• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
1.04.25 23:44
Gündəm
72

Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməyəcək



Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə müəllimlərin attestasiyasına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq 2024-cü ilin son rübündə növbəti ildə müəllimlərin attestasiyanın keçirilməsi təhsil müəssisələrinin iş planına daxil edilib, müəllimlərə müvafiq bildirişlər göndərilməklə yanaşı, onlara ən azı 3 ay əvvəl attestasiya proqramları təqdim olunub.

Attestasiya prosesinin şəffaf təşkili, qiymətləndirmənin obyektiv aparılması məqsədilə peşəkar ekspertlər cəlb olunmaqla hər biri 5 nəfərdən ibarət 10 komissiya yaradılıb. Komissiyaların tərkibinə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin 20-yə yaxın professor və dosenti, eləcə də Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin, ixtisaslaşmış musiqi və incəsənət məktəblərinin təcrübəli müəllimləri daxil edilib.

Attestasiyada iştirak edəcək pedaqoji heyətin maarifləndirilməsi ilə bağlı sistemli kommunikasiya planı icra edilib. Bakı, Sumqayıt və Abşeronun 40-dan çox məktəblərində görüşlər keçirilib, eyni zamanda attestasiya komissiyasının üzvləri, müəssisələrin rəhbər heyəti, həmkarlar ittifaqının təmsilçiləri ilə prosesin düzgün təşkilinə dair çoxsaylı görüş və təlimlər təşkil edilib. Attestasiya prosesinin təşkil olunduğu Bakı Xoreoqrafiya Akademiyasında zəruri avadanlıq və alətlərlə təchiz olunmuş mərkəz yaradılıb. Burada təhsilverənlərin attestasiya prosesinin yüksək keyfiyyətli videoçəkilişi aparılıb və arxivləşdirilib.

2025-ci ilin fevral-mart aylarında keçirilən attestasiyanın ilkin mərhələsində 1675 nəfər iştirak edib ki, bu da attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Bu və ya digər səbəbdən attestasiyada iştirak etməyən müəllimlərin qiymətləndirilmə prosesi ilə bağlı yaxın müddətdə əlavə bildiriş göndəriləcəkdir.

Attestasiyadan uğurla keçmiş 1183 müəllimin 650 nəfəri, başqa sözlə 55%-i bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib. Sevindirici haldır ki, son illərdə müsabiqə yolu ilə işə qəbul olan müəllimlər attestasiyadan uğurla keçib. Eləcə də, bir sıra musiqi və incəsənət məktəblərinin müəllim heyəti attestasiya prosesini böyük uğurla başa vurub.

Attestasiya zamanı həm də müəllimlərin aidiyyəti üzrə təlimlərə və ixtisasartırmaya ehtiyacları müəyyənləşdirilib ki, bu da sonrakı prosesdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə sistemli təlim prosesinin təşkili üçün çox vacib resursdur.

Bununla belə, 492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 107 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla 4 komissiya üzvü tərəfindən tutduğu vəzifəyə uyğun olmayan kimi qiymətləndirilib.

112 nəfər təhsilverən isə komissiya üzvlərindən 2-si lehinə olmaqla, digər 3-ü tərəfindən tutduğu vəzifəyə uyğun hesab edilməyib.

Attestasiya prosesində iştirak edən bütün müəllimlərə əmək qanunvericiliyinə uyğun olaraq işəgötürən tərəfindən attestasiyanın nəticələrinə dair müvafiq bildirişlər göndərilməkdədir.

Eyni zamanda, attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təhsilverən təlimlərə cəlb olunmaq və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilmək imkanı veriləcəkdir.

Tutduğu vəzifəyə uyğun hesab edilməmiş yaşı 60-dan yuxarı olan, eləcə də bir sıra ağır xəstəliyi olan müəllimlərin alternativ iş imkanlarının araşdırılması məqsədilə aidiyyəti regional mədəniyyət idarələrində komissiyalar yaradılacaq.

Qeyd olunur ki, tutduğu vəzifəyə uyğun hesab edilməyən 20-dən çox müəllim Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə ( hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin) onların əmək müqaviləsinə xitam verilməyəcəkdir.

Attestasiyada tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlərin musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ var.

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiya prosesi davam edir.

2025-2026-cı illərdə bütün ixtisaslar üzrə müəllimlərin attestasiyasının keçirilməsi nəzərdə tutulub.

Oxşar Xəbərlər

backend
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
12.07.24 19:04
Cəmiyyət
backend
“Yeni işə qəbul olunan müəllimlərin 65 faizi ali ixtisas təhsillidir”
3.02.25 18:52
Təhsil
backend
DİM abituriyentlərə müraciət ETDİ
19.05.23 18:32
Təhsil
backend
Mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
10.05.24 19:36
Mədəniyyət
backend
Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - Sentyabr ayından
7.06.23 12:07
İqtisadiyyat
backend
Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır
22.05.23 09:21
Təhsil
backend
Bakıda müəllimlərin orta aylıq maaşı 1000 manata yaxındır
20.12.24 18:07
Gündəm
backend
Gəncədə 2 nömrəli musiqi məktəbi özəlləşdirilib, bina boşaldılır
17.05.24 20:24
Bölgə
backend
Bu Qanuna da dəyişiklik edilir
6.12.24 18:07
Gündəm
backend
Həmin direktorla bağlı tədbir görüləcək - Rəsmi
10.03.25 19:13
Hadisə
backend
8 Noyabr - Zəfər Günü Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbində qeyd olunub
4.11.23 18:24
Gündəm
backend
Bu gündən müddətli müqavilə ilə müəllimlərin növbəti vakansiya seçiminə başlanılır
5.09.23 08:53
Təhsil
backend
Bu şəxslər vəzifədən azad edilib
4.04.24 19:03
Cəmiyyət
backend
İyunun 2-də musiqi, incəsənət, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə imtahan keçiriləcək
31.05.24 18:51
Cəmiyyət

XƏBƏR LENTİ

20:02 Sabah hava necə olacaq?
19:55 Bakıda musiqiçini maşın vurub öldürdü
19:50 Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
19:47 Gələn il “Avroviziya”da ilk dəfə iştirak edəcəklər
19:36 Ceyranbatanda açıq ərazi yanır
22:56 “4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb”
22:51 Sabah bu ərazilərdə qaz kəsiləcək
22:47 Bu üsulla meşə yanğınlarını vaxtında aşkar edəcəklər
22:43 Azərbaycan ilk dəfə baytarlıq vaksini istehsal edəcək
22:40 Netanyahu Livanın cənubundakı “təhlükəsizlik zonası”na getdi
20:01 5-ci mərtəbədən yıxılan 4 yaşlı uşaq öldü
19:58 Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi - Qərar
19:56 42 yaşlı qadın Pirşağıda dənizdə batdı
19:51 Bu ərazilərdə qaz kəsiləcək
19:44 Hörmüzdə keçid üçün rüsumların tətbiqinə qarşıdırlar
18:28 Son beş ayda bu qədər adam həbsdə evlənib
18:26 Leysan olacaq, bəzi çaylardan daşqın və sel keçəcək - Növbəti xəbərdarlıq
18:22 Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
18:17 Hörmüz boğazında gərginlik - SEPAH 3 xarici tankeri geri qaytardı
18:12 Venesueladakı dəhşətli zəlzələdə ölənlərin sayı 589-a çatdı
18:47 “İntellektual gömrük” informasiya sistemi yaradıldı
18:41 Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
18:35 Ölümündən sonra təltif edilən polkovniklər...
18:32 Həftəsonu hava dəyişəcək - Xəbərdarlıq
18:27 İnsanlar küçələrə töküldü - Karakasda elektrik və su yoxdur
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sabah hava necə olacaq?
1.07.26 20:025
Bakıda musiqiçini maşın vurub öldürdü
1.07.26 19:55116
Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
1.07.26 19:50100
Gələn il “Avroviziya”da ilk dəfə iştirak edəcəklər
1.07.26 19:4794
Ceyranbatanda açıq ərazi yanır
1.07.26 19:36101
backend
Sabah hava necə olacaq?
1.07.26 20:025
Bakıda musiqiçini maşın vurub öldürdü
1.07.26 19:55116
Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
1.07.26 19:50100
Gələn il “Avroviziya”da ilk dəfə iştirak edəcəklər
1.07.26 19:4794
Ceyranbatanda açıq ərazi yanır
1.07.26 19:36101
“4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb”
30.06.26 22:56103
backend
Sabah hava necə olacaq?
1.07.26 20:025
Bakıda musiqiçini maşın vurub öldürdü
1.07.26 19:55116
Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
1.07.26 19:50100
Gələn il “Avroviziya”da ilk dəfə iştirak edəcəklər
1.07.26 19:4794
Ceyranbatanda açıq ərazi yanır
1.07.26 19:36101
“4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb”
30.06.26 22:56103

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.