• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
10.07.24 19:17
Gündəm
78

Azərbaycandan Ermənistana rəsmi tələb - Mahnımızı oğurlayanlar cəzalandırılsın!




Azərbaycana məxsus müəllif əsərlərinin və folklorun ermənilər tərəfindən oğurlanaraq mənimsənilməsi halları davam edir.
Növbəti belə hal sözləri və musiqisi tanınmış Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı əsərin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə ifa edilərək “Sirun jan” adı altında, videonun təsvirində “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilməsidir.

Üzeyir Hacıbəyovun əsərlərinin ermənilər tərəfindən mənimsənilməsi ilə əlaqədar olduğu kimi, bu plagiat da haqlı olaraq Azərbaycan cəmiyyətində geniş rezonans doğurub və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 9 iyul 2024-cü il tarixində buna dair geniş şərh verib.

Qeyd edilənlərlə bağlı Azərbaycan Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi aşağıdakıları bəyan edir:

1. Sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” əsəri (“Əsər”) 20-ci əsrdə yaradılmış və ilk dəfə Azərbaycanın xalq artisti Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilib.

2. Əsər 2 iyun 1972-ci il tarixində SSRİ qanunvericiliyinə uyğun olaraq Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi olan Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Şöbəsində qeydə alınıb. 1998-ci ildə dünyasını dəyişmiş Bəhram Nəsibovun vərəsələri onun mahnı janrında yazılmış bir çox əsərlərini, o cümlədən Əsəri 14 iyul 2004-cü il tarixində Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində (Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi) dövlət qeydiyyatından keçirmiş, onlara Agentlik tərəfindən Əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilmişdir.

3. Əsər Bəhram Nəsibovun ən məşhur mahnılarından biridir, dəfələrlə Azərbaycan, Türkiyə, Özbəkistan və digər ölkələrdə kütləvi ifa edilmiş, həmin kütləvi ifaların çoxlu sayda video və audio yazıları mövcuddur.

4. Əsərin Azərbaycanda dövlət qeydiyyatı sənədləri, müxtəlif daşıyıcılarda olan nüsxələri və kütləvi ifaları zamanı Bəhram Nəsibovun müəllifliyinə aid əsər kimi tanınması Bəhram Nəsibovun Əsərin yeganə müəllifi olmasının sübutudur.

5. Əsərdən istifadə Bəhram Nəsibovun vərəsələrinin razılığı ilə və həmin razılıqda qeyd edilən həcmdə, onun müəllifliyi qeyd edilməklə mümkündür. “Sirun jan” adlı “Youtube” videosunun təsviri hissəsindən və məzmunundan göründüyü kimi, Bəhram Nəsibov müəllif kimi qeyd edilməyib, əksinə, qanunsuz ifa edilmiş Əsər “erməni xalq mahnısı” olaraq “Youtube” platformasına yerləşdirilib.

6. Əsərin qeydiyyat sənədlərindən və kütləvi ifa tarixçəsindən çıxış edərək, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu halı birmənalı olaraq Əsərin tərkib hissəsi olan musiqinin plagiatı kimi qiymətləndirir.

7. Plagiatın əlavə sübutu olaraq həm Əsər (bir neçə fərqli ifada), həm “Sirun jan” videosu oxşarlığın müəyyən edilməsi məqsədilə Əqli Mülkiyyət Agentliyinin ekspertlərinə təqdim edilib. Ekspert qismində Azərbaycan Respublikasının xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov çıxış etmiş və apardıqları araşdırmanın nəticəsi olaraq müəyyən etmişlər ki, erməni ifaçının səsləndirdiyi “Sirun jan” adlı mahnının musiqisi Bəhram Nəsibovun muğamın çahargah ladında yazdığı “Qarabağ” əsərinin musiqisi ilə tam üst-üstə düşür, eynidir. Bundan əlavə, əsərin orijinal “Qarabağ” adı “Sirun jan” adına, “Anadır arzulara hər zaman Qarabağ” cümlələri də daxil olan Azərbaycan dilindəki mətni isə erməni dilində yeni mətnə dəyişdirilərək, Əsər təhrif edilib.

8. Beləliklə, Əsər təhrif edilməyə məruz qalmış, Əsərin tərkib hissəsi olan musiqi barəsində plagiatçılıq törədilib. Bununla da, ifaçı Gor Yepremyan və Əsərin qanunsuz ifasında, həmin ifanın lentə alınıb İnternetdə yerləşdiirlməsində iştirak etmiş şəxslər Bəhram Nəsibovun şəxsi müəlliflik hüquqlarını və onun varislərinin əmlak hüquqlarını pozub. Müəlliflik hüququnun qeyd edilən pozulması halı ilk növbədə pozuntunu törətmiş Gor Yepremyanın və digər şəxslərin hüquqi məsuliyyətini yaradıb.

9. Qeyd edilən pozuntu faktını araşdırmadıqda və aradan qaldırmadıqda, Ermənistan Respublikasının üzvü olduğu “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının 5-ci maddəsində təsbit edilmiş təməl prinsiplərindən biri olan “milli rejim” prinsipini və tərəf olduğu digər beynəlxalq müqavilələrin, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarını pozmuş olacağını bildiririk.

Bununla əlaqədar, Ermənistan Respublikasından Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” əsərinin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə “Sirun jan” adı altında erməni xalq mahnısı kimi kütləvi ifa və təqdim edilməsi və plagiatçılıq hallarının aradan qaldırılmasını, Bəhram Nəsibovun müəlliflik hüquqlarının bərpa edilməsini, beynəlxalq hüquqa və milli qanunvericiliyinə uyğun olaraq pozuntunu törətmiş şəxsləri məsuliyyətə cəlb etməyi və görülmüş tədbirlər barədə məlumat verməyi tələb edirik.

Oxşar Xəbərlər

backend
Azərbaycan öz kəndlərinin azad olunmasını tələb edir
9.03.24 16:58
Cəmiyyət
backend
Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycanı narahat edir
14.02.24 14:18
Cəmiyyət
backend
Azərbaycanın qovduğu fransız diplomatlar casus olub
28.12.23 17:46
Gündəm

XƏBƏR LENTİ

20:57 Dilənçiliklə məşğul olanlar cərimələnəcək
20:56 Bayramov Çavuşoğluya qardaşının güllələnməsi ilə bağlı zəng etdi
20:54 22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi - Polisdən açıqlama
20:53 Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
20:51 Çin ABŞ və İrana müraciət etdi
20:50 19 yaşlı oğlan öldürüldü - Saxlanılan var
20:47 “Rusiya atəşkəsi pozub”
20:45 Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
20:40 Zelenski İlham Əliyevə zəng etdi
20:08 Mayın ortalarına qədər sülh sazişi imzalaya bilər
20:32 Milli Məclis 5 sənədi ratifikasiya edəcək
20:31 TƏBİB-dəki bu vəzifə ona həvalə olundu
20:29 Bu ölkədə qadın ordu komandanı oldu - İlk dəfə
20:28 İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
20:26 Azərbaycan gimnastları dünya kubokunda “qızıl” qazandılar
20:24 “Atəşkəs hər an pozula bilər”
20:21 Prezidentin yeni Mətbuat katibi kimdir?
20:18 ABŞ Hörmüz boğazını blokadaya almağa başlayıb
20:15 Danışıqların uğursuzluğunun səbəbini açıqladı
20:13 Bəhreyn İraqa nota verdi
18:58 Sığınacaq dağılsa, 400 itin taleyi necə olacaq? - Rəsmi açıqlama
18:55 Azərbaycan havanın təmizliyinə görə Cənubi Qafqazda liderdir
18:53 “Fənərbaxça”nın futbolçusunun villası qarət edildi
18:52 “Vətəndaşın tələbləri əsassızdır” - Komitə
18:52 Taksi xidmətindən istifadə edərkən nələrə diqqət yetirməlisiniz?
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
6.05.26 20:57119
Bayramov Çavuşoğluya qardaşının güllələnməsi ilə bağlı zəng etdi
6.05.26 20:56120
22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi - Polisdən açıqlama
6.05.26 20:54119
Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
6.05.26 20:53119
Çin ABŞ və İrana müraciət etdi
6.05.26 20:51119
19 yaşlı oğlan öldürüldü - Saxlanılan var
6.05.26 20:50118
backend
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
6.05.26 20:57119
Bayramov Çavuşoğluya qardaşının güllələnməsi ilə bağlı zəng etdi
6.05.26 20:56120
22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi - Polisdən açıqlama
6.05.26 20:54119
Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
6.05.26 20:53119
Çin ABŞ və İrana müraciət etdi
6.05.26 20:51119
19 yaşlı oğlan öldürüldü - Saxlanılan var
6.05.26 20:50118
backend
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
6.05.26 20:57119
Bayramov Çavuşoğluya qardaşının güllələnməsi ilə bağlı zəng etdi
6.05.26 20:56120
22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi - Polisdən açıqlama
6.05.26 20:54119
Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
6.05.26 20:53119
Çin ABŞ və İrana müraciət etdi
6.05.26 20:51119
19 yaşlı oğlan öldürüldü - Saxlanılan var
6.05.26 20:50118

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.