• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
5.01.24 11:52
Gündəm
127

Ermənistanı silahlandıran Hindistan Bakıya möhtac qalıb



Rusiya 2024-cü ildə də Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək. Bunu Rusiya Prezidenti Vladimir Putinin və digər rusiyalı rəsmilərin açıqlamalarından müəyyənləşdirmək olar. Müharibənin səngiyəcəyinə və tərəflər arasında danışıqların başlayacağına dair heç bir əlamət yoxdur.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd olunub. Mərkəzin rəhbəri Elxan Şahinoğlunun facebook səhifəsində yayılan hesabatda açıqlamada bildirilib ki, Rusiya müharibə şəraitində əsas ixrac məhsulu olan neft və qazının davamlı satışı üçün bazarlar uğrunda mübarizəni davam etdirəcək:
“Rusiya Avropa bazarını itirdikdən sonra enerji resurslarını əsas iki istiqamətə - Çin və Hindistana yönəldib. Ancaq bu iki bazar Rusiya üçün böyük Avropa bazarını tam əvəz edə bilmir. Nəticədə Rusiyanın 2023-cü ildə qaz satışı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu, Rusiyanın gəlirlərinin azalmasına gətirib çıxarıb. Çin Rusiya ilə yanaşı, mavi yanacağı Mərkəzi Asiya ölkələrindən də almaqda davam edir. Çin qazın alışında Rusiyadan asılı olmaq istəmir.
“Faynənşl Tayms” dərgisində yayımlanan məqalədə Çinin Rusiya neftini rekord həcmdə aldığı yazılıb. Bu, Çinə imkan verir ki, başqa ölkələrdən aldığı neftin qiymətini ucuzlaşdırsın. Ukrayna müharibəsinə qədər Çin neftin əsas həcmini Səudiyyə Ərəbistanından alırdı. Ancaq iqtisadi ekspertlər bu gedişatın müvəqqəti olduğu qənaətindədirlər. Ekspertlərin fikrincə, Çinin Səudiyyə Ərəbistanından neft alışını azaltması müvəqqəti xarakter daşıyır”.
Analizdə xatırladılıb ki, “Röyters” Hindistanın Rusiyadan aldığı neftin həcmini azaltdığını bildirib:
“Hindistanın neft naziri bildirib ki, ölkəsinin Rusiyadan neft alışını azaltması qeyri-münasib qiymətlərlə bağlıdır. Nazirin sözlərinə görə, Dehli Hindistanın neftayırma zavodlarının qərarlarına qarışmır, neftayırma zavodları hansı ölkədən neft almaq məsələsini müstəqil həll edirlər, hökumətin onlardan yeganə tələbi ölkədə yanacağın münasib qiymətlərlə satılmasını təmin etməkdir.
Hindistan Rusiyadan gündəlik 1.5 milyon barrel neft alır. Hindli nazirin sözlərindən belə çıxır ki, əgər Rusiya qiymətdə endirim etməsə, Hindistan başqa ölkələrdən daha çox neft almağa başlayacaq. “Blumberq” agentliyi ötən ilin dekabrında belə bir xəbər yaymışdı ki, Rusiyanın neft daşıyan 6 tankeri Hindistan limanlarında qəbul olunmamışdı. Bu, Rusiya üçün yeni çətinliklər yaradır.
Hindistan Rusiyadan neft alışını azaldarsa, başqa ölkələrlə yanaşı, Azərbaycandan da neftin alışını artıra bilər. Hindistan 10 ay ərzində Azərbaycandan 500 milyon dollar dəyərində neft alıb. Bu göstəriciyə görə, Hindistan Azərbaycanın neft alıcıları sırasında üçüncü sırada qərar tutub. Azərbaycan neftinin əsas alıcısı İtaliyadır, ikinci sırada isə İsraildir”.
Qeyd edək ki, Dehli son aylar Ermənistanın əsas silah ixracatçısına çevrilib.

Oxşar Xəbərlər

backend
Yaponiyanın məşhur şirkəti Rusiya bazarını tərk edir
14.07.23 10:32
Dünya
backend
Rusiya - Ukrayna müharibəsi: Cəbhədən qara xəbər gəldi
27.10.23 12:06
Dünya

XƏBƏR LENTİ

20:24 Qulaqdibi xəstəliyi ilə bağlı - Rəsmi açıqlama
20:23 Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
20:22 Dünya media trendlərinin gələcəyi Qarabağda müzakirə olunur
20:21 Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq
20:01 “AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
21:11 6 ayda bu qədər şəxsə əlillik verilib
21:09 61 yaşlı qadın evində ölü tapıldı
21:07 Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib
21:04 Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
20:52 Paytaxtın bu yollarında təmir gedir - Siyahı
18:33 Şuşadakı abidələrin korlanması - Qadağan edildi
18:31 Balakən sakinini sel apardı
18:29 Kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərin nəzərinə!
18:27 40 il öncə Məkkəyə gedib ölkəsinə qayıda bilmirdi - Türkiyə hərəkətə keçdi
18:22 Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!
20:05 2029-cu ildə əhali siyahıya alınacaq
20:03 Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
20:02 İyul pensiyaları bu tarixdə veriləcək
20:00 Başçının müavini idi, I müavin oldu
19:58 Ağdamda minik avtomobili yük maşını ilə toqquşdu - Xəsarət alanlar var
19:59 Magistr olmaq istəyən jurnalistlərin nəzərinə!
19:55 Sənəd qəbulunun müddəti uzadıldı
19:52 Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi
19:48 FHN hava ilə bağlı əhaliyə - Müraciət etdi
19:34 Sabah bu ərazidə qaz olmayacaq
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Qulaqdibi xəstəliyi ilə bağlı - Rəsmi açıqlama
10.07.26 20:24138
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
10.07.26 20:23138
Dünya media trendlərinin gələcəyi Qarabağda müzakirə olunur
10.07.26 20:22137
Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq
10.07.26 20:21125
“AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
10.07.26 20:01133
6 ayda bu qədər şəxsə əlillik verilib
9.07.26 21:11135
backend
Qulaqdibi xəstəliyi ilə bağlı - Rəsmi açıqlama
10.07.26 20:24138
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
10.07.26 20:23138
Dünya media trendlərinin gələcəyi Qarabağda müzakirə olunur
10.07.26 20:22137
Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq
10.07.26 20:21125
“AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
10.07.26 20:01133
6 ayda bu qədər şəxsə əlillik verilib
9.07.26 21:11135

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.