• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
31.07.24 20:28
Dünya
116

PUTİN “QAN PULU”NU 2 DƏFƏ ARTIRDI – Bu şəxslərə “fantastik məbləğlər” vəd olunur





Kreml müharibədən əvvəl rusiyalılara yaşamaq üçün vermədiyi pulları indi ölmək üçün verir...
Ukraynadakı işğalçılıq müharibəsi davam etdikcə, bu “ət maşını”na könüllü getmək istəyən rusiyalıların sayı kəskin azalır. Bu səbəbdən səfərbərlik keçirməkdən qorxan Kreml öz vətəndaşlarını pulla şirnikləndirməyə çalışır...
Vladimir Putin “SVO zonasında” döyüşmək üçün müqavilə bağlayanlara 400.000 rubl həcmində birdədfəlik federal ödəniş haqqında fərman imzalayıb ki, bu da əvvəlki məbləğdən (195000 rubl) iki dəfə çoxdur. Bu qayda avqustun 1-dən 2024-cü ilin sonuna qədər müqavilə bağlayacaq hərbi personala aiddir. Federal ödənişdən əlavə, onların cəlb olunduğu vilayət administrasiyalarına da əlavə ən azı 400 min rubl ödəmək tövsiyə olunur. Bu, o deməkdir ki, Ukraynaya getmək üçün müqavilə bağlayanlara avqustun 1-dən etibarən azı 800 min rubl, yəni, hazırkı rəsmi kursla üst-üstə ən azı 9200 ABŞ dolları ödəniləcək.
Lakin reallıqda zatən müharibəyə gedənlər buna qədər də 10000 dolların üzərində birdəfəlik vəsait alırdılar. Belə ki, müqavilə bağlayanlara onların təmsil olunduqları vilayət rəhbərliyi tərəfindən kifayət qədər böyük məbləğlər ödənilirdi. Məsələn, 2024-cü ilin yayında bir neçə bölgə birdəfəlik ödənişləri dəfələrlə artırıb.
Belə ki, Moskvada müqavilə bağlamaq üçün 1,9 milyon rubl, Sankt-Peterburqda 1,8 milyon rubl, Rostov vilayətində 1,2 milyon rubl ödənilir. Bu, müvafiq olaraq 14000-22000 dollar deməkdir. Əlbəttə ki, xüsusilə də regionlarda, böyük hissəsi səfalət içərisində yaşayan rusiyalılar üçün bunlar fantastik rəqəmlərdir.
Bundan əlavə, Ukraynada “xidmət etdikləri” hər aya görə federal mərkəz rusiyalılara 2500 dollar civarında vəsait ödəyir. Həlak olanların ailələrinə isə 40000 dollara yaxın pul verirlər. Bütün bu rəqəmlər vilayətlərdən, şəhərlərdən asılı olaraq dəyişir və durmadan artır.
Təbii ki, orduya könüllü qatılanlar çox olsaydı, nə Putin, nə də vilayət rəhbərləri “əlaçıqlıq” edib ödənişləri bu qədər artırmazdılar. Beləliklə, görünən odur ki, Kreml müharibədən əvvəl rusiyalılara yaşamaq üçün vermədiyi pulları indi ölmək üçün verir...
Rusiya Müdafiə Nazirliyinin iyul ayına olan məlumatına görə, 2024-cü ilin əvvəlindən 190 min nəfər hərbi əməliyyatlarda iştirak etmək üçün müqavilə imzalayıb. Orta hesabla, Müdafiə Nazirliyinin məlumatına görə, gündə 1000-ə yaxın rusiyalı orduya cəlb edilir. Lakin belə aydın olur ki, “dünyanın ikinci ordusundakı” itkilərin miqyası böyük olduğundan bu qədər adamın cəlb edilməsi cəbhəni saxlamaq üçün bəs etmir və “ət maşını” daha çox qurbanlar tələb edir.

Oxşar Xəbərlər

backend
Rusiyada benzin BAHALAŞDI
6.07.23 19:05
Dünya
backend
Rusiya Bankı dolların rəsmi məzənnəsini endirdi
22.01.24 22:09
Dünya
backend
Dollar BAHALAŞDI
3.01.24 15:16
İqtisadiyyat
backend
Bill Klinton 2011-ci ildə Putinin Ukraynaya hücum edəcəyindən xəbərdar olub
6.05.23 18:16
Dünya
backend
Rusiyada vətəndaşlıq almanın “ən asan” yolu: Putin qanuna düzəliş etdi
4.01.24 19:47
Dünya
backend
Pentaqon Ukraynaya “hava-hava” raketlərinin tədarükünə dair müqavilə imzalayıb
1.09.23 08:54
Dünya
backend
Azərbaycanda hərbçilərə təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyası ödəniləcək
22.05.24 18:49
Gündəm
backend
Rusiya Mərkəzi Bankı min və 5 min rubl nominalında yeni əskinasları təqdim edəcək
25.09.23 08:16
İqtisadiyyat
backend
“SpaceX” rabitə təmin etmək üçün ABŞ Kosmik Qüvvələri ilə müqavilə imzalayıb
28.09.23 07:57
Dünya

XƏBƏR LENTİ

19:30 Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
19:27 Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
19:04 Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
18:34 Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
16:45 Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
18:35 Temperatur 10° enəcək - Xəbərdarlıq
18:33 Türkiyədə Soma mədənində çökmə, 2 nəfər xilas edildi
18:29 Güclü külək əsəcək - Xəbərdarlıq
18:26 Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:23 Fransada məktəbli üsyanı ölkəni cənginə aldı - Nəqliyyat dayandı
19:15 Goranboyda 17 yaşlı oğlanın meyiti tapıldı
19:11 Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü Sazişi təsdiqləndi quba-xezeryani-uzre-hasilatin-pay-bolgusu-sazisi-tesdiqlendi
19:07 Peşə məktəbinin söküləcəyi iddiaları ilə bağlı - Açıqlama
19:03 Həkimi döyüb, xadimənin sümüyünü sındırıb
18:59 Küləkli hava ilə bağlı - Xəbərdarlıq
18:53 Bu küçələr təmirə bağlanır - Saat 21:00-dan
18:50 Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı
18:47 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü
18:44 Bakıda qadın öldürüldü - Əri saxlanıldı
18:26 Lənkəranda zəlzələ oldu
18:32 Küləklə bağlı - Xəbərdarlıq
18:30 Britaniyada da dizelin qiyməti tarixi maksimuma çatdı
18:27 Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
18:25 Bakıdan Naxçıvana reyslər təxirə salındı
18:22 Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
2.10.26 19:30149
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
2.10.26 19:27142
Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
2.10.26 19:04130
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
2.10.26 18:34149
Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
2.10.26 16:45152
Temperatur 10° enəcək - Xəbərdarlıq
1.10.26 18:35140
backend
Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı
2.10.26 19:30149
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin seçki proseduru dəyişir.
2.10.26 19:27142
Güclü külək əsir - Bəzi yerlərə yağış yağır
2.10.26 19:04130
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edilib
2.10.26 18:34149
Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam
2.10.26 16:45152
Temperatur 10° enəcək - Xəbərdarlıq
1.10.26 18:35140

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.