• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
23.08.24 16:57
Gündəm
125

Qastroskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır





Qastroskopiya qida borusu, mədə və onikibarmaq bağırsağın endoskopik müayinəsidir. İcbari tibbi sığorta hesabına 2024-cü ilin ilk 6 ayı ərzində 24 857 sayda qastroskopiya müayinəsi icra olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, ürəkbulanma, qusma, iştahasızlıq, davamlı mədə ağrısı, udma aktının çətinləşməsi və ağrılı olması, qida qəbulundan sonra mədədə ağırlıq və tez doyma hissi, qarının yuxarı hissəsində ağrı, ishal və ya qəbizlik, anemiya, mədə-bağırsaq qanaxması və s. simptomlar qastroskopiya müayinəsi üçün göstəriş hesab oluna bilər.

Qastroskopiya xüsusi endoskopik avadanlıqdan – ucunda linza olan uzun, nazik və elastik boru olan qastroskopdan istifadə edilməklə aparılır. Bu boru ağızdan qida borusu və mədəyə, sonra isə onikibarmaq bağırsağa qədər daxil edilir.

Qastroskopiya qida borusu, mədə və onikibarmaq bağırsağın selikli qişasının vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə, iltihab ocaqları, xora, törəmə və digər xəstəlikləri aşkar etməyə imkan verir. Digər instrumental diaqnostika metodları (USM, KT, MRT daxil olmaqla) mədə-bağırsaq traktının belə dəqiq təsvirini verə bilmir.
Ətraflı

Qastroskopiya həm təcili, həm də planlı şəkildə aparıla bilər. Təcili qastroskopiyaya səbəb əsasən xəstənin həzm sistemində qanaxma, qida borusu və mədədə yad cisimlər olduğu zaman aparılır. Bu zaman diaqnostika ilə yanaşı, xəstənin həzm sistemində olan yad cisim çıxarılır, qanaxma dayandırılır. Planlı müayinə isə qida borusu, mədə və onikibarmaq bağırsaqda xroniki xəstəliklər olduğu zaman aparılır. Müayinədən əvvəl mədə boş olmalıdır. 6-12 saat əvvəl heç bir qida və maye qəbuluna icazə verilmir.

Müayinə yerli və ümumi anesteziya (sedativ (yuxu gətirici) preparatın venadaxili yeridilməsi) ilə icra edilə bilər. Yerli anesteziya ilə (sedasiyasız) prosesin icrası adətən 4-5 dəqiqə, sedasiya ilə 35 dəqiqə davam edir. Pasiyentlər tibbi müayinədən sonra normal həyat fəaliyyətinə davam edə bilirlər. Qeyd edilən tibbi xidmətin ambulator və stasionar şəraitdə göstərilməsi zamanı aparılan anesteziya da icbari tibbi sığorta ilə qarşılanır. Bundan əlavə, qastroskopiya zamanı patoloji dəyişikliklər aşkar edilərsə, şübhəli sahələrin biopsiyası və götürülən materialın histoloji müayinəsi də sığorta hesabına aparılır.

Planlı qastroskopiyanın icrası üçün bir sıra əks göstərişlər mövcuddur. Buna görə də, qastroskopiya təyin edilmiş pasiyentlərin sağlamlıq vəziyyəti araşdırılır. Ağır tənəffüs və ürək-damar çatışmazlığı, kəskin miokard infarktı, onurğa sütunu və döş qəfəsinin artıq dərəcədə deformasiyası, beyin qan dövranının kəskin pozulmaları və digər xəstəliklər zamanı diaqnostika uyğun sayılmır.

Qastroskopiya TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi göstəriş əsasında ixtisaslı həkim təyinatı ilə icra olunur.

Oxşar Xəbərlər

backend
Onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilir?
23.01.24 21:53
Gündəm
backend
İşsizlərə şad xəbər: bu xidmətlər ödənişsiz olacaq
22.11.23 13:18
Cəmiyyət
backend
Qida borusu olmadan doğuldu
13.07.23 17:50
Cəmiyyət
backend
Azərbaycanda 2 sığorta şirkətinin “Yaşıl Kart” lisenziyası ləğv edilib
15.05.23 08:38
İqtisadiyyat
backend
Uşaqlar üçün qida məhsullarına dair yeni tələb müəyyənləşdi
21.03.24 12:07
Cəmiyyət
backend
Sabahdan əmlakını sığortalamayanlar cərimələnəcək?
31.05.23 19:45
Gündəm
backend
Qida əlavələrinə dair yeni tələblər müəyyən edilir
21.03.24 12:05
İqtisadiyyat
backend
Bu il sosial sığorta yığımları 1,8 mlrd. manatı ötüb
7.05.24 17:52
İqtisadiyyat
backend
Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq
28.03.24 18:26
Gündəm
backend
“Qida təhlükəsizliyi” haqqında qanuna dəyişiklik ediləcək
17.01.24 21:57
İqtisadiyyat
backend
Hərbi xidmətə çağırışla bağlı mühüm dəyişiklik
17.10.23 14:36
Gündəm
backend
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Poliklinikalarda YENİLİK - PULSUZ OLACAQ
8.09.23 11:10
Gündəm
backend
Aptek rəhbərlərinə xəbərdarlıq edildi
23.07.24 21:25
Gündəm

XƏBƏR LENTİ

19:12 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
19:04 Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
19:02 Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
18:59 Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
18:37 İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
18:18 Leysan, dolu, qar - Sabahın havası
18:15 Məzuniyyətə çıxmaq məcburi olacaq
18:11 Finlandiyada azərbaycanlı dənizçiyə hökm oxunub
18:09 Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
18:07 Güclü külək əsir
18:34 Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
18:30 Gələn il yeni islahat paketi planlaşdırılır - Məbləğlər yekun xarakter daşımır
18:27 Tələbə yoldaşına 6 bıçaq zərbəsi endirib - Açıqlama
18:16 Güclü külək əsəcək - Xəbərdarlıq
18:13 Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
18:55 Milli Məclis daha 2 beynəlxalq sənədi ratifikasiya etdi
18:44 Sabah hava necə olacaq?
18:40 Bakıda duman var
18:38 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
18:14 Trampdan İsraillə bağlı şok qərar
22:03 3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir
22:01 ABŞ-də yürüş edən gənclər qar fırtınasına düşüb öldü
21:58 Türkiyədə zəlzələ oldu
21:57 Gəncədə korrupsiya əməliyyatı - Həbs olunan var
21:54 Bu ərazilərdə işıq olmayacaq
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
6.11.26 19:127
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
6.11.26 19:048
Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
6.11.26 19:028
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
6.11.26 18:597
İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
6.11.26 18:377
Leysan, dolu, qar - Sabahın havası
5.11.26 18:18132
backend
Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
6.11.26 19:127
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
6.11.26 19:048
Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
6.11.26 19:028
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
6.11.26 18:597
İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
6.11.26 18:377
Leysan, dolu, qar - Sabahın havası
5.11.26 18:18132

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.