• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
3.07.24 23:57
Gündəm
276

Deputat: Azərbaycanla Çin bir-birini etibarlı tərəfdaş hesab edir

Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan - Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri yaranıb: “Çin lideri Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olub. Dövlət başçılarının Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşü ölkələrimiz arasında münasibətlərin daha da inkişafına təkan verəcək".

Deputat qeyd edib ki, Astanada keçirilən ŞƏT-in növbəti zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var: “Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcək. Bəyannamədə qeyd olunduğu kimi, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycanla Çinin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. Münasibətlərimiz ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır. Bu mənada, Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul edir. Təqdirəlayiq haldır ki, Çin COP29-un Azərbaycanda keçirilməsini də alqışlayır və Azərbaycanın Konfransda sədrliyini dəstəkləyir”.

Fatma Yıldırım vurğulayıb ki, Birgə Bəyannamə, həmçinin iqtisadi sahədə digər sənədlərin imzalanması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və çəkisinin daha da yüksəldiyini nümayiş etdirir: “Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, onun şəxsiyyətinə olan hörmət və etibarın təzahürüdür. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən ölkələrdən biridir və Çinlə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və bu layihənin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb. Eləcə də, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. Bunun göstəricisi olaraq, 2023-cü ilin 9 ayı ərzində Orta Dəhliz üzərindən yükdaşımaların həcmi 88% artaraq 2 milyon tona çatıb. 2022-ci ildə Azərbaycan üzərindən tranzit axını təxminən 75% artıb. Zəngəzur dəhlizinin açılmasından sonra bu tranzit həcminin ildə 5-8 milyon ton artması gözlənilir. Eləcə də, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir. Həmçinin Çin Azərbaycanın beş əsas ticarət tərəfdaşından bir 2023-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib. Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər”.

Deputat ölkələr arasında humanitar əməkdaşlığın inkişafına Heydər Əliyev Fondunun böyük töhfələr verdiyini diqqətə çatdırıb: “Fond iki ölkə arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi hesab edilir. Fond “Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti” ilə birlikdə uğurla müxtəlif layihələr həyata keçirir. 2023-cü ilin aprel ayında Pekin şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın “Yalnız bir dəfə yaşayırsan” poeziya kitabının Çin dilinə tərcümə olunmuş təqdimatı keçirilib. Çin Xarici Dillər Nəşriyyatı Administrasiyası tərəfindən nəşr Çin və Azərbaycan arasında mədəni və humanitar sahələrdə əməkdaşlığın gözəl nümunəsi kimi qiymətləndirilib”.

Deputat Azərbaycanla Çin parlamentləri arasında da fəal əlaqələrin olduğunu diqqətə çatdırıb: “Hər iki ölkənin parlamentariləri qarşılıqlı səfərlər edir, qanunvericilik sahəsində təcrübə mübadiləsi aparır. Eləcə də, beynəlxalq təşkilatlar çərçivəsində də deputatlar əməkdaşlıq edirlər. Fatma Yıldırım parlamentlər arasında dostluq əlaqələrinin nümunəsi kimi bu il 14-16 may tarixlərində Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini xanım Şen Yueyuenin ölkəmizə səfərini xatırladıb. Səfər zamanı qonaq Milli Məclisin rəhbərliyi ilə görüş keçirib, eləcə də parlamentlərarası əlaqələrə dair geniş müzakirələr aparılıb. Həmçinin, qonaq ölkəmizin inkişafı ilə bağlı çox pozitiv fikirlər səsləndirib, dövlətlərimizin münasibətlərinin inkişafından məmnunluq ifadə edib. Bütövlükdə, Azərbaycan Prezidenti İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün nəticəsi olaraq, ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq. Bu amillər Azərbaycan - Çin münasibətlərində yeni səhifə açacaq”.

Oxşar Xəbərlər

backend
Çinin dövlət başçısı sanksiyalara qarşı çıxmaqda Rusiyanı dəstəklədiyini açıqlayıb
4.07.24 00:02
Dünya
backend
Putin Prezident İlham Əliyevlə ŞƏT-in Astana sammitində danışıqlar aparacaq
2.07.24 21:36
Siyasət
backend
Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
25.03.24 19:43
Siyasət
backend
Prezidentlərin geniş tərkibdə görüşü baş tutdu
23.05.24 19:53
Siyasət
backend
XİN: Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq platforması yalnız sülh, təhlükəsizlik, sabitlik və tərəqqini təşviq edir
4.07.24 00:01
Siyasət
backend
Fuat Oktay Prezident İlham Əliyevi təbrik edib
6.03.24 19:45
Siyasət
backend
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi
10.07.23 10:50
Siyasət

XƏBƏR LENTİ

19:12 Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
19:04 Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
19:02 Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
18:59 Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
18:37 İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
18:18 Leysan, dolu, qar - Sabahın havası
18:15 Məzuniyyətə çıxmaq məcburi olacaq
18:11 Finlandiyada azərbaycanlı dənizçiyə hökm oxunub
18:09 Sumqayıtda aptekdən 35 min manat oğurlandı - Saxlanılan var
18:07 Güclü külək əsir
18:34 Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
18:30 Gələn il yeni islahat paketi planlaşdırılır - Məbləğlər yekun xarakter daşımır
18:27 Tələbə yoldaşına 6 bıçaq zərbəsi endirib - Açıqlama
18:16 Güclü külək əsəcək - Xəbərdarlıq
18:13 Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
18:55 Milli Məclis daha 2 beynəlxalq sənədi ratifikasiya etdi
18:44 Sabah hava necə olacaq?
18:40 Bakıda duman var
18:38 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
18:14 Trampdan İsraillə bağlı şok qərar
22:03 3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir
22:01 ABŞ-də yürüş edən gənclər qar fırtınasına düşüb öldü
21:58 Türkiyədə zəlzələ oldu
21:57 Gəncədə korrupsiya əməliyyatı - Həbs olunan var
21:54 Bu ərazilərdə işıq olmayacaq
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
6.11.26 19:126
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
6.11.26 19:045
Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
6.11.26 19:027
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
6.11.26 18:596
İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
6.11.26 18:376
backend
Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
6.11.26 19:126
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
6.11.26 19:045
Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
6.11.26 19:027
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
6.11.26 18:596
İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
6.11.26 18:376
Leysan, dolu, qar - Sabahın havası
5.11.26 18:18132
backend
Gürcüstanda tutulan 2 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
6.11.26 19:126
Məhkəmə ekspertləri ilə bağlı - Yeni qərar
6.11.26 19:045
Ər-arvadı öldürüb evlərini yandıran şəxs məhkəmə qarşısına çıxarılır
6.11.26 19:027
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu
6.11.26 18:596
İran ABŞ və İsraili hədələdi - “Raketlər Avropaya çatacaq”
6.11.26 18:376
Leysan, dolu, qar - Sabahın havası
5.11.26 18:18132

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.