• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
30.07.25 19:03
Gündəm
208

11 yeni bağça fəaliyyətə başlayacaq


“Uşaqların 1-5 yaş arası ən fəal inkişaf edən dövrüdür. Bunu nəzərə alaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bir sıra tədbirlər görülür”.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir, əhalinin sıx məskunlaşdığı ərazilərdə alternativ modellər tətbiq edilir: “2025-2026-cı tədris ilində ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir. Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyatın başlandığı 18 iyul tarixindən indiyədək 32 min 381 uşağın bağçaya qəbul olunması ilə bağlı valideynlərə SMS göndərilib”.

İ.Rəsulova bildirib ki, bağçaların mövcud olmadığı və ya əhalinin sıx yaşadığı ərazilərdə uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün alternativ olaraq qısamüddətli təlim qrupları fəaliyyət göstərir: “Bu qruplar əsasən ümumtəhsil məktəblərinin nəzdində yaradılır. 2024-2025-ci tədris ilində 1177 qrupda 18 380 nəfər olmaqla 3-4 yaşlı uşaqlar gündəlik ikisaatlıq təlimlərə cəlb olunub”.

Şöbə müdiri əlavə edib ki, 2018-ci ildən tətbiq olunan bu model qadınların məşğulluğu, icma mədəniyyətinin bərpası, valideynlərin tədrisə qoşulması və uşaqların məktəbəqədər təhsillə tanışlığı baxımından önəmlidir. 2025/26-cı tədris ilində bu proqram çərçivəsində 25 000 uşağın təlimlərə cəlb olunması gözlənilir.

İlahə Rəsulovanın sözlərinə görə, özəl-dövlət əməkdaşlığı modeli çərçivəsində 2-si regionda olmaqla, ümumilikdə 24 özəl bağça qrant layihəsinə qoşulub və 1300 uşaq bu xidmətdən yararlanıb. Layihə üzrə dövlət hər bir uşaq üçün aylıq 250 manat vəsait ayırır, ödənişin yerdə qalan hissəsi isə valideyn tərəfindən ödənilir: “Bu model özəl sektorun məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsindəki rolunu artırır.

Dövlət məktəbəqədər müəssisələrində optimallaşdırma prosesi həyata keçirilir. Növbəsi olmayan və boş qruplar bağlanır, əvəzində ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır. İlkin mərhələdə bu tədbirlər nəticəsində əlavə olaraq 448 uşaq təhsilə cəlb olunub. İkinci mərhələdə isə daha 500 uşağın cəlbi proqnozlaşdırılır”.

Şöbə müdiri qeyd edib ki, bağça infrastrukturunun inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır: “Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi dövrdən indiyədək 14 yeni bağça istifadəyə verilib, 3 müəssisə əsaslı təmir olunub. 2025-2026-cı tədris ilində isə daha 11 yeni bağçanın fəaliyyətə başlaması planlaşdırılır”.

O vurğulayıb ki, 2022 və 2023-cü illərdə tərbiyəçi müəllim vakansiyası üzrə 850 nəfər işə qəbul edilib.

İ.Rəsulovanın sözlərinə görə, bu il ilk dəfə olaraq bağçalarda metodist vəzifəsi üçün müsahibə təşkil edilib, 23 nəfər uğur qazanıb: “2022 və 2023-cü illərdə məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə keçirilən müsabiqələr nəticəsində 850 nəfər ixtisaslı kadr işə qəbul olunub. Növbəti müsabiqənin 22 avqust 2025-ci il tarixində keçirilməsi planlaşdırılır və sənədqəbulu 29 iyul-4 avqust tarixlərində aparılacaq. Hazırda ölkə üzrə tərbiyəçi-müəllim vəzifəsi üzrə 320 vakant yer mövcuddur”.

Şöbə müdiri qeyd edib ki, müsabiqəyə təqdim olunan çərçivə sənədi 60 sualdan ibarətdir. Bu suallar məktəbəqədər təhsil üzrə məzmun və metodika, pedaqoji və psixoloji yanaşmaları əhatə edir: “İndiyə qədər iki dəfə məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsi üzrə müsabiqə keçirilib və nəticədə 81 nəfər uğur qazanıb. Üçüncü müsabiqənin müsahibə mərhələsi artıq başa çatıb və yaxın günlərdə nəticələrin açıqlanması gözlənilir. Hazırda müdirvəzifəsi üzrə 340 yer vakantdır. Yeni təyin olunan müdirlər üçün 2 günlük adaptasiya proqramı təşkil edilir. Proqram çərçivəsində liderlik, sənədlərlə iş, məzmun, kommunikasiya və digərmühüm sahələr üzrə seminarlar keçirilir”.

MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib ki, 55 min nəfərə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib.

Onun sözlərinə görə, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunub: “2025-2026-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul prosesinə 8 iyul tarixindən start verilib. Valideynlər məktəbəqəbul.edu.az platformasında daxil olaraq sorğularını yerləşdirə bilirlər. Hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir. İndiyədək 55 min uşaq məktəbəhazırlıq qruplarına yazılıb. Xatırladırıq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün sorğu yerləşdirilə bilər. Proses sentyabrın 30-na qədər davam edəcək”.

Oxşar Xəbərlər

backend
Qrant müsabiqəsi çərçivəsində özəl bağçalara qeydiyyat yenidən başladı
18.12.24 19:46
Gündəm
backend
Sənəd qəbulu dayandırılır - Təsdiqlənməmiş sorğular silinəcək
19.05.25 20:57
Gündəm
backend
İyulun 11-də məktəbəhazırlıq qruplarına qəbul başlayır
2.07.24 21:29
Gündəm
backend
Övladını özəl bağçaya qoymaq istəyənlərin nəzərinə!
15.04.25 18:52
Cəmiyyət
backend
Məktəbəqədər təhsillə bağlı - Yenilik
11.06.25 19:24
Gündəm
backend
Övladı bağçaya gedəcək valideynlərin nəzərinə!
24.07.25 22:07
Cəmiyyət
backend
Bu il 41 bağça müdiri işdən çıxarılıb
30.07.25 18:53
Hadisə
backend
“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manatdır”
20.11.24 17:37
Cəmiyyət
backend
Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir
23.08.23 08:51
Gündəm
backend
Övladları I sinfə gedəcək valideynlərə - Çağırış
19.07.24 20:23
Cəmiyyət
backend
Bağça müəllimləri də imtahan verəcək
11.10.24 18:03
Gündəm
backend
Bağça müəllimlərinin təhsil qaydası dəyişəcək - Nazir AÇIQLADI
11.12.23 12:25
Gündəm
backend
Həmin direktorla bağlı tədbir görüləcək - Rəsmi
10.03.25 19:13
Hadisə
backend
Məktəbdənkənar təhsil müəssisələrinə qəbul vaxtı açıqlandı
26.11.24 19:27
Gündəm
backend
Baş nazirdən bağça müəllimləri ilə bağlı Qərar
26.12.24 17:57
Gündəm

XƏBƏR LENTİ

18:28 Son beş ayda bu qədər adam həbsdə evlənib
18:26 Leysan olacaq, bəzi çaylardan daşqın və sel keçəcək - Növbəti xəbərdarlıq
18:22 Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
18:17 Hörmüz boğazında gərginlik - SEPAH 3 xarici tankeri geri qaytardı
18:12 Venesueladakı dəhşətli zəlzələdə ölənlərin sayı 589-a çatdı
18:47 “İntellektual gömrük” informasiya sistemi yaradıldı
18:41 Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
18:35 Ölümündən sonra təltif edilən polkovniklər...
18:32 Həftəsonu hava dəyişəcək - Xəbərdarlıq
18:27 İnsanlar küçələrə töküldü - Karakasda elektrik və su yoxdur
21:24 Bu xəstəxananın direktoru işdən çıxarıldı
21:22 Qızıl kəskin ucuzlaşdı
21:20 Qaxda maşın dərəyə aşdı - Xəsarət alan var
21:19 I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi - Açıqlandı
21:17 Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
18:46 Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
18:44 Rusiya Odessaya zərbə endirdi, ölən və yaralanan var
18:42 Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
18:37 Prezident onları təltif etdi - Siyahı
18:34 Rusiyada “Lukoyl” məntəqələrində məhdudiyyət - Maksimum 30 litr benzin almaq olur
18:27 PA-nın Vətəndaş Qəbulu Mərkəzində iyul ayı üzrə qəbul cədvəli
18:24 Konqoda Ebola virusu tüğyan edir - Yoluxanların sayı 1000-i keçdi
18:49 19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
18:46 Şəhid ailəsinə yararsız qurban əti göndərən - Vəzifəliyə töhmət verildi
18:44 Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Son beş ayda bu qədər adam həbsdə evlənib
26.06.26 18:28156
Leysan olacaq, bəzi çaylardan daşqın və sel keçəcək - Növbəti xəbərdarlıq
26.06.26 18:26104
Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
26.06.26 18:22105
Hörmüz boğazında gərginlik - SEPAH 3 xarici tankeri geri qaytardı
26.06.26 18:17154
Venesueladakı dəhşətli zəlzələdə ölənlərin sayı 589-a çatdı
26.06.26 18:12154
“İntellektual gömrük” informasiya sistemi yaradıldı
25.06.26 18:47145
backend
Son beş ayda bu qədər adam həbsdə evlənib
26.06.26 18:28156
Leysan olacaq, bəzi çaylardan daşqın və sel keçəcək - Növbəti xəbərdarlıq
26.06.26 18:26104
Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
26.06.26 18:22105
Hörmüz boğazında gərginlik - SEPAH 3 xarici tankeri geri qaytardı
26.06.26 18:17154
Venesueladakı dəhşətli zəlzələdə ölənlərin sayı 589-a çatdı
26.06.26 18:12154
“İntellektual gömrük” informasiya sistemi yaradıldı
25.06.26 18:47145

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.