• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
9.09.24 20:36
Gündəm
105

“Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”




“Təəssüf ki, Ermənistan tərəfi növbəti dəfə ictimaiyyətin fikirlərini real vəziyyətdən yayındırmaq məqsədi güdür”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər nazirinin “sülh sazişi” və kommunikasiyalar ilə bağlı fikirləri ilə əlaqədar yerli medianın suallarına cavabında deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə sonuncu dəfə Azərbaycan tərəfindən iyun ayında təqdim olunmuş şərhlərə Ermənistan tərəfi avqust ayının sonunda, təqribən 70 gün sonra şərhlərini göndərib.

“Ermənistan tərəfi, Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80% razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu məqbul hesab edilə bilməz. Çünki, sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir.

Azərbaycana qarşı ərazi iddialarını davam etdirən, keçmiş münaqişənin qalığı olan Minsk Qrupunun işinin bərpasına çalışan Ermənistanın “sülh sazişi”nin mətninin əhatə dairəsini azaldaraq onu hər bir formada imzalamağa çağırış etməsi bu ölkənin əsl niyyəti barədə bir çox suallar yaradır.

Saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə hal-hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir.

Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib. Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlər ilə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, 9 sentyabr tarixində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqun xarici işlər və ticarət naziri ilə birgə mətbuat konfransında bildirib ki, sonuncu dəfə Ermənistan tərəfindən Azərbaycana təqdim edilmiş “sülh sazişi” layihəsinin mətni tam olaraq razılaşdırılıb və layihə razılaşdırılmış müddəaları ehtiva edir. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan tərəfi öz ərazisindən keçən hər hansı bir yola nəzarəti üçüncü tərəfə vermək niyyətində deyil. Bununla yanaşı, yük və sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək üçün hər iki ölkədə xarici özəl şirkətin prosesə cəlb edilməsi məsələsinin müzakirə edildiyi diqqətə çatdırılıb.

Oxşar Xəbərlər

backend
Sülh sazişi ilə bağlı məsələ nə yerdədir?
9.09.24 20:32
Siyasət
backend
Rəsmi Bakıdan Paşinyana CAVAB
29.01.24 20:01
Gündəm
backend
Rəsmi Bakıdan Niderland XİN rəhbərinin açıqlamasına REAKSİYA
27.01.24 20:24
Siyasət
backend
Ceyhun Bayramov ABŞ-a getdi - Erməni həmkarı ilə görüşəcək
26.06.23 16:20
Siyasət
backend
Yaxın gələcəkdə müsbət xəbərlər eşidəcəyik
27.06.24 21:45
Siyasət
backend
Ermənistan Azərbaycana 8 yeni mina xəritəsi verəcəyini vəd edir
25.01.24 21:55
Gündəm
backend
XİN: Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq platforması yalnız sülh, təhlükəsizlik, sabitlik və tərəqqini təşviq edir
4.07.24 00:01
Siyasət
backend
Rusiya minalanmış ərazilərin Ermənistan tərəfindən Azərbaycana təqdim olunmasına köməklik göstərməyə hazırdır
26.01.24 20:02
Hadisə

XƏBƏR LENTİ

19:04 Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
19:01 Pezeşkian Ermənistana gedir
18:59 Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
18:57 8 marşrutun hərəkət istiqaməti dəyişdirilir
18:55 Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı
18:52 Dağıstanın yeni rəhbəri o oldu
19:35 İstanbuldan Bakıya 16 min dərman gətirmək istədi - Qarşısı alındı
19:31 Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı - 2 nəfər öldü bilgehde-suretle-hereket-eden-avtomobil-asdi
19:27 Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın!
19:22 Atasını öldürən Ayxana 1 il yarım həbs verildi
18:58 İran ABŞ ilə dəhşətli müharibəyə hazırlaşır - KİV
21:00 XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
20:51 Tacikistanda zəlzələ oldu
20:45 Rusiyada yapon jurnalist həbs olundu - Casusluqda ittiham olunur
20:36 Millimiz Qazaxıstana yollandı
18:37 Arvadını öldürən şəxs mirasdan məhrum edildi
18:12 Pensiya artımları ilə bağlı - Açıqlama
18:10 Qonşusunu təhdid edən şəxs həbs olundu
18:07 Tələbə otaq yoldaşını bıçaqladı
18:05 Mərkəzinin baş həkimi işdən çıxarıldı nardaran-saglamliq-merkezinin-bas-hekimi-isden-cixarildi
17:59 Güclü külək əsəcək - Xəbərdarlıq guclu-kulek-esecek
18:51 Şirkət sürücüsü iş başında öldü
18:47 Dünya opera ulduzları bu tamaşaya görə Bakıya gəlir
18:33 Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
18:30 Hörmüzdə qaz tankeri vurulub
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
15.10.26 19:04139
Pezeşkian Ermənistana gedir
15.10.26 19:01140
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
15.10.26 18:59139
8 marşrutun hərəkət istiqaməti dəyişdirilir
15.10.26 18:57114
Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı
15.10.26 18:55139
Dağıstanın yeni rəhbəri o oldu
15.10.26 18:52142
backend
Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
15.10.26 19:04139
Pezeşkian Ermənistana gedir
15.10.26 19:01140
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
15.10.26 18:59139
8 marşrutun hərəkət istiqaməti dəyişdirilir
15.10.26 18:57114
Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı
15.10.26 18:55139
Dağıstanın yeni rəhbəri o oldu
15.10.26 18:52142
backend
Azərbaycan daha 2 il AQEM-ə sədrlik edəcək
15.10.26 19:04139
Pezeşkian Ermənistana gedir
15.10.26 19:01140
Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törətdi - Həbs edildi
15.10.26 18:59139
8 marşrutun hərəkət istiqaməti dəyişdirilir
15.10.26 18:57114
Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı
15.10.26 18:55139
Dağıstanın yeni rəhbəri o oldu
15.10.26 18:52142

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.