• Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Sİyasət
  • İqtİsadİyyat
  • Sosİal
  • Cəmİyyət
  • Hadİsə
  • Bölgə
  • Dünya
  • İdman
  • Araşdırma
  • Dİgər
    • Mədəniyyət
    • Cəmiyyət
    • Kriminal
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Maraqlı
backend
10.08.23 18:26
Cəmiyyət
153

Baş Prokurorluq vətəndaşın şikayəti ilə bağlı açıqlama yaydı


Bir sıra sosial şəbəkə kanallarında vətəndaş Ramil Hüseynovun ona məxsus mənzilin qanunsuz ələ keçirilməklə hüquqlarının pozulması, şikayəti üzrə hüquq-mühafizə orqanlarında qeyri-obyektiv araşdırma aparılması ilə bağlı həqiqətə uyğun olmayan müraciətləri yayımlanıb.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
"Qeyd edilənlər tərəfimizdən təkzib edilməklə bildirilir ki, vətəndaş Ramil Hüseynov dəfələrlə prokurorluq orqanlarında qəbul edilərək dinlənilib və hüquqları izah olunub.
Belə ki, yaşadığı mənzilin girov qoyulması müqabilində R.Hüseynova 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondu) vəsaitləri hesabına müvafiq bank tərəfindən 50 min manat məbləğində güzəştli kredit vəsaiti verilsə də, R.Hüseynov tərəfindən öhdəliklərinin icra edilməməsi ilə bağlı bankın mülki iddiası üzrə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında mənzilin satılaraq borcun ödənilməsi, artıq qalan məbləğin isə vətəndaşa qaytarılması qərara alınıb", - açıqlamada qeyd edilir.
Vurğulanıb ki, qeyd edilən mənzil ilk iki hərracda alıcı olmadığından növbəti hərracda qanunvericiliyin tələbinə əsasən 118 min manata dəyərləndirilməklə satılıb, lakin R.Hüseynov heç bir əsas olmadan mənzili tərk etməyib:
"Mülki iş üzrə cavabdeh olan R.Hüseynov tərəfindən qətnamədən verilən şikayətlər Bakı Apellyasiya Məhkəməsinin 12.10.2018-ci il tarixli, Ali Məhkəmənin isə 08.05.2019-cu il tarixli qərarları ilə təmin edilməyib.
Bununla yanaşı, R.Hüseynov mənzilin qanunsuz olaraq hərrac yolu ilə satılması barədə müraciəti üzrə Bakı şəhəri Yasamal rayon polis idarəsində araşdırma aparılıb.
Araşdırma zamanı toplanmış material üzrə şikayətçinin göstərdiyi, o cümlədən rəsmi sənədlərin saxtalaşdırılmasına dair qeyd etdiyi xüsusatlar təsdiq olunmadığından 10.03.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub, həmin qərarın qanuniliyi və əsaslılığı Yasamal Rayon Məhkəməsində öyrənilərək 19.04.2023-cü il tarixli qərarla qanuni hesab edilib, Bakı Apellyasiya Məhkəməsinin 01.05.2023-cü il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Vətəndaş tərəfindən irəli sürülən xüsusatların hərtərəfli araşdırılmasına, eləcə də müvafiq məhkəmələr tərəfindən qəbul edilmiş qərarların qüvvədə saxlanmasına dair qərarlar qəbul edilməsinə baxmayaraq, R.Hüseynov əsassız olaraq bəzi sosial şəbəkə kanalları vasitəsilə hüquq-mühafizə orqanlarının nüfuzuna və qanuni fəaliyyətinə yönəlmiş böhtan xarakterli fikirlər səsləndirməklə hadisələri təhrif edərək öz mənafeyinə uyğun qanunsuz qərarların qəbul olunmasına cəhd edib.
Bununla əlaqədar, R.Hüseynov bir daha Bakı şəhər prokurorluğunun rəhbərliyi tərəfindən qəbul edilməklə ona irəli sürdüyü xüsusatların mülki mühakimə icraatı qaydasında baxılaraq qanunamüvafiq qərarların qəbul edildiyi, pozulduğunu iddia etdiyi hüquqlarının bərpası ilə əlaqədar məhkəmə orqanlarına müraciət hüququnun olması izah edilib".

Oxşar Xəbərlər

backend
Vilayət Eyvazov 4 rəisin yerini dəyişdirdi
6.06.23 13:01
Gündəm
backend
Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq
22.06.23 10:10
Gündəm
backend
Bakıda DƏHŞƏT: Evində yanaraq öldü
6.07.23 12:25
Hadisə
backend
İpoteka ilə bağlı yeni qərar kimlərə şamil olunacaq? - AÇIQLAMA
24.05.23 12:25
İqtisadiyyat
backend
Bank lisenziyalarının alınması qaydası dəyişir
5.06.23 13:57
İqtisadiyyat

XƏBƏR LENTİ

18:48 Sibel Can evlənir - Toy Mayamidə olacaq
18:47 Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”
18:46 Bu məktəblərdə I sinfə qəbul başlayır
18:45 Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
18:44 “İran nüvə silahına sahib olmaq fikrindən daşınıb”
18:43 Seçkilərdən sonra Moskvaya gedəcək
18:40 Roma Papası İlham Əliyevi təbrik etdi
18:38 “Bu, daimi mülkiyyət sahibinə çevrilmələrinə hüquqi şərait yaradır”
18:32 Bu istiqamətdə əlavə qatar reysləri olacaq
18:27 Küveyt onlara 24 saat vaxt verdi
18:57 Lökbatanda 2 gün su olmayacaq
18:56 Güclü külək əsir
18:54 AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək
18:53 Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
18:52 Ukraynada ölənlərin sayı artdı
18:51 Kürdəmirdə məktəblinin meyiti tapıldı
18:50 Onlara bu qədər müavinət ödəniləcək
18:48 Sabah Zəngilanda növbəti əmək yarmarkası olacaq
18:42 İşəgötürənlərin qarşısında yeni tələb qoyulur
18:36 Hörmüz boğazını milliləşdirmək istəyirlər
19:44 Prezident onu “Dostluq” ordeni ilə təltif etdi
19:43 Qubanın 3 kəndinin adı dəyişdirildi
19:42 25 yaşlı oğlan bıçaqlandı
19:41 Şuşaya gedən ödənişli yol üçün məbləğlər müəyyənləşdi - Cədvəl
19:40 “Qəbələ” onlarla yollarını ayırdı
Bütün xəbərlər

Araşdırma

ƏN ÇOX OXUNANLAR

  • Günlük
  • Həftəlik
  • Aylıq
backend
Sibel Can evlənir - Toy Mayamidə olacaq
3.06.26 18:48146
Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”
3.06.26 18:47146
Bu məktəblərdə I sinfə qəbul başlayır
3.06.26 18:46134
Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
3.06.26 18:45146
“İran nüvə silahına sahib olmaq fikrindən daşınıb”
3.06.26 18:44104
Seçkilərdən sonra Moskvaya gedəcək
3.06.26 18:43125
backend
Sibel Can evlənir - Toy Mayamidə olacaq
3.06.26 18:48146
Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”
3.06.26 18:47146
Bu məktəblərdə I sinfə qəbul başlayır
3.06.26 18:46134
Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
3.06.26 18:45146
“İran nüvə silahına sahib olmaq fikrindən daşınıb”
3.06.26 18:44104
Seçkilərdən sonra Moskvaya gedəcək
3.06.26 18:43125
backend
Sibel Can evlənir - Toy Mayamidə olacaq
3.06.26 18:48146
Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”
3.06.26 18:47146
Bu məktəblərdə I sinfə qəbul başlayır
3.06.26 18:46134
Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
3.06.26 18:45146
“İran nüvə silahına sahib olmaq fikrindən daşınıb”
3.06.26 18:44104
Seçkilərdən sonra Moskvaya gedəcək
3.06.26 18:43125

Maraqlı

backend
29.06.23 16:29
Üç təhlükəli bürc - Vanqa da onlardan qorxurdu
backend
29.06.23 15:06
Dənizdə bunu etməyin: Elə bilirlər ki... – Həkimdən xəbərdarlıq
backend
1.06.23 08:39
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
backend
29.05.23 10:56
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı
backend
19.05.23 08:18
Günün qoroskopu: Yaşam arealının estetik tərtibatı üçün yaxşı gündür
backend
9.05.23 09:41
Faşizm üzərində qələbədən 78 il ötür
backend
2.05.23 17:48
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

SƏHİFƏLƏR

  • Haqqımızda
  • Reklam
  • Əlaqə

SAYĞAC

BİZİMLƏ ƏLAQƏ

  • Təsisçi: İlham Səfəroğlu
  • (+99455) 261 40 20

© 2023, Sonxeber.media – Bütün hüquqlar qorunur.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.