• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
24.05.24 21:07
Dünya
100

Yeganə yol budur: yalnız Türkiyə bacarar – General




HƏMAS və İsrail arasındakı müharibə başlayanadək NATO və Avropa üçün Ukrayna birinci dərəcəli məsələ idi, indi isə istər-istəməz arxa plana keçib.

Bu sözləri Ukrayna müharibəsinin gedişatı ilə bağlı açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

General müharibənin hazırki gedişatının Ukraynanın gələcəyi üçün böyük təhlükə yaratdığını qeyd edib:

“Əslində isə İsrail ABŞ üçün, Ukrayna isə Avropa üçün birinci dərəcəli məsələ olmalı idi. AB ölkələri də Kiyevə lazımi silah-sursat yardımı edə bilmirlər. Cəbhədə baş verənlər Ukraynanı hər gün qələbədən bir az da uzaqlaşdırır. Ukrayna irəliliyə bilmir və Krım hadisələrindəki kimi Rusiya hazırda işğal etdiyi ərazilərdə de-fakto nəzarəti ələ keçirib. Zelenskinin diplomatik həmlələrinin istənilən nəticələri doğurması çox çətindir. Vəziyyətin belə davam etməsi Rusiyanın ələ keçirdiyi ərazilərdə yeni bir status-kvo formalaşdırmasına gətirib çıxara bilər. Bu da Ukrayna üçün yeni ərazi itkisi deməkdir. ABŞ və kollektiv Qərb Rusiyanın əldə etdiyi hazırki üstünlüklə müharibənin dayandırılmasını, atəşkəsin imzalanmasını istəyə bilər. Lakin Moskvanın indiki məqamda buna razı olub-olmayacağı sual altındadır”.

Yücel Karauz İsveçrənin artıq tərəf olduğunu və orada keçiriləcək konfransdan da ciddi nəticələr gözlənmədiyini bildirib:

“Gələn ay İsveçrədə Ukrayna sülh konfransı keçiriləcək. Konfransda 120 ölkənin, o cümlədən G7, G20, BRİKS, Avropa Birliyi, həmçinin BMT, ATƏT və Avropa Şurasının nümayəndələri iştirak edəcək. Ancaq hələ ki, tədbirə müharibənin tərəfi Rusiya dəvət olunmayıb. Əvvəl də Qərb ölkələrində bənzər toplantılar keçirilib. Buradan da ciddi bir nəticə çıxacağını düşünmürəm. Çünki Rusiyanın dəvət edilmədiyi bir tədbirdə bütün tərəflər üçün məqbul həll yolunun tapılması mümkün deyil. Diplomatik dildə isə dəvət etməmək həm də saymamaq, fikrini diqqətə almamaq deməkdir. Konfransa yanvar ayından etibarən hazırlıq gedir, ancaq nəticənin olacağına ümid getdikcə azalır. İsveçrə bitərəf ölkə olsa da, AB-nin Rusiyaya qarşı bütün sanksiyalarına qoşuldu. Yəni artıq İsveçrə öz tərəfsizliyini itirib və belə bir vəziyyətdə oturub sülhdən danışmaq məntiqli deyil”.

General yalnız İstanbul formatı ilə sülhün mümkün ola biləcəyini vurğulayıb:

“Tərəflər üçün yeganə məqbul çıxış yolu Qərbin maneələrinə və israrına baxmadan İstanbul masasına qayıtmaqdır. Əgər vaxtında İstanbulda Rusiya və Ukrayna arasında əldə olunan razılaşmaların həyata keçirilməsi üçün iş başlasa idi, bəlkə də artıq müharibə bitmişdi. Çünki yalnız Türkiyə prosesə tərəfsiz yanaşa, vasitəçilik edə və qlobal mənada hər kəsin qəbul etdiyi sülh müqaviləsinin hazırlanmasına töhfə verə bilər”./axar.az

Oxşar Xəbərlər

backend
Şmıqal: "Aİ Ukraynaya 2 milyard dollar dəyərində sursat verəcək"
4.05.23 08:45
Dünya
backend
"Putin və ətrafı ən çox bundan qorxur" - Ukrayna XİN
14.07.23 10:35
Dünya
backend
Rusiya - Ukrayna müharibəsi: Cəbhədən qara xəbər gəldi
27.10.23 12:06
Dünya
backend
Azərbaycan regionda sabitlik və sülh üçün çalışır - Türkiyəli general
16.04.24 19:25
Gündəm
backend
İsrail Ordusu HƏMAS-ın ələ keçirdiyi əraziləri geri aldı
9.10.23 15:14
Dünya
backend
Putin Qərbi Rusiya ilə razılaşmağa çağırdı
9.02.24 12:12
Dünya

XƏBƏR LENTİ

19:30 Sabah güclü külək olacaq - Xəbərdarlıq
19:29 Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
19:28 9 marşrutun hərəkəti dəyişdirildi
19:27 32 yaşlı kişi həyətində ölü tapıldı
19:26 İki həftəyə 2 milyarda yaxın qazandılar
19:00 Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu
18:56 KTN də Samuxdakı hadisə ilə bağlı açıqlama yaydı
18:55 İş adamının qətlinin sifarişçisi tutulub - Azərbaycana gətirildi
18:45 İmişlidə yanğın törədən şəxs saxlanıldı
18:43 Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı
18:24 Sabah 37° isti olacaq
18:21 Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılmışdı
18:18 Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı
18:10 Yeni Klinikaya mətbuat katibi təyin olundu
18:07 Meyiti qəbiristanlığın yaxınlığında tapıldı meyiti-qebiristanligin-yaxinliginda-tapildi
20:32 Lənkəranda meşədə 2 nəfərin meyiti tapıldı - Biri yeniyetmədir
20:29 Gəncədə iki nəfəri maşın vurdu
20:27 Ağdərədə əmək yarmarkası keçirildi agderede-emek-yarmarkasi-kecirildi
20:22 İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında
20:18 CAR-da mədən çökdü - 14 işçi həlak oldu
22:43 Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdi
22:42 Yaşı 18-dən az olan işçilərin güzəşt və təminatları
22:41 Şahbuzda maşın aşdı, 76 yaşlı qadın öldü
22:36 Bu ərazilərdə qaz olmayacaq
22:35 XİN Kolumbiyaya başsağlığı verdi
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sabah güclü külək olacaq - Xəbərdarlıq
14.08.26 19:3064
Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
14.08.26 19:29138
9 marşrutun hərəkəti dəyişdirildi
14.08.26 19:2882
32 yaşlı kişi həyətində ölü tapıldı
14.08.26 19:27139
İki həftəyə 2 milyarda yaxın qazandılar
14.08.26 19:26138
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu
13.08.26 19:00115
backend
Sabah güclü külək olacaq - Xəbərdarlıq
14.08.26 19:3064
Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
14.08.26 19:29138
9 marşrutun hərəkəti dəyişdirildi
14.08.26 19:2882
32 yaşlı kişi həyətində ölü tapıldı
14.08.26 19:27139
İki həftəyə 2 milyarda yaxın qazandılar
14.08.26 19:26138
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu
13.08.26 19:00115

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.