• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
6.10.25 18:44
Cəmiyyət
78

Məktəbli avtobusları ilə bağlı narazılıq - “Niyə 10 gün əvvəldən pul ödətdirirsiz?”



Cəmi bir neçə gündür tətbiqinə başlanılan məktəbli avtobusları ilə bağlı pilot layihə (“2School”) sosial şəbəkədə narazılıqlara səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, ödənişlərin orta büdcəli ailələrə uyğun olmaması, avtobuslar üçün ayrılan zolaqlara giriş imkanlarının yaradılmaması, qeydiyyatdan keçən şagirdlərin müvafiq şəkildə ünvana çatdırılmaması və digər məsələlər mübahisə mövzudur.

Xidmətdən yararlanmaq istəyən yazar Çingiz Özgür də övladı üçün qeydiyyatdan keçdiyini və əvvəlcədən ödəniş etdiyini deyir. Onun sözlərinə görə, bütün planlarını ona uyğun qursa da, yeni tətbiq olunan layihə övladının işini yarıda qoyub: “2School” tətbiqini yüklədim, ev ünvanını, məktəbi, gediş-gəliş saatını yazdım. Dərhal hesablayıb dedilər ki, 137 manat edir. Elə indi ödə, oktyabrın 6-dan uşağı aparıb gətiririk. Dərhal ödənişi elədim, tətbiqlə kifayətlənməyib nömrələrinə zəng etdim. Təsdiqlədilər ki, uşağı həmin vaxtda götürəcəklər. Lakin indi zəng ediblər ki, biz o məktəbdən saat 13:00, ya da 14:00-da götürə bilərik uşağı...”

Yazarın sözlərinə görə, şirkətin öz münasib bildiyi vaxtda şagirdləri aparıb-gətirməsi əvvəlcədən təsdiqlənən qrafiklə üst-üstə düşmür: “Əgər ancaq həmin saatlarda apara bilirdinizsə, orada qrafiki niyə qoymusunuz? Bəs bizdən niyə soruşursuz uşaq saat neçədə çıxır? Bəs niyə 10 gün əvvəldən pul ödətdirirsiz? Axı 10 gündür arxayın olmuşam ki, servis tapmışam, ağ günə çıxmışam.

Dedilər qəbzinizi atın, pulunuzu geri qaytaraq. Cavab isə belə oldu “qeydə alındı, biz sizin ödənişinizi yönləndiririk banka, bank da 10-12 gün ərzində ödənişinizi geri qaytaracaq...”
Cəmi bir neçə gündür fəaliyyətə başlayan məktəbli avtobuslarının abunə qiymətləri də sosial şəbəkədə əsas müzakirə mövzusudur. Qiymətlərin 100 manatdan başlandığı açıqlansa da, real rəqəmlərin daha çox olduğu narahatlıq yaradıb. Məsələn, Xırdalan şəhərindən - 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət 240 manat təşkil edir. Ay ərzində şagirdlərin ortalama dərsə 20 dəfə gedib gəldiklərini nəzərə alsaq, Xırdalan şəhərində yaşayan şagird üçün günlük 12 manat yol xərci deməkdir. Yasamalda qalan üçün isə günlük 8,4 manat xərc yaranmış olacaq.

Valideynlər özəl servislərin 100-150 manata apardığı yolun sözügedən xidmətlər təxminən 170-250 manata başa gəldiyini bildirirlər.

Sözügedən layihə ilə bağlı məsələni müğənni Xuraman Şuşalı da gündəmə gətirib. Məktəblilər üçün təşkil olunan avtobusların 240 manat olmasından gileylənən ifaçı onların pulsuz olmasını istəyib: “Pulsuz olsa, çox az adam uşağını şəxsi maşını ilə məktəbə aparar. Tıxaclar da azalar”.

Bəs məktəbli avtobuslarının qiymət siyasəti hansı meyarlar əsasında tərtib olunub? Bu xidmətin digər özəl xidmətlərdən üstünlüyü nədədir?

Bu suallarla bağlı layihə rəhbərliyinə suallar ünvanlasaq da, cavab ala bilmədik.

Xatırladaq ki, Bakıda məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə oktyabrın 1-dən etibarən start verilib. Layihə ilkin mərhələdə 8 dövlət və 3 özəl məktəbi, ümumilikdə 1250-dən çox şagirdi əhatə edəcək. Şəhərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə həyata keçirilən bu layihə çərçivəsində 100-dən çox avtobus ayrılıb.

Pilot layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəb, A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonu 27 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi və 189-190 nömrəli tam orta məktəb daxildir. Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunacaq. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.

Oxşar Xəbərlər

backend
"Bakı Metropoliteni"ndə QR ödəniş üsulunun tətbiqinə başlanılır
6.09.23 08:51
Gündəm
backend
“Son zəng”də məzunlara geyim qadağası qoyulub?
19.05.25 20:50
Cəmiyyət
backend
DİM abituriyentlərə müraciət ETDİ
19.05.23 18:32
Təhsil
backend
Sosial şəbəkədə öz övladını satmaq istəyən ananın uşağı əlindən alındı
6.08.24 21:44
Cəmiyyət
backend
"Onlara dəfələrlə dedim ki, müqaviləmiz var, niyə ödəmirsiniz?" - “Bakı Abadlıq”, “Azəriqaz” və “Təmiz Qaz”dan şikayətçiyəm
30.07.24 21:59
Hadisə
backend
“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”
15.05.25 19:03
Gündəm
backend
Avtobuslar həmin zolaqlara girə bilər, ya yox?
1.11.24 18:00
Gündəm
backend
Şagirdlər bu məktəblərdə təmayül tədris modeli ilə təhsil ala biləcək
18.09.25 18:58
Cəmiyyət
backend
Xaricdəki azərbaycanlılara ana dilini öyrənmək üçün gözəl fürsət!
10.01.25 13:39
Cəmiyyət
backend
Məktəbli bıçaqlanaraq öldürüldü - Sinif yoldaşı saxlanıldı
16.09.25 19:24
Hadisə
backend
Xüsusi notarius Daxil Kərimovun hakimlik iddiası və digər əməlləri
27.05.24 11:59
Siyasət
backend
Parkinqlə bağlı SMS-lər pullu oldu
11.07.24 19:14
İqtisadiyyat
backend
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək
16.05.24 18:44
Gündəm
backend
Azərbaycanda süni yağış yağdırıla bilər
10.09.25 19:34
Hadisə
backend
Qeydiyyat müddəti uzadıldı - Tələbələrin nəzərinə!-Yenilənib
8.09.25 19:48
Gündəm

XƏBƏR LENTİ

18:37 Lukaşenko Moskvaya getdi
18:36 Etibar Məmmədovun villasından 19 min dollar oğurlayaraq - Əyləncəyə xərcləyib
18:33 İran BƏƏ-yə zərbə endirdi - Yaralılar var
18:32 Xanlar Vəliyevin qardaşı vəzifəsindən azad olundu
18:31 12 aprel imtahanlarının nəticələri - Açıqlandı
18:28 Nazir bu instituta direktor təyin etdi
18:26 Jurnalist Ekspert Mərkəzi Rusiya televiziyasının hərəkətini təxribata cəhd kimi qiymətləndirir
18:24 Onlara 2750 manat birdəfəlik maddi yardım ödənildi
18:22 Kreml xarici KİV-ə verilmiş akkreditasiyaları ləğv etdi
18:20 28 güləşçimiz AÇ-yə gedəcək
20:18 Maliyyə vəziyyətini açıqlamayan şirkət cərimələndi
20:16 Pezeşkian Müctəba Xamenei ilə görüşdü
20:14 Hikmət Hacıyev Polşa rəsmisi ilə görüşdü
20:13 Xadimə ilə dava edən məktəb direktoru cəzalandırıldı
20:12 Hava ilə bağlı - Xəbərdarlıq
20:07 Bu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq - Siyahı
20:04 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər - “Trendyol Plus” Azərbaycanda
20:00 Çində 2 keçmiş müdafiə naziri ilə bağlı şərti edam cəzası
19:57 Meteor yağışı olacaq - Bu tarixdə
19:54 Umerov ABŞ-yə yollandı
20:57 Dilənçiliklə məşğul olanlar cərimələnəcək
20:56 Bayramov Çavuşoğluya qardaşının güllələnməsi ilə bağlı zəng etdi
20:54 22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi - Polisdən açıqlama
20:53 Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
20:51 Çin ABŞ və İrana müraciət etdi
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Lukaşenko Moskvaya getdi
8.05.26 18:371
Etibar Məmmədovun villasından 19 min dollar oğurlayaraq - Əyləncəyə xərcləyib
8.05.26 18:361
İran BƏƏ-yə zərbə endirdi - Yaralılar var
8.05.26 18:331
Xanlar Vəliyevin qardaşı vəzifəsindən azad olundu
8.05.26 18:321
12 aprel imtahanlarının nəticələri - Açıqlandı
8.05.26 18:311
Nazir bu instituta direktor təyin etdi
8.05.26 18:281
backend
Lukaşenko Moskvaya getdi
8.05.26 18:371
Etibar Məmmədovun villasından 19 min dollar oğurlayaraq - Əyləncəyə xərcləyib
8.05.26 18:361
İran BƏƏ-yə zərbə endirdi - Yaralılar var
8.05.26 18:331
Xanlar Vəliyevin qardaşı vəzifəsindən azad olundu
8.05.26 18:321
12 aprel imtahanlarının nəticələri - Açıqlandı
8.05.26 18:311
Nazir bu instituta direktor təyin etdi
8.05.26 18:281
backend
Lukaşenko Moskvaya getdi
8.05.26 18:371
Etibar Məmmədovun villasından 19 min dollar oğurlayaraq - Əyləncəyə xərcləyib
8.05.26 18:361
İran BƏƏ-yə zərbə endirdi - Yaralılar var
8.05.26 18:331
Xanlar Vəliyevin qardaşı vəzifəsindən azad olundu
8.05.26 18:321
12 aprel imtahanlarının nəticələri - Açıqlandı
8.05.26 18:311
Nazir bu instituta direktor təyin etdi
8.05.26 18:281

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.