• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
18.12.24 20:00
Gündəm
133

“Azərbaycanda Türkiyənin hərbi bazası lazım deyil”





Azərbaycan Prezidenti İlham Əliyev “RİA Novosti” Agentliyinə verdiyi müsahibədə müəllif və aparıcı Dmitri Kiselyovun Azərbaycanda Türkiyənin hərbi bazası ilə bağlı sualını cavablandırıb.
Dövlət başçısı D.Kiselyovun “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı?” sualına belə cavab verib:

“Xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən Türkiyə ilə hərbi əməkdaşlıq edir. Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir. Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, amma deməliyəm ki, bu 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar. Yəni, belə yardıma görə türk dostlarımıza çox minnətdarıq”.

İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var: “Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk - yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər. Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz”.

Oxşar Xəbərlər

backend
Azərbaycanda daha 473 hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq
22.12.23 20:49
Gündəm
backend
Kamran Əliyevdən YENİ TƏYİNAT
31.10.23 13:28
Gündəm
backend
Azərbaycanda hərbi xidmət əleyhinə olan cinayətlərin sayı azalıb
16.05.23 19:23
Hadisə
backend
Azərbaycan Serbiyadan hansı silahları ala bilər? - AÇIQLAMA
11.12.23 13:41
Siyasət

XƏBƏR LENTİ

18:30 Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
18:25 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
18:22 Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
18:17 Gözətçi ehtiyatsızlıqdan özünü güllələdi
18:48 Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
18:46 Daha 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub
18:43 Sabah bu ərazilərdə qaz olmayacaq
18:41 Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi
18:37 Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
18:35 Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
18:25 Azərbaycan Kubokunun püşkü atıldı
18:13 Yeni pişik növü tapıldı - Son 100 ildə ilk dəfə
18:05 Bu avtobus zolağının qüvvədəolma vaxtı - 1 saat artırıldı
18:02 Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
18:49 Azərbaycan Kubokunun finalı Gəncədə olacaq
18:46 13 il əvvəl törədilmiş qətlin şübhəlisi saxlanıldı
18:43 DSK-lar yenidən formalaşdırılır - Yenilənib
18:37 Gürcüstan İran ilə hava əlaqəsini kəsdi
18:33 Lerikdə zəlzələ olub
19:28 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
19:23 Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
19:20 “Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”
19:16 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
19:14 Ailəsini ölümlə təhdid etdilər deyə 6 qol buraxdı
18:17 Rayonlarda leysan olacaq
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22.09.26 18:30138
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
22.09.26 18:25138
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
22.09.26 18:22141
Gözətçi ehtiyatsızlıqdan özünü güllələdi
22.09.26 18:17140
backend
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22.09.26 18:30138
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
22.09.26 18:25138
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
22.09.26 18:22141
Gözətçi ehtiyatsızlıqdan özünü güllələdi
22.09.26 18:17140
Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
21.09.26 18:48131
Daha 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub
21.09.26 18:46131
backend
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22.09.26 18:30138
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
22.09.26 18:25138
Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi
22.09.26 18:22141
Gözətçi ehtiyatsızlıqdan özünü güllələdi
22.09.26 18:17140
Azərbaycana gələn bu şəxslər üçün viza prosedurları sadələşdirilir
21.09.26 18:48131
Daha 93 min şəxs üçün kiçik təsərrüfatlar qurulub
21.09.26 18:46131

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.