşım da daxil olmaqla hərbi qulluqçular tərəfindən işgəncəyə məruz qalmaları ilə bağlı məlumatlar tam və hərtərəfli araşdırılmayıb”, - A.Lətifov deyib.
Azər Lətifovun sözlərinə görə, iş üzrə ittiham aktı, Füzuli Hərbi Məhkəməsinin hökmü və yuxarı instansiya məhkəmələrinin qərarları Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədova təqdim edilib:
“Hazırkı ərizə vasitəsilə bir daha bildirmək istəyirəm ki, ittihamların heç biri sübuta yetirilməyib. Bu işin yenidən araşdırılması adları çəkilən hərbi qulluqçuların cinayət törətmədiyini, onların şərləndiyini ortaya çıxara bilər. Xüsusən də işin hazırda 2021-ci ilin dekabr ayından etibarən şərti olaraq “Tərtər işi” adlandırılan işin təzələnmiş icraatı çərçivəsində yenidən araşdırılmasını istəyirik”.
Baş Prokurorluq tərəfindən 5 sentyabr 2022-ci il tarixdə yayılmış rəsmi məlumatda bildirilib ki, “Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Bəkir Orucov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. Azər Lətifov deyib ki, Bəkir Orucov onun qardaşı və adlarını çəkdiyi digər hərbi qulluqçular saxlanılan zaman 2-ci Ordu korpusunun komandirinin müavini, qərargah rəisi vəzifəsində olub. Sonrakı tarixlərdə onun hərbi qulluqçulara işgəncə verməsi və əsassız azadlıqdan məhrum etməsi praktikası həmin şəxs tərəfindən bu qanunsuz addımların digər hərbi qulluqçulara qarşı da atdığına ciddi ehtimallar yaradır.
Azər Lətifov baş prokurordan qardaşının və digər dörd hərbi qulluqçunun (biri ömürlük həbsdədir) işinə yenidən baxılması üçun hüquqi addımların atılmasını xahiş edib.

Oxşar Xəbərlər

backend
Azərbaycanda hərbi xidmət əleyhinə olan cinayətlərin sayı azalıb
16.05.23 19:23
Hadisə
backend
Psixiatriya Xəstəxanasından 46 min manatlıq kompüter oğurlandı
26.05.23 11:10
Hadisə

XƏBƏR LENTİ

18:34 Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
18:30 Gələn il yeni islahat paketi planlaşdırılır - Məbləğlər yekun xarakter daşımır
18:27 Tələbə yoldaşına 6 bıçaq zərbəsi endirib - Açıqlama
18:16 Güclü külək əsəcək - Xəbərdarlıq
18:13 Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
18:55 Milli Məclis daha 2 beynəlxalq sənədi ratifikasiya etdi
18:44 Sabah hava necə olacaq?
18:40 Bakıda duman var
18:38 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
18:14 Trampdan İsraillə bağlı şok qərar
22:03 3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir
22:01 ABŞ-də yürüş edən gənclər qar fırtınasına düşüb öldü
21:58 Türkiyədə zəlzələ oldu
21:57 Gəncədə korrupsiya əməliyyatı - Həbs olunan var
21:54 Bu ərazilərdə işıq olmayacaq
18:01 Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
17:58 Oktyabrın son günü yağış yağacaq
17:53 Sirkədən zəhərlənən qadın öldü
17:51 Prezident onları təltif etdi - Adlar
17:48 Təyyarəsi 20 saatdan çox havada qaldı
18:21 Vilayət Eyvazov rəislərin qarşısında konkret tələblər qoydu
18:18 Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı
18:16 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşdi
18:14 “Çox sayda insanın həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi”
18:11 Məktəblinin sürdüyü motosiklet evə çırpıldı - Hadisə yerində öldü
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
4.11.26 18:342
Gələn il yeni islahat paketi planlaşdırılır - Məbləğlər yekun xarakter daşımır
4.11.26 18:302
Tələbə yoldaşına 6 bıçaq zərbəsi endirib - Açıqlama
4.11.26 18:273
Güclü külək əsəcək - Xəbərdarlıq
4.11.26 18:165
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
4.11.26 18:132
backend
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
4.11.26 18:342
Gələn il yeni islahat paketi planlaşdırılır - Məbləğlər yekun xarakter daşımır
4.11.26 18:302
Tələbə yoldaşına 6 bıçaq zərbəsi endirib - Açıqlama
4.11.26 18:273
Güclü külək əsəcək - Xəbərdarlıq
4.11.26 18:165
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
4.11.26 18:132
Milli Məclis daha 2 beynəlxalq sənədi ratifikasiya etdi
3.11.26 18:55130
backend
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
4.11.26 18:342
Gələn il yeni islahat paketi planlaşdırılır - Məbləğlər yekun xarakter daşımır
4.11.26 18:302
Tələbə yoldaşına 6 bıçaq zərbəsi endirib - Açıqlama
4.11.26 18:273
Güclü külək əsəcək - Xəbərdarlıq
4.11.26 18:165
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
4.11.26 18:132
Milli Məclis daha 2 beynəlxalq sənədi ratifikasiya etdi
3.11.26 18:55130

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.