• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
10.08.23 18:23
Gündəm
152

Bu təhlükəli dini sekta Azərbaycanda yenidən fəallaşıb?

Bu təhlükəli dini sekta Azərbaycanda yenidən fəallaşıb?

Son onilliklərdə bir sıra xarici dairələr demokratiya, tolerantlıq, multikulturalizm və s. kimi Qərb dəyərlərindən sui-istifadə etməklə müəyyən məqsədlərinə çatmağa çalışırlar. “İslam” adı altında gizlənən bir sıra dini cərəyanlardan əlavə, xristianlığın müxtəlif məzhəblərinə aid olduqlarını iddia edən, lakin əslində tamamilə başqa əqidəyə qulluq edən bir para gizli, açıq sektalar da torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanda düşmən güclərin alətinə çevrilir.
Koronavirus pandemiyasına baş qarışdığı bir məqamdan da yararlanan belə təşkilat və cərəyanlar fəallaşmağa başlayıb....



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2002-ci ildə qeydiyyatdan keçirilmiş, lakin 2009-cu ildən sonra təkrar qeydiyyata alınmamış, buna rəğmən fəaliyyətinə qismən icazə verilmiş “Yehova Şahidləri” adlı qeyri-ənənəvi sekta da son vaxtlar fəallaşıb. Əvvəllər kitablar paylamaq, ərzaq və pul yardımları etməklə Azərbaycan vətəndaşlarını öz cərgələrinə cəlb etməyə çalışan bu cərəyanın təbliğatçıları başqa üsullara da əl atmağa başlayıblar. Sekta fəalları ixtiyarı bir şəhər telefon nömrəsinə zəng edərək müxtəlif həyati, ancaq çaşdırıcı suallar verməklə dini cəhətdən savadsız şəxslərdə maraq oyatmağa çalışırlar...

Belə telefon zənglərindən biri də Moderator.az əməkdaşının şəhər nömrəsinə gəlib. Rus dilində nəzakətlə salam verən xanım özünü “Günel” kimi təqdim edərək təxminən belə bir sual verib:
“Çoxları belə düşünür ki, biz daha çox yaşlaşdıqca ömrümüzün nə qədər qısa olduğunu daha çox dərk etməyə çalışırıq. Siz necə düşünürsüz?”.

Gərgin iş vaxtı olduğundan əməkdaşımız həmin xanıma yalnız “Deyə bilərsinizmi, haradan, hansı təşkilatdan zəng edirsiniz?” sualını verib. Cavabında isə “Yehova Şahidləri”nin Ümumdünya Təşkilatı” sözlərini eşidib...

Araşdırmalar göstərir ki, nəinki ənənəvi xristian dininə, eyni zamanda İslama qarşı da fəaliyyət göstərən “Yehova Şahidləri” Azərbaycanda da milli və dövlətçilik ənənələrini sarsıtmaq istiqamətində gizli işlər görür. Bu sektanın Vətənimiz üçün əsas təhlükəli tərəflərindən biri də odur ki, onun üzvlərinin hərbi xidmətdə silah götürməkdən, kiməsə atəş açmaqdan imtina etmək kimi prinsipləri var... Yəni sabah Qarabağ uğrunda savaş başlasa, “Yehova Şahidləri”nin üzvü olan minlərlə Azərbaycan vətəndaşı işğalçı ermənilərə atəş açmaqdan imtina edə bilər...



Eyni zamanda bir çox digər təşkilatlar (məsələn, cinsi azlıqlarla bağlı olanlar) kimi “Yehova Şahidləri” də Qərbin bəzi dairələri üçün hibrid müharibə alətidir. Məhz bu səbəbdən bir sıra ölkələrdə, o cümlədən şişam qonşumuz Rusiyada bu sektanın fəaliyyətinə qadağa qoyulub.
ABŞ və Avropanın insan haqları adı altında fəaliyyət göstərən bir sıra qurumları mütəmadi olaraq Azərbaycan hökumətinə “Yehova Şahidləri” kimi sektalara daha çox sərbəstlik verilməsi üçün təzyiqlər göstərirlər.

Xatırladaq ki, 2016-cı ildə Moderator.az-a geniş müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Yehova Şahidləri" sektasının ölkəmizdəki fəaliyyəti haqda da ətraflı məlumat vermişdik.

İş günü olmadığı üçün Dini Komitə əlaqə yaradıb bəhs edilən dini sektanın son dövrdəki fəaliyyəti ilə bağlı məlumat ala bilmədik. Güman edirik ki, bu və digər əlaqədar dövlət qurumları məsələ ilə ciddi məşğul olacaqlar.

Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirməyə çalışacağıq.

Oxşar Xəbərlər

backend
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
29.06.23 16:29
Maraqlı
backend
Qəbul imtahanlarının II mərhələsi üçün qeydiyyat başlayıb
5.06.23 13:51
Təhsil
backend
Azərbaycanda dərmanların qiyməti ucuzlaşacaq - Rəşad Mahmudov
15.05.23 17:13
Səhiyyə

XƏBƏR LENTİ

18:38 35° isti olacaq
18:36 42 yaşlı qadın müəmmalı şəkildə öldü
18:33 Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
18:29 Sabah Ay tutulacaq
18:26 Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
23:42 Bu marşrutun hərəkət sxemi dəyişdirildi
23:41 Bu yol 2 gün bağlı olacaq
23:40 Rusiya İzmail limanına zərbə endirib
23:38 Sabah bu ərazilər işıqsız qalacaq - Xəbərdarlıq
23:37 Yevlaxda balıqçı itkin düşüb
13:53 Sabah hava necə olacaq?
13:52 Bakı Metropolitenində iş saatı uzadılacaq
13:50 Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
13:49 9 yaşlı qıza ögey anası zorakılıq edir?
13:46 Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
18:52 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri fəaliyyətini dayandırıb?
18:48 Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
18:45 Bakının bəzi ərazilərində 1 gün su olmayacaq
18:42 Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:39 DSK-da dəyişiklik - Vəzifə ləğv edildi, yeni təyinatlar oldu
18:34 Prezident Türkmənistanla bu sənədləri təsdiqlədi
18:33 İlham Əliyev Şavkat Mirziyoyevə minnətdarlığını bildirdi
18:31 “Sabah”ın oyununa 15 min bilet satıldı
18:29 “Bu dəfə ağır nəticənin qarşısını digər sürücünün ehtiyatlı davranışı aldı”
18:28 Samuxda qarayara ilə bağlı dezinfeksiya işləri aparıldı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
35° isti olacaq
27.08.26 18:383
42 yaşlı qadın müəmmalı şəkildə öldü
27.08.26 18:363
Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
27.08.26 18:333
Sabah Ay tutulacaq
27.08.26 18:293
Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
27.08.26 18:263
Bu marşrutun hərəkət sxemi dəyişdirildi
26.08.26 23:4283
backend
35° isti olacaq
27.08.26 18:383
42 yaşlı qadın müəmmalı şəkildə öldü
27.08.26 18:363
Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
27.08.26 18:333
Sabah Ay tutulacaq
27.08.26 18:293
Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
27.08.26 18:263
Bu marşrutun hərəkət sxemi dəyişdirildi
26.08.26 23:4283
backend
35° isti olacaq
27.08.26 18:383
42 yaşlı qadın müəmmalı şəkildə öldü
27.08.26 18:363
Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
27.08.26 18:333
Sabah Ay tutulacaq
27.08.26 18:293
Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
27.08.26 18:263
Bu marşrutun hərəkət sxemi dəyişdirildi
26.08.26 23:4283

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.