• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
11.12.24 17:56
Gündəm
149

Azərbaycanın humanitar və qlobal sülhyaratma təşəbbüsləri yüksək dəyərləndirilir





Qlobal miqyasda sülhə, iqtisadi inkişafa və enerji təhlükəsizliyinə xidmət edən mühüm layihələrin icracısı kimi tanınan Azərbaycan ümumbəşəri humanist dəyərlərdən çıxış edərək, fövqəladə və ekstremal hallar zamanı ölkələrin qarşılıqlı dəstək və yardımlaşmasını təşviq edir, bu sahədəki addımları ilə sivil dünyaya örnək göstərir. Bir sıra ölkələrin üzləşdikləri təbii fəlakət və fövqəladə hallar, eləcə də ekoloji problemlər zamanı rəsmi Bakının nümayiş etdirdiyi yüksək həssaslıq və nəcib yanaşma, göstərilən humanitar-texniki yardımlar deyilənləri bir daha təsdiq edir.

Dövlət başçısı İlham Əliyevin dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi və aparılan müzakirələr iki strateji müttəfiq ölkənin regiondakı və qlobal arenadakı sabitləşdirici rolunu, qlobal təhlükəsizlik, sülhyaratma və humanitar məsələlərdə eyni mövqedən çıxış etdiklərini bir daha təsdiqləyib. Telefon söhbəti zamanı Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

Prezident İlham Əliyev Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş ölkə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Öz növbəsində Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini qeyd edib.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan müharibə və təbii fəlakətlərdən zərər çəkən onlarla ölkəyə humanitar və maddi yardım göstərən, bu istiqamətdə xüsusi fəallığı, təşəbbüskarlığı ilə seçilən ölkələrdən biri kimi tanınır. Qlobal çağırış və təhdidlərlə bağlı beynəlxalq əməkdaşlığa ehtiyacın artdığı bir zamanda, Azərbaycanın etibarlı tərəfdaş olduğu tam təsdiqini tapır. Hələ koronavirus pandemiyası dövründə beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər olunması, qarşılıqlı yardımlaşmanın təşviqi rəsmi Bakı üçün mühüm prioritetlərdən olub. Respublikamız pandemiya ilə əlaqədar fərdi qaydada və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə humanitar yardım göstərdiyi 80-dək ölkə arasında təkcə Qoşulmama Hərəkatında təmsil olunan geridə qalmış ölkələr deyil, Çin, İtaliya, Özbəkistan, İran, Qırğızıstan, Tacikistan, Moldova, Serbiya kimi dövlətlər də olub.

Ötən ay Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi COP29 zamanı isə bu reallıq təsqini tapıb ki, BMT-nin çağırışlarına səs verən rəsmi Bakı kiçik ada dövlətlərini dəstəkləmək, onların qlobal iqlim problemlərinin həllində fəal iştirakını təmin etmək kimi məsuliyyətli missiyanı üzərinə götürüb. Respublikamız Millətlər Birliyi ilə imzaladığı Birgə Bəyannamə əsasında həmin dövlətlərə 10 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Rəsmi Bakı hər hansı ölkədə dinc, günahsız insanların ölümünə, milli-dini, etnik zəmində qətlinə, sabitliyin pozulmasına səbəb olan münaqişələrin, gərginliklərin, habelə fövqəladə hadisələrin baş verməsini arzulamır. Respublikamız bunu 2020-ci ilin avqust ayında erməni əhalinin sıx yaşadığı Livanın paytaxtı Beyrutda çoxsaylı insan tələfatı və dağıntılarla nəticələnən dəhşətli partlayış zamanı bir daha sübuta yetirib. Faciənin nəticələrinin aradan qaldırılması məqsədilə Livana 1 bir milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərməsi ölkəmizin beynəlxalq humanitar hüquqa əsaslanan sivil, humanist və insanpərvər yanaşması olub.

Prezident İlham Əliyevin tapşırığına əsasən, dost və qardaş Pakistan xalqının 2010-cu ildən etibarən müxtəlif vaxtlarda üzləşdiyi daşqınların ağır fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə bu ölkəyə Azərbaycan dövləti adından 7 milyon ABŞ dollarına yaxın yardım edilib. Bundan əlavə, respublikamız bir sıra Avropa ölkələrində tarixi-dini abidələrin, o cümlədən Fransanın 2019-cu ildə dəhşətli yanğından ciddi zərər görmüş məşhur Notr-Dam kilsəsinin təmirinə zəruri maliyyə yardımı ayırmaqla, humanist missiyaya sadiqliyini göstərib. Rəsmi Bakının 3 ildən çox müddətdə dəhşətli müharibə ilə əlaqədar Ukrayna xalqına müntəzəm olaraq göstərdiyi qida, dərman, yanacağ və texniki yardımların dəyəri 40 milyon ABŞ dollarından çoxdur.

Ən çətin və ekstremal məqamlarla Azərbaycan və Türkiyənin bir-birinin yanında olmaları, qarşılıqlı yardımlaşmaları ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin dərin mənəvi köklərə, səmimiyyətə söykəndiyini təsdiqləyib. Xatırladaq ki, Azərbaycan 2021-ci ilin iyul-avqust aylarında Türkiyəyə meşə yanğınları zəminində dəstək verən ilk ölkə olub. Eyni zamanda, Prezident İlham Əliyevin 2023-cü ilin fevralında Türkiyənin Kahramanmaraş və digər şəhərlərində baş verən, dəhşətli dağıntılara, insan tələfatına səbəb olan zəlzələyə operativ reaksiyası, verdiyi tapşırıqlar ölkəmizin yüksək həssaslığını, dostluq və qardaşlıq münasibətlərinə sadiqliyini göstərib. Azərbaycan hökumətinin Kahramanmaraşın bölgələrinin birində yaşayış binalarının və sosial infrastruktur obyektlərinin inşası məqsədilə 100 milyon ABŞ dolları məbləğində vəsait ayırması da deyilənləri bir daha təsdiq edir.

Bütün bunların fonunda Azərbaycanın Türkiyə ilə birgə Suriyada təkcə humanitar deyil, təhlükəsizlik məsələlərində də fəal rol oynamaq imkanları böyükdür. Azərbaycan Ordusu 20 ilə yaxın müddətdə İraq və Əfqanıstanda NATO sülhməramlılarının tərkibində sülhyaratma missiyasında fəal iştirak edib və bu sahədə böyük təcrübəyə malikdir. Bütün bunlarla yanaşı, Türkiyə özü də yeganə müttəfiqi olan Azərbaycanın Suriyada vəziyyətin tənzimlənməsi və gərginliyin aradan qaldırılmasında roluna xüsusi önəm verir.

MTM Analitik Qrup

Oxşar Xəbərlər

backend
Dini liderlər İlham Əliyevə təşəkkür etdi
6.11.24 19:55
Gündəm
backend
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
22.11.24 19:58
Gündəm
backend
30 ölkədən 107 QHT Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib
8.03.24 18:45
Gündəm
backend
Türkiyəli ekspert: “Ərdoğanın yenidən prezident kimi ilk səfərini Azərbaycana etməsi dünyaya verilən güclü ismarışdır"
14.06.23 09:00
Siyasət

XƏBƏR LENTİ

19:30 Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
19:27 Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
19:04 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
18:34 Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
16:45 Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
18:35 Temperatur 10° enəcək - Xəbərdarlıq
18:33 Türkiyədə Soma mədənində çökmə, 2 nəfər xilas edildi
18:29 Güclü külək əsəcək - Xəbərdarlıq
18:26 Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:23 Fransada məktəbli üsyanı ölkəni cənginə aldı - Nəqliyyat dayandı
19:15 Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı
19:11 Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü Sazişi təsdiqləndi quba-xezeryani-uzre-hasilatin-pay-bolgusu-sazisi-tesdiqlendi
19:07 Peşə məktəbinin söküləcəyi iddiaları ilə bağlı - Açıqlama
19:03 Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
18:59 Küləkli hava ilə bağlı - Xəbərdarlıq
18:53 Bu küçələr təmirə bağlanır - Saat 21:00-dan
18:50 Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
18:47 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü
18:44 Bakıda qadın öldürüldü - Əri saxlanıldı
18:26 Lənkəranda zəlzələ oldu
18:32 Küləklə bağlı - Xəbərdarlıq
18:30 Britaniyada da dizelin qiyməti tarixi maksimuma çatdı
18:27 Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
18:25 Bakıdan Naxçıvana reyslər təxirə salındı
18:22 Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
2.10.26 19:30147
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
2.10.26 19:27141
Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
2.10.26 19:04127
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
2.10.26 18:34146
Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
2.10.26 16:45149
Temperatur 10° enəcək - Xəbərdarlıq
1.10.26 18:35135
backend
Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
2.10.26 19:30147
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
2.10.26 19:27141
Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
2.10.26 19:04127
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
2.10.26 18:34146
Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
2.10.26 16:45149
Temperatur 10° enəcək - Xəbərdarlıq
1.10.26 18:35135

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.