• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
7.11.24 18:42
Dünya
55

Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymur



Fransa hakimiyyətinin Azərbaycana qarşı qərəz və ikili standartlara söykənən münasibətləri səngimir. Hər vəchlə ölkələrimiz arasında münasibətlərə xələl gətirəcək addımlara rəvac verir. Başda prezident Emmanuel Makron olmaqla, erməni lobbisindən yararlanan şəxslər xalqlar arasında münasibətlərə xələl gətirməyə çalışır. Halbuki, fransız və Azərbaycan xalqını tarixi, mədəni əlaqələr birləşdirir. Rəsmi Paris münasibətlərin inkişafına mane olmaq istəsə də, bu səylər nəticəsiz qalır.

Makron komandasının tapşırıqlarını sözsüz yerinə yetirən Fransanın Avropa və Xarici İşlər Nazirliyi bu ilin sentyabr ayının 4-də Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara Azərbaycana səyahət xəbərdarlığı etmişdi. Nazirlik bunu “əsassız həbs və ədalətsiz mühakimə riski” ilə əsaslandırmağa çalışmışdı. Lakin rəqəmlər göstərir ki, fransızlar rəsmi Parisin bu xəbərdarlığını ciddiyə almırlar. Fransızlar sadəcə bununla hakimiyyətlərinin bədnam siyasətləri ilə barışmaq istəmirlər.

“Qafqazinfo” xəbər verir ki, “Report”un ASAN Xidmətdən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana viza alan Fransa vətəndaşlarının sayı artıb. Belə ki, 2023-cü ilin sentyabr-oktyabr aylarında onların 1003 nəfər (sentyabrda 536, oktyabrda 467) olduğu halda, bu ilin eyni aylarında 1167 nəfər (sentyabrda 562, oktyabrda 605 nəfər) Fransa vətəndaşı viza alıb. Burada Yelisey sarayının yürütdüyü siyasətin iflas olduğu üzə çıxır.

Eləcə də, “Report”un Dövlət Sərhəd Xidmətindən aldığı məlumata görə, sentyabr ayında ölkəyə faktiki daxil olan Fransa vətəndaşlarının sayı ötən illə müqayisədə 264 nəfər çoxdur. Yalnız oktyabr ayında cüzi azalma (24 nəfər) qeydə alınıb.

Ümumiyyətlə isə 2022-ci ildən bəri viza alanların sayında artım müşahidə edilməkdədir. 2024-cü ilin 10 aylıq dövrü ilə müqayisədə rəqəmlər belədir: 2022-ci illə müqayisədə 24% (2304 nəfər) artım, 2023-cü illə müqayisədə isə 15% (1540 nəfər) artım qeydə alınıb.

Bu rəqəmlər belə deməyə əsas verir ki, Makronun öz vətəndaşlarının Azərbaycana səfərlərinə mane olmaq cəhdləri nəticə vermir. Aldığımız məlumata görə, Formula-1 yarışı və digər tədbirlər zamanı da Fransadan gələn turistlərin sayı kifayət qədər yüksək olub, qarşıdan gələn COP29-da da Fransa vətəndaşları, jurnalistlər və QHT üzvləri yaxından iştirak edəcəklər.

Bütün qeyd olunan faktlar göstərir ki, iki xalq arasında heç bir problem yoxdur və ola da bilməz. Problem Makron diktaturası və Fransanın xarici siyasət idarəsindəki bəzi şəxslərdən qaynaqlanır. Nə Makron, nə də onun komanda üzvləri nə qədər istəsələr də, qarşıya qoyduqları hədəfə çatmayacaqlar. Xalqlar arasında nifaq salmaq siyasəti iflas olacaq və Azərbaycan və Fransa xalqları arasında dostluq, hərtərəfli münasibətlər davam edəcək.

Oxşar Xəbərlər

backend
Makron Qazaxıstana niyə gedir? - SƏBƏB
31.10.23 13:23
Dünya
backend
"Fransa Prezidenti erməni lobbisinin əlində bir alətdir" - Rəsmi Bakı
30.06.23 17:53
Siyasət
backend
Fransanın Azərbaycanla bağlı bu etirafı… – Tamer
23.05.24 19:55
Gündəm
backend
Makron: Yaxın zamanda Fransa ordusu Ukraynaya göndərilməyəcək
25.06.24 01:02
Dünya
backend
Makron bu dəfə istefasını qəbul etdi
16.07.24 20:57
Dünya

XƏBƏR LENTİ

15:06 Bu marşrutun fəaliyyəti bərpa olunur
15:05 Millimiz yoldaşlıq görüşü keçirəcək
15:04 İsrail parlamenti buraxıldı
15:03 Ramazan Nəbiyevə yüksək vəzifə verildi
15:02 “Rusiya ilə regional və beynəlxalq məsələləri müzakirə etməyə hazırıq”
18:14 Azərbaycanlı dənizçilərə çağırış edildi
18:12 Nazirin keçmiş müavininə yeni vəzifə verildi
18:09 53 yaşlı kişini cərəyan vurub öldürdü
18:07 Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba - Sərbəst buraxıldı
18:02 Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlim keçirəcək
18:05 İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
18:03 Şuşa Qoruq İdarəsinin vəzifələri artırılıb
18:02 Rayonlarda leysan olacaq - Xəbərdarlıq
18:01 Bayramov sabah Moskvaya gedəcək
17:59 Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
20:51 Ağdərədə maşın aşdı - Ər-arvad öldü
20:50 Xaricdə təhsil adı ilə dələduzluq edib Monteneqroya qaçdı - Azərbaycana qaytarılır
20:48 22 yaşlı Rəşad müharibədə həlak oldu
20:47 Daha bir marşrut xəttinin avtobusları yenilənir
20:45 Bu iki küçədə hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
18:51 Azad edilmiş ərazilərdə növbəti maarifləndirmə tədbirləri keçirilib
18:49 Bir ayda Avropada 10 mindən çox ölüm - İstilərə görə
18:48 Baş nazir Rusiyanın səhiyyə naziri ilə görüşdü
18:45 Sabah leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
18:44 “Hörmüzü nəzarətə götürüb qoruyucu mələkləri olacağıq”
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Bu marşrutun fəaliyyəti bərpa olunur
17.07.26 15:063
Millimiz yoldaşlıq görüşü keçirəcək
17.07.26 15:054
İsrail parlamenti buraxıldı
17.07.26 15:044
Ramazan Nəbiyevə yüksək vəzifə verildi
17.07.26 15:034
“Rusiya ilə regional və beynəlxalq məsələləri müzakirə etməyə hazırıq”
17.07.26 15:024
backend
Bu marşrutun fəaliyyəti bərpa olunur
17.07.26 15:063
Millimiz yoldaşlıq görüşü keçirəcək
17.07.26 15:054
İsrail parlamenti buraxıldı
17.07.26 15:044
Ramazan Nəbiyevə yüksək vəzifə verildi
17.07.26 15:034
“Rusiya ilə regional və beynəlxalq məsələləri müzakirə etməyə hazırıq”
17.07.26 15:024
Azərbaycanlı dənizçilərə çağırış edildi
16.07.26 18:14132
backend
Bu marşrutun fəaliyyəti bərpa olunur
17.07.26 15:063
Millimiz yoldaşlıq görüşü keçirəcək
17.07.26 15:054
İsrail parlamenti buraxıldı
17.07.26 15:044
Ramazan Nəbiyevə yüksək vəzifə verildi
17.07.26 15:034
“Rusiya ilə regional və beynəlxalq məsələləri müzakirə etməyə hazırıq”
17.07.26 15:024
Azərbaycanlı dənizçilərə çağırış edildi
16.07.26 18:14132

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.