• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
19.12.24 19:55
Gündəm
143

Azərbaycan Fələstinə 2 milyon dollar yardım ayırıb



“Bölgədəki gərgin vəziyyət dərin narahatlıq doğurur. Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb”.
Bunu Baş nazir Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində “Fələstin və Livanda vəziyyət” adlı xüsusi sessiyada çıxışı zamanı deyib.

Dövlət rəsmisi bildirib ki, bu baxımdan daha çox qan tökülməsinin qarşısını almaq üçün təcili tədbirlərin görülməsi zəruridir:

“İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan bu ağır dövrdə Qəzzanın sakinləri ilə həmrəyliyini ifadə edir. Biz zorakılığın artmasını, qeyri-bərabər gücdən istifadəni və mülki şəxslərin həyatlarını itirmələrini qətiyyətlə pisləyirik. Bu, beynəlxalq humanitar hüququn açıq-aşkar pozulmasıdır. Azərbaycan Fələstindəki qardaş və bacılarımıza maddi yardım göstərmək üçün hər zaman səy göstərib.

Ölkəmiz bu böhrandan təsirlənən Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları ayırıb. Bundan əlavə, Azərbaycan Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırıb.

Fələstin xalqına humanitar yardımın göstərilməsi istiqamətində Azərbaycan tərəfindən bölgənin digər dövlətləri ilə yaxın təmaslar davam etdirilir. Biz bundan sonra da böhranın humanitar fəsadlarının aradan qaldırılmasında öz səylərimizi əsirgəməyəcəyik. Humanitar yardımdan əlavə, Azərbaycan Fələstinə beynəlxalq dəstək əldə etmək üçün də öncül rol oynamaqdadır. Bu xüsusda, biz bir neçə yüksək səviyyəli tədbirə ev sahibliyi etmişik. Bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransını xüsusi qeyd etmək istərdim”.

Əli Əsadov əlavə edib ki, vəziyyətin gərginləşməsinin təsirləri yalnız Qəzza və Fələstinlə məhdudlaşmır, qlobal təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradır. Gərginliyin bölgəyə yayılma riski böyük narahatlıq doğurur:

“Azərbaycan bütün tərəfləri təmkinli davranmağa və vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək hər-hansı bir hərəkətdən çəkinməyə çağırır. Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət təmin olunmalıdır. BMT Nizamnaməsinə zidd olaraq hansısa formada gücdən istifadə qəbuledilməzdir. Bu fundamental prinsiplərin pozulması dərhal və şərtsiz şəkildə dayandırılmalıdır. Biz atəşkəsin əldə olunması, zəruri humanitar yardımın təmin edilməsi və münaqişənin səbəblərinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyəti birgə çalışmağa çağırırıq.

Böhrandan diplomatik çıxış yollarının tapılması üçün dinc siyasi proses təşviq edilməlidir. Böhrandan əziyyət çəkən mülki şəxslərin vacib humanitar ehtiyaclarını qarşılamaq üçün bölgəyə humanitar yardımın göstərilməsi təmin edilməlidir. Müvafiq BMT qətnamələrinə ciddi şəkildə riayət edilməlidir. Fələstin xalqının öz dövlətində təhlükəsiz və ləyaqətlə yaşamaq haqqının təmin edilməsinin alternativi yoxdur. Odur ki, Azərbaycan münaqişənin Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini birmənalı şəkildə və qətiyyətlə dəstəkləyir.

Azərbaycan bundan sonra da dialoq və barışığı təşviq edən və İsrail-Fələstin münaqişəsinin ədalətli və davamlı həllinə dəstək verən səylərə sadiq qalacaqdır”.

Oxşar Xəbərlər

backend
ABŞ Ermənistana 11,5 milyonluq humanitar yardım ayırdı
26.09.23 18:56
Dünya
backend
Ölkəmiz Ukraynaya növbəti humanitar yardım göndərir
30.10.23 11:16
Gündəm
backend
BMT Qəzzada razılıq əldə etdi
30.08.24 10:05
Dünya
backend
Bayden Ukraynaya yardım haqqında qanunlar paketini imzalayıb
24.04.24 21:46
Dünya
backend
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşdü
19.12.24 19:58
Siyasət
backend
Bakı Təşəbbüs Qrupu beynəlxalq qurumlara rəsmi məktub ünvanladı
6.09.24 19:42
Gündəm
backend
“Azərbaycan Suriyanın suverenliyinə dəstəyini bir daha ifadə edir”
19.12.24 20:11
Gündəm
backend
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistan XİN rəhbərinin müavininin yalanlarından danışıb
24.05.23 08:49
Siyasət

XƏBƏR LENTİ

19:15 Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb
19:11 Ödənişli yolda yük maşını aşdı - Ölən var
19:09 423 reys təxirə salındı - Moskva hava limanları hazırda
19:07 Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
19:04 Yeni marşrut xətti istifadəyə verilir
19:04 Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
19:01 Pezeşkian Ermənistana gedir
18:59 Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
18:57 8 marşrutun hərəkət istiqaməti dəyişdirilir
18:55 Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı
18:52 Dağıstanın yeni rəhbəri o oldu
19:35 İstanbuldan Bakıya 16 min dərman gətirmək istədi - Qarşısı alındı
19:31 Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü bilgehde-suretle-hereket-eden-avtomobil-asdi
19:27 Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
19:22 Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
18:58 İran ABŞ ilə dəhşətli müharibəyə hazırlaşır - KİV
21:00 XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
20:51 Tacikistanda zəlzələ oldu
20:45 Rusiyada yapon jurnalist həbs olundu - Casusluqda ittiham olunur
20:36 Millimiz Qazaxıstana yollandı
18:37 Arvadını öldürən şəxs mirasdan məhrum edildi
18:12 Pensiya artımları ilə bağlı - Açıqlama
18:10 Qonşusunu təhdid edən şəxs həbs olundu
18:07 Tələbə otaq yoldaşını bıçaqladı
18:05 Mərkəzinin baş həkimi işdən çıxarıldı nardaran-saglamliq-merkezinin-bas-hekimi-isden-cixarildi
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb
16.10.26 19:15147
Ödənişli yolda yük maşını aşdı - Ölən var
16.10.26 19:1129
423 reys təxirə salındı - Moskva hava limanları hazırda
16.10.26 19:095
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
16.10.26 19:076
Yeni marşrut xətti istifadəyə verilir
16.10.26 19:046
backend
Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb
16.10.26 19:15147
Ödənişli yolda yük maşını aşdı - Ölən var
16.10.26 19:1129
423 reys təxirə salındı - Moskva hava limanları hazırda
16.10.26 19:095
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
16.10.26 19:076
Yeni marşrut xətti istifadəyə verilir
16.10.26 19:046
Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
15.10.26 19:04144
backend
Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb
16.10.26 19:15147
Ödənişli yolda yük maşını aşdı - Ölən var
16.10.26 19:1129
423 reys təxirə salındı - Moskva hava limanları hazırda
16.10.26 19:095
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
16.10.26 19:076
Yeni marşrut xətti istifadəyə verilir
16.10.26 19:046
Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
15.10.26 19:04144

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.